Qurudulmuş meyvələrin faydaları


Qurudulmuş meyvələr lif baxımından zəngin olduğu üçün orqanizmi xərçəng və digər ağır xəstəliklərdən qoruyur.
Mütəxəssislər qurudulmuş meyvələrin sağlamlıqda böyük rol oynadığını söyləyirlər.

Meyvələr qurudularkən suyu çəkildiyi üçün tərkibindəki vitamin, mineral, zülal və yağlar orqanizm üçün daha faydalı hala gəlir.
Qurudulmuş meyvələr enerjini artırır, yaddaşı gücləndirir, qanazlığını aradan qaldırır, ana südünü artırır, orqanizmdən yararsız xolesterolun xaric edilməsinə yardım edir.

0 şərh