Bu maddənin tərkibində A, B1, B2, C və K vitaminləri, nikotin turşusu, protein, yağ, karbohidrat, kalium, kalsium və dəmir var. Pomidora qırmızı rəng verən likopen bir piqment hesab olunur və karotenoid ailəsinin üzvüdür. Karotenoid də meyvə və tərəvəzin qırmızı, narıncı və sarı rəng almasını təmin edən kimyəvi maddələrdir. Likopen onların içində dərman kimi təsir gücünə sahib ən faydalı qida maddəsidir. Ən mühüm likopen qaynağı pomidor və pomidor məhsullarıdır. Yağda bişirilmiş pomidor bağırsaqlarda çox asanlıqla sovrulur və bədənin likopen ehtiyatını artırır.
Bu maddə xərçəng xəstəliyinin qarşısınl alır, yaşlanmanı ləngidir, dərini gözəlləşdirir və qoruyur, ağciyər, ürək-damar, astma xəstəliklərinə qarşı çox faydalıdır. Alshaymer (yaddaşın itməsi duyğu üzvlərinin funksiyasını itirməsi ilə müşayiət olunur) xəstəliyini aradan qaldıra bilir. Ən faydalı doza isə gündə 200 qram bişmiş pomidor yeməkdir.
Demək olar ki, bütün mətbəxlərdə istifadə olunan pomidor türk mətbəxinin vazkeçilməz nemətidir. Salatı, şorbası, ətlisi, zeytun yağı ilə bişirilmişi, dolması, məzəsi, tomatı, sousu, qurudulmuşu, hətta mürəbbəsi, turşusu-hər biri ləzzət qaynağı, şəfa mənbəyidir. Bu qida maddəsi yeməklərə toxundurulan sehrli ağac kimidir və hər şeyə bir zövq, gözəllik verir.
Pomidorun tərkibindəki faydalı elementlər: Pomidorda C, A vitamini, kalium və folik turşusu ilə yanaşı orqanizm üçün çox faydalı maddələr var.
Davamı →