Qırmızı şərab içmək üçün 7 səbəb

1. Döş xərçəngi riskini azaldır
Əslində, belə bir paradoks var ki, spirtli içkilər xərçəng yaradır. Amma qırmızı şərab bu siyahıya aid deyil. Çünki qara üzümün tərkibində dəri üçün faydalı elementlər var. Bu elementler menopoz dövründə estrogenin səviyyəsini azaltmaqla və testosteronun səviyyəsini isə artırmaqla qadınları döş xərçəngi riskindən azad edir.

2. Dişləri kariyesdən qoruyur
Qırmızı şərabın faydaları ürək və qan damarları üçün məhdudlaşmır. O həmçinin dişləri də kariesdən qoruyur. Onun tərkibindəki elementlər dişlərdəki bakteriyaları yox etməklə dişlərin sağlamlığını da bərpa edir.

3. Dərini yeniləyir
Qırmızı şərabdan kosmetologiyada qüsurları aradan qaldırmaq üçün tez-tez istifadə olunur. O dəri çalarını yaxşılaşdırır, nəticədə qırışlar tamamilə yox olur. Amma təbii ki, hər dəri növü üçün bütün qırmızı şərablar uyğun deyil. Məsələn, quru dəri üçün şirin və ya kəmşirin şərab daha uyğundur.

4. Çəki atmağa kömək edir
Amerikalı alimlər təsdiq ediblər ki, qırmızı şərab və qara üçün çəki atmaqda faydalıdır. Tərkibindəki elementlər maddələr mübadiləsini sürətləndirir və piy qatlarının həcminin azalmasına yardımçı olur.

5. Xolesterolun səviyyəsini yaxşılaşdırır
Harvard alimləri belə bir modul müəyyənləşdiriblər: quru qırmızı şərab qanda hemoglobinin səviyyəsini artırır və qan damarlarının divarlarında xolesterolunun toplanmasının qarşısını alır. Nəticədə ürək-damar xəstəliklərinin yaranması da azalır.

6. Yuxunu yaxşılaşdırır
Şərab yuxu keyfiyyətini yaxşılaşdırır, bədənə bir tonik təsiri var və bu istifadə edildikdə toxunulmazlıq artırır. Gündə 150 ml-dən çox olmayaraq qırmızı şərab içsəniz onun sizə müsbət təsiri olacaq, yaxşı yatmağınıza yardım edəcək.

7. Yaddaşın güclənməsinə kömək edir
Qırmızı şərab və qara üzüm yaddaş üçün ən yaxşı vasitələrdəndir desək, yanılmarıq.

0 şərh