Bananın qeyri-adi xüsusiyyəti

Bananın qeyri-adi xüsusiyyətini argentinalı alimlər müəyyən ediblər. Belə ki, bu ölkədə aparılan araşdırmada iştirak edən könüllü qadınlara gündə səhər yeməyində bir ədəd banan verilib. 3 ay davam edən araşdırmada iştirakçıların hamısı arıqlayıblar. Banan həzmi asanlaşdırır  bədəni stresdən qoruyur.

Banan insanı xoşbəxt edir. Banan vitamin və mineral mənbəyi olduğu üçün artirit və sinir sistemi problemlərini həll etmək özəlliyinə sahibdir. Bundan əlavə banan bədəndə “xoşbəxtlik hormonu” olaraq bilinən serotonin istehsalını artırır, sakitlik hissi verir.

Mütəxəssislərin banan sevməyənlərə də məsləhəti var. Əgər bu meyvəni tək yeməyi sevmirsinizsə, onu yoqurt və bal ilə qəbul etmək olar.

 

3 şərh

seyidova
Ən sevdiyim 2 meyvədən biri.Amma əksinə banan kökəldir deyirlər.
Someone
hə düzü məndə elə bilirdim ki, banan kökəldir.
Don_Elnur
Banan sevməyən adam var ki? :)