Toxunma qablar

Avstraliya aborigenləri pandan palmasından torbalar və çantalar toxuyurlar. Bunlar bəzən elə sıx toxunur ki, hətta suyu da buraxmır. Toxunma kisələr məişətdə ərzaq məhsullarını və başqa əşyaları saxlamaq və daşımaq üçün istifadə edilir. Məsələn, iri kisələrə 12-15 kiloqram yams yığmaq mümkündür.
Sadə tutumlar sayılan səbətlərin yaradılması insanın ilk məişət müvəffəqiyyətlərindən idi. Bu Daş dövrünə aiddir. Tutumlar bitki      budaqlarından, yarpaqlarından, qabıqlarından toxunurdu. İbtidai insan təbiətdə heyvan kimi qida axtarıb yeməkdən yeni tipli qida əldə etmə dövrünə, yəni yığıcılıq dövrünə keçərkən toxunma səbətlər yaranırdı. Artıq ona yığım zamanı bitkilərin yeməli hissələrini bir yerə yığmaq üçün qablar, tutumlar lazım idi. Y.Lipsin fikrincə «yığıcılıq və ovetmə» əməliyyatı onu təsdiq edir ki, ən qədim xalqlara da qidaya yararlı bitkiləri yığmaq və daşımaq üçün müəyyən tutumlar lazım idi. Bitkidən səbətlər toxumaq qədimdə insanın yaşadığı iqlimə uyğun baş vermişdir və indi də davam edir. Səbətlər hündür və alçaq, böyük və kiçik, iti və dibli (yük daşımaq üçün), nimçəyəbənzər şəkildə müxtəlif məqsədlər üçün toxunur və işlənirdi.
Qəribə burasıdır ki, səbətlər sadəcə olaraq əllə, ya da biz və qıyıq kimi sadə alətlərin köməyi ilə toxunurdu. Belə qablar elə toxunurdu ki, mayeni saxlayır və içərisinə gözəmiş daşlar atmaqla suyu qaynadıb xörək də bişirmək mümkün olurdu.
Şərq xalqları qida ehtiyatı saxlamaq üçün ipdən qablar, çuval, xurcun, heybə, məfrəş və sairə toxumuşlar.
Amerikada eramızın əvvəlindən 600-cü ilə qədər «basket-mayer» (səbətçilər) hindu tayfaları yüksəkkeyfiyyətli səbətlər toxumuş, onlardan müxtəlif əşyaları və qida məhsullarını bir yerdən başqa yerə daşımaq, məhsulları ehtiyatda saxlamaq və digər məqsədlər üçün istifadə edirmişlər.
Bəzən səbətlərin germetik və kip olması üçün onların içini qatranlayıb hisə verərdilər.

Müəllif Mətləb Əlizadə Nuruş oğlu,Yusif Quliyev Eyyub oğlu ƏRZAQLARIN MƏNŞƏYI kitabı

Həmçinin bax:

 

2 şərh

Ferbara
içərisinə közərmiş daşlar suyu qaynadıb
Maraqlı ideyadı. :)