Qaymaq

Qaymaq südün üstünə yığılan yağlı hissəsidir. Süd zavodlarında qaymaq əldə etmək üçün sentrafuqadan istifadə edilir.

Yaxşı qidalanmış camış südünün 35%-ini qaymaq təşkil edir. Təbii südü bişirdikdən yarım saat sonra onun üst hissəsində nazik təbəqə əmələ gəlir. Təbii yolla ev şəraitində qaymaq əldə eləmək üçün bişirilmiş südün ən azı 10-12 saat soyuq yerdə saxlanmılması lazımdır. Mütəxəssislər qaymaq əldə etmək üçün üstündə ən azı 1 sm qalınlığında qatı təbəqə əmələ gələnə qədər südü sakit vəziyyətdə saxlamağı məsləhət bilir.

Qida sənayesində təbii qaymağı əvəz edə bilən bitki tərkibli qaymaqlardan istifadə olunur. Bu qaymaq bitki tərkibli yağlardan alınır. Satışlarda olan qaymaqlar kakos, palma və palmakimilərin yağlarından alınır. Onların tərkibində süd zülalları, rəngləndsirici və təbii qaymaq ətri olur. Bu cür qaymağın tərkibinə stabilizatorlar, emulqatorlar, dadlandırıcılar və boyaq maddələri olur.

Qaymağın 10-35%-i yağlardan ibarətdir. O çox qidalandlıırıcı tərkibə malikdir və A, C, B1, B2, PP vitaminləri, kalium, fosfor, maqnium, xlor, dəmir, sink və s. zəngindir. Qaymağın tərkibi D vitamini, kalsium və fosforla zəngindir (medicina). Onun tərkibində olan kalsiumun miqdarı taxıl məhsulları, tərəvəz və digər qida məhsullarının tərkibində olan kalsiumun miqdarından yüksəkdir. Qaymağın tərkibində çoxlu miqdarda L triptofan vardır ki, bu yuxusuzluqla mübarizə aparmaqda insana yardım edir.

Faydaları:
— Qaymaq yemək sinir sisteminin sakitləşməsinə səbəb olur.
— Bal, qaymaq və yerkökü şirəsinin qarışımı cinsi həvəsin artmasına səbəb olur.
— Yerkökü şirəsi və qaymaq qarışımı qaraciyəri təmizləyir və onun fəaliyyətinin yaxşılaşmasına səbəb olur.

— Qarışım bədəndəki şişkinliklərin azalmasına da səbəb olur.
— Qaymağın tərkibində olan lesitin damarlarda xolesterinin azalmasına səbəb olur. Onun tərkibində olan yağlar orqanizm tərəfindən asan sorulur və çox faydalıdır.

Zərərləri:
— Normal qaymağın tərkibinin 10%-i yağlardan ibarət olur. Bu qədər yağlılığı olan qaymaq orqanizmə yetərincə fayda verir. Yağlılığı çox olan qaymaq yemək isə pilənməyə və damar xəstəliklərinə səbəb ola bilir.
-  Süd zülallarına qarşı allergiyası olanlara qaymaq yemək məsləhət görülmür.
— Qanında xolesterinin miqdarı çox olanlara və aterosklerozdan əziyyət çəkənlərə çoxlu miqdarda qaymaq yemək məsləhət görülmür.
— Yüksək təzyiq, artıq çəki və qaraciyər patologiyalarından əziyyət çəkənlərə qaymaq yemək məsləhət görülmür. Həkimlər 2-3 yaşına qədər olan uşaqlara qaymaq yedirtməyi məsləhət görmür, buna səbəb isə qaymağın uşaq orqanzimi tərəfindən çətin sorulmasıdır.

Evdə hazırlanma qaydası: 
Ev şəraitində qaymaq əldə etmək üçün süd 100*-ə qədər sterlizasiya edilir şirli və enli qaba sərilir. Qaymağı yığmaq üçün isə ən azı 12 saat gözləmək lazım gəlir. Sterlizasiya olunmuş və qaymaqdan qalan südü isə müxtəlif məqsədlərlə istifadə eləmək və ya bir ay müddətində dondurucuda saxxlamaq mümkündür.
 

0 şərh