Balzam içkisi

Balzam (yunan. Balsamon – “müalicə vasitəsi”) 40-45 dərəcə sərtlikdə olan spirtli içkidir. Balzam təbii bitkilərdən, onların meyvə və köklərindən müalicə məqsədilə hazırlanan spirtli içkidir. Müalicə məqsədli balzamların hazırlanmasına XVIII əsrin ortalarından başlanılıb.

Balzamların hazırlanması bir neçə mərhələdən keçir:
1. İçkinin hazırlanması zamanı istifadə edilən hər bir məhsul ayrı-ayrılıqda 1-3 ay müddətində spirtdə saxlanılır.
2. Sonra hər bir məhsul ayrı – ayrı disstillizasiya edilir. Distillizasiya prosessi iki və ya bir mərhələli ola bilər.
3. Əldə olunan hər bir maddə bir ay boyunca saxlanılır. Bu müddət ərzində isə onun faydalılığı maksimuma qədər artır.
4. Məhsullar bir-birinə qatılır və qarışım əldə olunur. Bu zaman məhsulların miqdarına diqqət yetirmək lazımdır. Qarışma prosesində məhsullar bir-birini üstələməməlidir. Onların hər biri lazım olan faydanı əldə etmək üçün lazım olan miqdarda olmalıdır.
5. Əldə olunan yeni qarışım filtir olunur. Bu zaman qarışımda olan bitki hissəcikləri filtirdən keçmir və şəffaf maye əldə olunur.
6.
Balzam şüşələrə doldurulur. Müalicə məqsədilə əlavə edilən balzamlar adətən tünd rəngli şüşə və ya keramika qaba yığılır. Balzamı gün şüasi düşməyən və sərin yerdə saxlamaq lazımdlır. Balzamın ətri və dadı dərman miksturasına bənzəyir. Ən məşhur balzam Bitner balzamı və qara riqa balzamı hesab edilir.

Balzamın faydalı tərkibi
Balzamın tərkibi onun hazırlandığı bitkilərin tərkibindən asılı olaraq minerallarla(dəmir, kolbat, sink, marqans, maqnium, kalsium, natrium, kalium və s.), təbii turşularla(alma, limon, üzüm, sirkə, polimitin, qarışqa, linolen, steorin və s.) zəngindir. Onun tərkibində zülallar, karbohidratlar, yağlar, alkoloidlər, qlükozidlər var.

Balzam əla sakitləşdiricidir, o fiziki və zehni yorğunluğu aradan qaldırır. Balzamı yeməkdən sonra 30 qram qəbul etməkdə fayda var. Adətən onu iştah artırmaq məqsədilə qəbul edirlər. Soyuqlama və qripin profilaktika və müalicəsi zamanı 1-2 qaşıq balzamı çaya və ya kofeyə əlavə edib içməkdə fayda var. Bu orqanizmin tərləməsinə və bəlğəmin boşalmasına səbəb olur. Qara riqa balzamının tərkibində olan nanə, valeriyan və ballınanə əsəb sisteminin və ürək-damar sisteminin yaxlışalşmasına səbəb olur. Bu balzamdan mədə-bağırsaq xəstəlikləri zamanı antiseptik kimi də istifadə edilir.

Bitner balzamı yuxu pozğunluqlarının və əsəb sistemi gərginliyinin aradan qalxmasına səbəb olur. Bitner balzamı orqanizmdə maddələr mübadiləsini yaxşılaşdırır, insanı gümrah və enerjili edir. O qıcıqlanmaları və yorğunluğu aradan qaldırır. Fiziki və zehni yorğunluqlar zamanı Bitner balzamından içməkdə fayda var.

Reabilitasiya müalicəsi zamanı xəstələrə Bitner balzamı vermək çox faydalıdılr. Porofilaktika məqsədilə qastrit, mədə və onikibarmaq yarası zamanı, mədə və bağırsaq narahatçılıqlarında Bitner balzamı qəbul etmək xəstəlik əlamətlərinin aradan qalxmasına yardım edir. Bu balzam immuniteti artırır, mədə narahatçılığını və qəbizliyi aradan qaldırır. Onu oynaq və əzələlərə kompres şəklində qoymaq ağrının aradan qalxmasına səbəb olur.

Kəskin respirator virus xəstəlikləri zamanı Bitner balzamı içmək xəstəlik əlamətlərini aradan qaldırır. Onu isti suya qataraq qarqara etmək boğaz ağrılarının və boğazda olan iltihabi proseslərin aradan qalxmasına səbəb olur. Profilaktika mıəqsədilə gündə 20-30 qram və ya həftədə 150 qramdan artıq balzam içmək məsləhət görülmür.

Balzamın zərərli xüsusiyyətləri
Balzamı qəbul etməzdən əvvəl onun üstündə yazılanları diqqətlə oxumaq lazımdır. Onun tərkibində olan bitkilərdən birinə qarşı həssaslığı olan adamlarda balzam allergiyaya səbəb ola bilir. Kəskin mədə və bağırsaq xəstəlikləri zamanı balzam içərkən diqqətli olmaq lazımdır. Balzam qəbul edərkən onun dozasını artırmaq məsləhət görülmür. Böyrək və qaraciyər çatışmzlığı zamanı, hamiləlik və uşaqəmizdirmə dövründə balzam qəbul etmək məsləhət deyil. Uşaqlara balzam vermək tövsiyə edilmir.

immunitet.az

0 şərh