Faydaları dərman kimi olan kələm

Dolması, şorbası, turşusu həm də salatı hazırlanan ağ kələm, ləzzətli qış tərəvəzlərindəndir. Gül kələmi, brokkoli kimi kələmçiçəyikimilər  fəsiləsinə aiddir.
Ağ kələm; K və C vitaminləri, antioksidanlar və lif ilə zəngin olan aşağı kalorili bir qidadır. 100 qram yalnız 25 kaloridir. K vitamini qan laxtalanması və sağlam sümüklər üçün lazımdır. C vitamini isə infeksiyaların qarşısını alır və yaraları sağaldır. Bunlardan başqa folat, A vitamini, B6 və B2 vitaminləri, kalsium, maqnezium, kalium, manqan və dəmir tərkiblidir. Faydaları dərman kimi olan kələm
Xərçəngə qarşı güclü qoruma
Kələmçiçəyikimilər fəsiləsindən olan bitkilər antioksidan xüsusiyyətli qlikozinolat adlı fitokimyəvi maddələrlə zəngindir. Qlikozinolatlar anti-bakterial, virus əleyhinə və iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Buna görə, kələm, brokkoli, gül kələm kimi tərəvəzlər, sinə ağciyər və kolon kimi xərçəng növlərinin qarşısının alınmasında böyük əhəmiyyətə malikdir.
Həzm sisteminin dostu
Kələmdəki həll olunmayan liflər nəcisin həcmini artırır və yumşaldır, bağırsaq fəaliyyətini tənzimləyir və qəbizliyin qarşısını alır. Çözünür liflər bağırsaqda B və K vitamini istehsal edən faydalı bakteriyaları artırır və immunitet sistemini gücləndirir. Bundan əlavə, evdə hazırlanmış kələm turşusu kefir, qatıq kimi qidalarda olduğu kimi robiyotiklər adlandırdığımız faydalı bakteriyalarla zəngindir. Kələmin turşusu çiy kələmdən istifadə edildiyi üçün faydalı antioksidant komponentlərlə də zəngindir.
Ürək sağlığına faydalıdır
Kələmdə fitosterol deyilən fitotərkiblidir. Fitosteroller xolesterola bənzər bir quruluşu ilə həzm kanalında xolesterolun əmilməsinə mane olaraq, pis xolesterolu azaldır, damarları gücləndirir. Bundan əlavə, tərkibində həll olunan və həll olunmayan liflər olan kələm pis xolesterolu azaltmağa kömək edir.
Necə yeməliyik?
Tərəvəzin antioksidant xüsusiyyətlərindən yaxşı istifadə etmək üçün, doğrandıqdan sonra çiy ya da az buxarda çox bişirmədən çiynəmək lazımdır. Ayrıca, bu tərəvəz, qatıq kimi probiotik qidalaı ilə birlikdə yeyildikdə xərçəngdən qorunmaq üçün daha faydalıdır.


Mənbə: topic.az
 

0 şərh