Рейтинг
+27.11

Ərzaqlar

29 üzv, 315 topik

Azkalorili və çox faydalı tərəvəz

Təəssüf ki, bu faydalı tərəvəz bizdə geniş istifadə olunmur.
Adi ağ kələmlə müqayisədə gül kələmi orqanizm tərəfindən daha asan mənimsənilir və köp və digər pozulmalara səbəb olmur.
Gül kələmi tərkibində çoxlu miqdarda C vitamini var. Alimlərin araşdırmalarına görə, C vitaminin miqdarı gül kələmində limonla müqayisədə daha çoxdur. Bu səbəbdən gül kələmi insanın immun sisteminə çox müsbət təsir edir, orqanizmin müxtəlif infeksiyalara davamlılığını artırır, orqanizmdə gedən qocalma prosesləri ləngidir.
Davamı →

Yediyimiz yumurtanın tərkibini bilirikmi?

Bəzi xanımlarımız mətbəxdə qaz və ördək yumurtasından istifadə edirlər. Bu quşların yumurtasından sadəcə şirniyyatda istifadə olunmalıdır. Çünki hazırlanan şirniyyat yüksək temperaturda bişir. Lakin bu yumurtaları aldığımız zaman mütləq təzə olduğuna diqqət yetirməliyik. Əks təqdirdə bu, insan orqanizmi üçün təhlükəlidir. Paratif (qarın yatalağına oxşar yoluxucu mədə xəstəliyi) xəstəliyinin əmələ gəlməsinə yol aça bilər.
Davamı →

D vitamini olan məhsullar

Erkən uşaqlıqdan gələn bəzi insanlar balıq yağı zövqünü bilirlər. Uşaqlıq dövründə vitamin D (Cholecalciferol) bədənin normal inkişafı üçün çox vacibdir. Bu əhəmiyyətli maddənin olmaması sümüklərin, dərinin, dişlərin və insan saçının vəziyyətinə mənfi təsir göstərir. Kolekalsiferolda zəngin olan digər yeməklər var. Dietinizdə D vitamini olan hansı qidalar və qidalar olduğunu öyrənin. Bu təlimat bunu anlamaq üçün sizə kömək edəcəkdir.
Davamı →

İnsan həyatında qida məhsulları

Bütün həyatı boyu insan orqanizmində dayanmadan maddələr mübadiləsi gedir. Bunun üçün orqanizmə böyük miqdarda enerji lazımdır. İnsan orqanizminin həyat enerjisinin isə əsas mənbəyini qida təşkil edir.
Dərinin, saçların, dırnaqların sağlamlığı, insanın daxili orqanlarının normal fəaliyyəti düzgün və hərtərəfli qidalanmadan asılıdır. Normal qidalanmayan orqanizm ona lazım olan maddələri almır və getdikcə insanın immuniteti azalır, səhhəti pisləşməyə başlayır. Tez-tez soyuqdəymələr, qanazlığı, yaz yorğunluğu, dişlərdə kariyes halları müşahidə edilir.
Davamı →

Palma yağları insan orqanizmi üçün zərərlidirmi?

Dünya səhiyyəsinin inkişaf etdiyi bir dövrdə xəstəliklərin sayı durmadan artır. Lakin müasir elm bəzi xəstəliklərin qarşısında hələ də acizdir. İnsanlar bəzi xəstəliklərin yaranmasını ekologiyanın çirklənməsi və qida məhsullarının keyfiyyətsiz olması ilə əlaqələndirirlər. Gündəlik qida rasionumuzda önəmli yer tutan yağların mənşəyi hər zaman müzakirə edilib. Bir çox qida məhsullarında palma yağından istifadə edilir.
Bəs palma yağları insan orqanizmi üçün zərərlidirmi?

Davamı →

Zoğalın müalicəvi xüsusiyyətləri

Azərbaycan milli mətbəxində zoğaldan daha çox mürəbbə və kompot hazırlanır.
Zoğal həm də insan sağlamlığının qorunmasında çox təsirli vasitədir.
Azərbaycan Dövlət Aqrar Universitetinin Bağçılıq kafedrasının professoru, «Meyvələrlə müalicə (Pomoterapiya)» əsərinin müəllifi Zaur Həsənov müsahibəsində zoğal meyvəsinin faydaları, bu meyvə ilə qidalanma və müalicə vasitəsi kimi istifadə qaydaları haqqında danışıb.
Davamı →

Küncüt yağının faydaları

Küncüt daha çox Hindistanda bitir. Arxeoloqlar qədim məskənlərdə ilk küncüt yağının qalıqlarını tapıblar.
Bu gün küncütün mədəni sortları Asiya, Afrika və Amerikada yetişdirilir. Dünyada küncütü ən çox idxal edib, yeyən Yaponiya və Çindir. Yağı isə bütün Yaxın Şərqdə istifadə edilir.
Küncüt yağı bitkinin ağ və qara toxumlarından alınır. Qovrulmuş toxumlarından soyuq sıxılma üsulu ilə çıxarılır. Ən keyfiyyətlisi qara küncütdən alınan hesab olunur.
Bu yağda yarıdoymuş yağ turşuları və mikroelementlər var. Bu məhsulda sezamolin və sezamin adlı antioksidant da vardır ki, hüceyrələri sərbəst radikallardan qoruyur, E vitamininin təsirini artırır.
Şərqdə küncüt yağından yanıqlarda, bağırsaq imaləsində, bədənin təmizlənməsində, masaj və üzə qulluqda istifadə olunur.

Davamı →

Acı bibər çayının faydaları

Acı bibər kalorisi az olan bir tərəvəzdir. Acı bibər yemək aclıq hissini azaldır və toxluq hissi yaradır. Tərkibindəki kapsaisin maddəsi mədə və bağırsaq fəaliyyətini sürətləndirdiyi, həzm sistemindəki qan dövranı sürətini artırdığı üçün beyinə toxluq siqnalları göndərir.
Acı bibər turşusu metabolizm sürətləndirici olaraq bilinir. Metabolizm sürətli çalışırsa, yedikləriniz tez bir zamanda enerjiyə çevrilərək bədəndən atılmasına kömək edir. Beləliklə, aldığınız kalorilər bədəninizdə yağ olaraq yığılmır.
Davamı →

Bitki yağının keyfiyyətini yoxlamaq üçün 4 sadə üsul

Son zamanlar bitki yağlarının keyfiyyəti ilə bağlı çoxlu mənfi məlumatlara rast gəlirik.
Bəs yaxşı keyfiyyətli yağ necə seçilməli?
Bitki yağını stəkana tökün, duz əlavə edib qarışdırın. Yağ ərimirsə, bu yağda su yoxdur. Yaxşı bitki yağında su olmamalıdır. Bəzi istehlakçılar yağın miqdarını artırmaq və qiymətini azaltmaq üçün bitki yağının istehsalı zamanı ona su əlavə edirlər.
Davamı →

Qurudulmuş meyvə alarkən nələrə diqqət etməliyik

Qurudulmuş meyvələr il boyu bizlərin faydalı vitamin və minerallarla təmin edən qidalardandır. Ona görə alarkən və yeməzdən öncə bu məqamlara diqqət edin:
Quru meyvə yeyilməzdən əvvəl ilıq su ilə təmiz yuyulmalıdır. Qaynar sudan istifadə etməyin. Çünki qaynar su quru meyvənin tərkibindəki vitaminləri yox edə bilər.
Keyfiyyətli quru meyvə ya bütöv, ya da səliqə ilə doğranmış olmalı və üzərində zədə, ləkə olmamalıdır.
Quru meyvələr nə çox bərk, nə də çox yumşaq olmamalıdır. Çünki meyvə qurudulan zaman onun tərkibindəki nəmlilik dərəcəsi 18-20 faizədək azalır. Bu isə o deməkdir ki, quru meyvə elastik və rahatyeyilən olmalıdır.
Davamı →