Ruslan Mollayev " Payız "

            Bu səhər, yağışdan sonra Qərənfil küçəsində iki gənc bəstələdikləri mahnını elə ürəkdən çalıb oxuyurdular ki, ətrafa yayılan səs — sədanın ahəngindən  hər şey sehrlənmişdir. Kimi əyaq saxlayıb dinləyir, kimi binanın yuxarı mərtəbəsində pəncərəyə söykənərək çiyinlərini qucaqlayıb, baxırdı.    Küçənin çıxışında yerdə qərənfil vardı, yağış damcıları ləçəklərinin arasında jalə kimi  dayanmışdı. O, sevgilisinə qərənfil bağışlamaq, yenidən  o gülün dəyərini qaytarmaq istəmişdi…  Bir qədər sonra küçəyə sakitlik çökdü. Pəncərədən baxan adam musiqiçilərin  gitara və klarnet futlarına qoyulan pulları görmürdü, ona elə gəlirdi insanlar onların qarşısında bir — bir təzim edib, keçib gedirlər...                                                                                           17.10.16 


fotoqraf: Ruslan Mollayev  " Payız 2010 "
 

0 şərh