Рейтинг
+27.11

Ərzaqlar

29 üzv, 315 topik

Əncir və onun faydaları

Əncir (lat. Ficus) — tutkimilər fəsiləsinə aid bitki cinsi. Aləmi: Bitkilər, Şöbə: Örtülütoxumlular, Sinif: İkiləpəlilər, Yarımsinif: Dillenid, Sıra: Gicitkənçiçəklilər, Fəsilə: Tutkimilər, Cins: Əncir. Əncir Azərbaycanın bir çox yеrlərində yеtişdirilir. Orta əsr Azərbaycan müəllifləri bu bitkinin mеyvələrinin müalicəvi əhəmiyyətindən ətraflı məlumat vеrirlər. Məhəmməd Mömin yazır ki, əncir yüksək qızdırmanı, titrətməni, susuzluğu aradan qaldırır və işlətmədə faydalıdır. Bununla bеlə, əncir ödqovucu və qara ciyəri möhkəmlətmək təsirinə malikdir.
Ardı →

Pomidor

Pomidorun vətəni Peru və Mərkəzi Meksikadır. Onun vəhşi sortlarına Peruda, Kanar və Filippin adalarında rast gəlmək olur. Qədim asteklər ona «tomata» adı vermişlər. Asteklərdən başqa, onu mayya hinduları istiotla bərabər becərirdilər.
XIV əsrdə İspaniyaya pomidor (1534-cü ilin axırı, 1535-ci ilin əvvəli) gətirilib. R. Dodoyens öz əsərlərində (1553-cü il) pomidorun ilk şəklini təsvir edib və ona «poma amoris» («məhəbbət alması») adını verib.
Avropada pomidoru ilk olaraq ispanlar, portuqaliyalılar və italyanlar becəriblər. Qida kimi hazırlanma qaydası da ondan ibarətdir ki, onu istiotla birlikdə qaynadaraq bişirirlər.


Ardı →

Müxtəlif bitki yağları

Küncütün vətəni Cənubi Afrika sayılır. Lap qədim dövrdə onu buradan Həbəşistana aparıblar. Küncüt oradan da Hindistanın Xarappa şəhərinə düşüb.
Herodot Babilistanda hündür küncüt ağaclarının olduğu barədə məlumat verir. Orada küncütdən yağ çəkirdilər, Həmin yağ ərzaq kimi əhəmiyyətli yer tuturdu. Küncütü çörəyə, onun dadını artırmaq üçün vururdular.Küncüt Urartu dövlətində də geniş yayılmışdı.


Ardı →

Zeytun yağı

Müxtəlif xalqlar zeytun yağına ilahi mənşəli ağac yağı kimi yanaşardılar. Qədim yunan rəvayətinə görə müdriklik allahı Afina allahların yarışında ən əhəmiyyətli neməti udaraq insanlara hədiyyə kimi bağışlamışdır.
Yunanlar yağı ”oliva” adlandırmışlar. Zeytun ta qədim dövrdən insanlara xidmət edir. Xristianlıq dövründən yağdan bədəni və ruhu müalicə etmək üçün istifadə edirdilər.
Qəribə də olsa, bütün dövrlərdə insanlar yenidən və yenidən zeytun yağının yeni keyfiyyətlərini kəşf edirlər.Bax, elə bizim günlərdə Fransada müəyyən edilmişdir ki, zeytun yağı dəri altı piyi xatrladır. Ona görə də dəriyə soyuq dəydikdə, myxtəlif fəsadlardan qızardıqda, dəri qabıq tökdükdə və qocalmanın qarşısını almaqda köməyi dəyir.


Ardı →

Buğda

Yüz min illər boyu təbiətin qoynunda yaşayan insan onun yaşıl sərvətlərini müşahidə etmiş və zəngin təcrübə əldə etmişdir. İnsan bitkilər aləmində seçmə aparmış və nəticədə ən faydalı bitkilər əsasında sabit ərzaq xəzinəsi yarada bilmişdir.
Müasir dövrdə Yer kürəsinin altı milyarddan çox olan əhalisini cəmi bir neçə dənli bitkidən alınmış məhsullar dolandırır. Statistikaya görə keçən əsrin 80-ci illərinin əvvəllərində planetimizdə 1 milyard 150 milyon ton dənli bitki yığılmışdır. Bunun 450 milyon tonu buğda, 375 milyon tonu düyüdür. Adamhesabı götürsək, hər nəfərə orta hesabla 256 kiloqram dən, o cümlədən 100 kiloqram buğda və 85 kiloqram düyü düşür. Göründüyü kimi, buğda insana ən çox fayda verən dənli bitkilərin birincisidir.


Ardı →

Arpa

Arpa böyük təsərrüfat əhəmiyyətli dənli bitkidir. Onun tərkibində 12 faiz zülal, 60 faizdən çox karbohidrat və 2 faizə yaxın yağ vardır. 30-a yaxın növü mövcuddur. Arpa da buğda və düyü kimi qədim tarixə malikdir. Qazıntı zamanı keçən əsrin 80-cı illərinin ortalarında Misirdə (Asuandan bir qədər şimalda) arpa dənələri tapılmışdır. Alimlərin fikrincə bu dənələr mədəniləşdirilmiş arpaya aiddir və onun 17 000 illik tarixi vardır. Suriyada tapılmış mədəni arpaya isə azı 9 000 illik yaş verilmişdir.
Qədim misirlilər arpanı allahlar tərəfindən göndərilmiş bir nemət sayırdılar. Onlar arpadan pivə istehsal edirdilər. Pivə süfrələrində, əsas yer tuturdu. Mesopotamiyada arpa əsas dənli bitkilərdən hesab olunurdu. Burada qullara hər gün 0,7-0,8 litr arpa suyu verirdilər. Strabonun məlumatına görə, Babilistan arpanın ən bol yeri imiş.


Ardı →

Donuz və digər heyvan ətləri

Babilistanda donuz murdar heyvan sayılır və onun ətini nadir hallarda yeyirdilər. Qədim Misirdə-Nil çayının deltasında isə donuzlardan toxumun yerə basdırılmasında istifadə edirlər.
Qədim İtaliyanın ziyafət məclislərində isə donuz ətindən hazırlanan məhsullar süfrənin yaraşığı sayılırdı. İtalyanlar qaban və ev donuzundan əlliyə yaxın xörək hazırlayırdılar. Romalılarda qızdırılmış bütöv donuz balasını (çoşkanı) süfrəyə qoymaq hələ o zaman bir adət olmuşdur. Varlı romalıların süfrələrinə hətta bütöv qaban da verirlərmiş. Romalılar donuz içalatından yunanlar kimi qan kolbasası, həmçinin içalat kolbasası hazırlayırdılar. Ədviyyatlı kolbasaları xüsusi sobalarda qızdırıb isti şəkildə satırlarmış.


Ardı →

Əhvali-ruhiyyəni qaldırmaq üçün nə qəbul etməli?

İnsanın əhval-ruhiyyəsi müxtəlif amillərdən asılıdır, eləcə də xoşbəxtlik hormonundan. Bu ad altında bir neçə hormon nəzərdə tutulur: endorfinlər, enkefalinlər, serotoninlər. Bu hormonların yüksək dozası bəzi məhsullarda var ki, onları vaxtaşırı olaraq qida rasionuna daxil etmək lazımdır.
Davamı →

Qəhvə içkisi

Onu sevən də çoxdur, əleyhinə olanlar da. Deyirlər Onore de Balzak gündə 20 fincandan çox qəhvə içərmiş. «Qəhvə gecə kimi qara, öpüş kimi şirin, ilk məhəbbət kimi isti olmalıdır».
«Qəhvə» sözü ərəbcə «oyandıran, qıcıqlandıran içki» mənasını daşıyır. Tərkibində kofein olduğundan stimuləedici təsir göstərir. İlk dəfə Həbəşistanın cənub-qərb rayonlarında yerləşən Kaffa adlı ərazidə yetişdirildiyinə görə «kofe» adlandırılması haqqında rəvayətlər var. Sonralar ərəb ölkələrinə, 17-ci əsrdə isə Avropaya gətirilir. Bütün dünyanı dolaşır və hazırda bir çox ölkələrdə yetişdirilir.
Davamı →

Ev quşları və yumurta

Ərzaq fondunda quşların da xüsusi yeri vardır.Toyuq yetişdirilməsinin tarixi beş min ildən çoxdur. Quş ətində 190-a yaxın maddə vardır, buna görə də quş əti qiymətli ərzaq növüdür.Toyuq cinslərinin vətəni Cənubi-Şərqi Asiyadır.
İnsan neolit dövründə quşları həm ovlayır, həm də əhliləşdirməyə cəhd göstərirdi. Bu cəhətdən qədim Misir ilk quş bəsləyən ölkələrdən biri sayılır. İnkubator yaratmaq ideyası məhz qədim Misirdə meydana gəlib. Orta əsrlərdə bu ölkədə süni toyuq yetişdirmək sahəsində çox ustalıqla məşğul olublar.


Ardı →