Südün faydası

Süd insanın doğulandan qocalanadək normal fəaliyyətini təmin edən qida məhsuludur. Süd ən faydalı və qidalandırıcı məhsullardan biridir. Südün tərkibində boyük vitamin kompleksi var. O, hormon və immun sistemində zərərli mikroblara qarşı mübarizə aparır.
Süddə toplanan bütün elementlər sümüyün möhkəmlənməsinə kömək edir, diş, qan, sinir toxumasını bərpa edir. Belə ki, südün kimyəvi tərkibini heç bir qida məhsulu ilə muqayisə etmək olmaz. Süddə olan əsas komponent zülaldır. Ət və balıq zülalından fərqli olaraq südün tərkibində olan zülal daha qiymətli və tez həzm olunandır.

Keyfiyyətli süd nədir? Birmənali olaraq, bu məhsulun tərkibində zərərli bakteriyaların miqdarı son dərəcə azdır. Tərifə uyğun olaraq demək olar ki, təzə süd bir neçə saat ərzində insanın immun sistemınə təsir göstərən zərərli mikrobları məhv edir.
Əgər süd təzə deyilsə bu zaman ondakı müxtəlif xeyirli maddələri necə saxlamaq olar? Müasir texnologilar köhnə südü yenidən keyfiyyətli və təhlükəsiz edə bilərlərmi? Emal olunmuş süd yeni südə oxşar olacaqmı? Bəli!

Ultrapasterizatsiya və ya yüksək temperaturlu emal (UHT — Ultra High Temperature) kifayət qədər müasir texnalogiyadır. Bu ötən əsrin 50-ci illərində kəşf olunub.
Ultrapasterizatsiyanın sirri ondadır ki, o südü mikroblardan təmizləyir və xüsusi texnologiya əsasında qablaşdırır. Bu emal olunmuş məhsul içməli süd keyfiyyətinə malikdir və onu qaynatmaq lazım deyil. Çünki süd qaynadıldıqda onun müalicəvi xassələrini itirir. Qaynadılma zamanı zülallar parçalanır və vitamin C məhv olur. Bundan başqa, kalsium və fosfor çözülməz mürəkkəb maddəyə çevrilir ki, bu da insanın sinir sisteminə təsir göstərir.
 
 

0 şərh