Sarımsaq

Sarımsaq (lat. Allium sativum) - soğan cinsinə aid bitki növüdür.
Sarımsaq ağımtıl rəngli soğanaqlı bitkidir. Dadı çox kəskin yandırıcı olmaqla yanaşı, özünəməxsus ətirli iyi vardır. Sarımsaqdan Şərq təbabətində çox qədim zamanlardan dərman kimi bir sıra xəstəliklərə qarşı istifadə olunur. Məsələn, xroniki mədə-bağırsaq xoralarının müalicəsində, zəiflikdə, avitaminozda, zob xəstəliklərində və s. Tərkibində "fitonsid" maddəsinin mövcudluğundan, sarımsaq son dərəcə qüvvətli bakterisid təsirə malikdir. Sarımsaqdan alınan "allisin" maddəsinin çox qüvvətli bakterisid təsiri vardır. Onun on mində bir nisbətini su ilə durulaşdırdıqda belə yenə də bakteriyalara öldürücü təsir göstərir, onların inkişafını dayandırır. Son illərdə aparılan tədqiqatlar nəticəsində sarımsağın tərkibində bir sıra müalicə əhəmiyyətli maddələrin olduğu müəyyən edilmişdir. Bunlardan ən mühümü "dusulfid" adlanan kükürdlü üzvü birləşmələrdir. Sarımsağın tərkibində olan efir yağında kükürd olduğu üçün, onun iyi çox kəskindir və yandırıcıdır.

Sarımsağın faydaları

Xalq təbabətində sarımsaqdan xörəklərdə və ya turşuya qoyulmuş sarımsaqdan vərəm xəstəliyi zamanı iştaha artıran, bəlğəmgətirən və sinə iltihabını təmizləmək məqsədilə işlədilir.
sarımsaq
Soyuqdəymə və sətəlcəm olduqda tənəffüs yollarını açmaq üçün sarımsaq yeyirlər. Sarımsaqdan çəkilmiş spirtdən xroniki mədə katarı, mədənin həzm etmə zəifliyi, qarın köpü zamanı, eləcə də xroniki amyoblu ishalı müalicə etmək üçün istifadə olunur. Bundan başqa, sarımsaq yoğun bağırsaq xəstəliyi zamanı da işlədilir. Sarımsaq suyundan şəkər diabeti xəstəliyinə tutulanlara vermək də faydalıdır. Zaqatala rayonunda qabığı soyulmuş "sarımsaq bəhməzi" bişirilir. Həmin bəhməz hipertoniya xəstəliyinə tutulmuş adam üçün ən yaxşı müalicə vasitəsidir.

Sarımsaq həm çiy halda,həmdə xörəklərdə bişirilmiş halda istifadə olunur.Əsas cəhətlərindən biri infeksiyaya qarşı müqavimətli olmasıdır.Bu baxımdan o həzm və nəfəs orqanları,ağciyər üçün daha faydalıdır.
Sarımsaq yemək iştahı artırır,qidanın həll olunmasına kömək edir,mədə rütubətini toplayır və aşağı salır,qatı qanı durulaşdırır.
Turşuya qoyulmuş sarımsaq boğazı və səsi təmizləyir,huşsuzluq,üz iflici,sinir və oynaq ağrıları hallarında tövsiyə edilir.Mədədə qurd yaranmasının qarşısını alır.Hamilə qadın sarımsaq istifadə etdikdə uşağın rəngi açıq və xoşagələn olur.
Sarımsağı qatıqla yemək iştahı açır ,mədə və həzm üçün münasibdir.Ağır və gec həzm olan qidaları sarımsaqla yemək məsləhətlidir.
Sarımsaq həmçinin ürək əzələsini möhkəmləndirir,böyrək daşları hallarında da tövsiyyə olunur.Sidik yollarının infeksiyasına qarşı təsirli vasitələrdən biridir.Onu qaynadaraq isti suyunda oturmaq sidik qovucu təsirə malikdir.
Lakin sarımsağı həddən çox işlətmək qana,gözə və babasilə ziyandır.Sarımsağı bal ilə döyüb dəri üzərinə sürtməklə dəridə olan ləkələri təmizləmək mümkündür.
Damarların divarlarına çökmüş xolestrinin səviyyəsini aşağı salır.
Sarımsağı zədələnmiş yerlərə sürtməklə qanaxmanın qarşısını almaq mümkündür.

Sarımsağın soyuqdəymə, qrip, boğaz ağrısı və burun iltihabına, zəncəfilin isə xərçəng xəstəliyinə qarşı qoruyucu təsirə malik olduğu məlum olub.7 min il bundan qabaq Misirdə piramidaların inşa ediləsimdə işləyən fəhlələrə sağlamlıqlarını qorumaq üçün verilən sarımsağın, xüsusilə də soyuqdəymə, qrip, boğaz ağrısı və burun iltihabına xəyirli olduğu ortaya çıxıb.

Əsas problem- sarımsaq yedikdən sonra nəfəsinizdən iy gəlməməsi üçün bir az cəfəri və ya limon yemək məsləhət görülür.

Sarımsaq və nikotin

Bir diş sarımsaq gün ərzində çəkilən siqaretdən insanın qanına keçən nikotinin zəhərlərinin qarşısını alır. Belə ki, bədəndə xərçəng risqini azaldan sarımsağın qəbulu insanın sinir sistemini və qan dövranını yaxşılaşdırır; insana əlavə güc və enerji verir. Onun sözlərinə görə, sarımsaq düzgün istifadə olunması halında çox yaxşı antibiotikdir. O, mikrobları öldürür, bağırsaqları qurdlardan təmizləyir. Qaraciyərdəki rahatsızlıqlar, başın hərlənməsi, qızdırmanın olması, qulaqların uğuldaması kimi xəstəliklərə çox yaxşı təsir edir. Bundan əlavə, sarımsaq qanda şəkərin miqdarını tənzimlədiyi üçün şəkər xəstəliyinə qarşı ən yaxşı təbii vasitə hesab edilir.

Sarımsaq qoxusu seksual həvəsi artırırmış

Obozrovatel.com saytının məlumatına görə, 1400 könüllünün iştirak etdiyi eksperiment çoxunun qəbul edə bilmədiyi bu iyin insanda seksə meyl yaratdığını üzə çıxarıb.
Alimlər müəyyənləşdiriblər ki, sarımsaq qoxusu ilə hazırlanmış xüsusi sprey insanda seksual istəyi nə az, nə çox – düz 10 dəfə artırır. O, həm qadınlara, həm də kişilərə eyni cür təsir göstərir.

Sarımsaq qida zəhərlənməsi riskini azaldır

Sarımsağın tərkibindəki birləşmə "campylobacter" adlanan və zəhərlənmə əmələ gətirən geniş yayılmış bakteriyalarla antibiotiklərin iki tipindən 100 dəfə daha səmərəli mübarizə aparır. Alimlərin fikrincə, bu kəşf qida zəhərlənmələrinin müalicəsində yeni qapı aça bilər.
"Campylobacter" bakteriyasına quş ətinin həm üzərində, həm də özündə rast gəlmək olar. Vaşinqton Dövlət Universitetinin əməkdaşları müəyyən ediblər ki, sarımsaqdan ayrılan dialil sulfid adlı maddə bakteriyaların koloniyalarını xarici mühitdən qoruyan qoruyucu nazik pərdənin arasından keçməyə qadirdir.
Laboratoriya mühitində dialil sulfid özünü eritromisin və tsiprofloksasindən 100 dəfə yaxşı göstərib. Bu çox heyranedici nəticədir. Çünkü bu, ətrafızmızdakı bakteriyaların və qidaların səbəb olduqları zəhərlənmələrin qarşısını almaq potensialını göstərir. İnfeksiyanın simptomları bir qayda olaraq özünü ürəkbulanma, qusma, qarında ağrılar və hərarətin yüksəlməsi şəklində büruzə verir.

Orqanizm üçün çox faydalı olan sarımsağın mədə-bağırsaq, prostat, qırtlaq xərçənginə yoluxma ehtimalını azaltdığı müəyyən edilmişdir. Yüksək miqdarda fosfor, kalium, kükürd, sink,  selenium, A və C vitaminləri ilə yanaşı, az miqdarda da kalsium, maqnezium, natrium, dəmir, manqan və B vitaminləri ilə zəngin olan sarımsağın tərkibində bol miqdarda su, şəkər, karbohidratlar, zülal, lif və sərbəst aminturşuları var.

 

0 şərh