Qara və qırmızı bibərin faydaları

qırmızı istiotQara istiot qədim zamanlardan yeməklərin dadına dad qatan bir ədviyyat kimi istifadə edilir. Yağlı və nişastalı yeməklərin həzminə kömək edən qarabibər şəkər xəstəliyinin də qarşısını alır. Qırmızı istiot isə immuniteti gücləndirdiyi kimi revmatizm xəstəliyinə də kömək edir.
Bu iki bitki yeməklərimizə dad və sağlam lığımıza fayda verməklə yanaşı digər bir çox mövzuda da işimizə yaraya bilər.

— Əgər avtomobilinizin radiatoru su buraxırsa, qarabibərdən istifadə edə bilərsiniz. Maşını ustaya aparmamışdan əvvəl radiatorun içinə bir ovuc qarabibər atın. Bu yolla müvəqqəti də olsa, praktik şəkildə sızmanın qarşısını ala bilərsiniz.

— Əgər evinizi qarışqalar istila edibsə, qırmızı istiotdan istifadə edin. Daha çox mətbəxlərdə şəkər axtarışına çıxan qarışqaların sıx olduğu yerlərə qırmızı istiot səpməklə onları evinizdən uzaqlaşdıra bilərsiniz.

Bundan əlavə qara istiotun köməkliyi ilə  balkon və bağçalardakı bitki və ağacları ziyanverici həşəratlardan qorumaq mümkündür. Bunun üçün iki yol var. Birincisi unla qarabibəri qarışdırıb bitkilərin ətrafına səpərək həşaratları uzaqlaşdırmaq olar. İkinci yol isə qaynadılmış və soyudulmuş suya qırmızı istiot qataraq məlhəm hazırlayıb sprey şəklində yarpaq və budaqların üzərinə püskrdərək bitkilərinizi ziyanvericilərdən qoruya bilərsiniz.

— Burun və qulaq tutulmasına qarşı qırmızı istiot çox xeyirlidir. Sadəcə yeməyinizə bu ədviyyatı qatmaqla sözügedən problemdən xilas ola bilərsiniz.

— Rəngli paltarların yuyularkən rəngləri solmasın deyə bir sıra kimyəvi maddələr mövcuddur. Ancaq yuyucu tozların əksəriyyəti sağlamlıq üçün təhlükəlidir. Yeni aldığınız rəngli bir köynəyi ilk yuduğunuzda suya bir qaşıq qarabibər əlavə edə bilərsiniz. Qara istiot parçanın rəngini itirməsinə mane olur, onu daha da canlandırır.

1 şərh

Mehemmedcan
Maraqlı mövzu idi.Təşəkkürlər