Soğan şirəsi

A, B və C vitaminləri, fosfor, kükürd, yod kimi faydalı elementlərlə zəngin olan soğanın şirəsi bir çox xəstəliklərin dərmanıdır. Soğan şirəsindən, xüsusilə, qış aylarında bol-bol istifadə etmək lazımdır ki, soyuqlamanı, öskürəyi, bronxit və boğaz ağrısı kimi xəstlikləri aradan qaldırsın.

Soğan şirəsində olan komponentlərin bronxial astma zamanı da faydalı olduğu bildirilir. Eləcə də, soğan şirəsi immuntitet, həzm və ürək-damar sistemi üçün də faydalıdır.

Bundan başqa soğan sümük əriməsi və xərçəng kimi xəstəliklərə qarşı orqanizmi mühafizə etmək xüsusiyyətinə də malikdir. 100 qram soğanı soyub iri hissələrə bölə və 200 qram suda 10 dəqiqə qaynadaraq istifadə edə bilərsiniz.

Qeyd: Soğan şirəsindən istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməyi unutmayın!

 

0 şərh