Рейтинг
+27.11

Ərzaqlar

29 üzv, 315 topik

Tunes balığı

Tunes balığının özünəməxsus həyat tərzi var. Onlar yorulmadan daima hərəkətli olurlar. Onların bədənləri enli olmalarına baxmayaraq saatda 77 km yol qət edə bilirlər. Bu balıq növü okean, tropik və subtropik sularda yaşayıırlar.

Tunes balığı il boyu kürü tökür. Kürü tökən zaman onlar 3-6 milyona yaxşı kürü qoyarlar. Tunes balığı müxtəlif xırda heyvanlarla qidalanır.Tunes balığı dünyada satışına görə krivetlərdən sonra ikinci yerdə durur.

Tunes balığının ətinin tərkibində 22-26% züllalar və yağlar var. Onun 20%-ni yağlar təşkil edir. Onun sənayedə ən çox kürüsündən isstifadə edilir. Tunes balığının tərkibi kalsium, fosfor, kalium, yod, maqnium, xlor, kükürd, dəmir, sink, ftor, xrom, kolbat, nikel, molibden elementləri ilə zəngindir.
Davamı →

Likör

Likör meyvə tərkibli, şirin alkohollu içkidir. O 16-50* sərtlikdə və meyvə dadına malik olur. Likörün ilk dəfə nə zaman meydana gəldiyi məlum deyil. İlk likörün Fekam şəhərində bir monarx tərəfindən hazırlanması barədə söyləntilər var. Likörün tərkibində az miqdara spirt və meyvə dadının olmasına görə o yarandığı dövrdən uzun illər aristoktarların içkisi olub.

Likörün müxtəlif cür hazırlanma texnologiyası var
* Bitki tərkibli spirt və ya brendi bir neçə ay dincəlməyə qoyulur.
* Sitrus meyvə və ya giləmeyvədən əldə edilmiş içki filtirasiyadan keçirilir.
* Spirt tərkibli sirop hazırlanır, tərkibinə şəkər tozu əlavə edilir. Şəkər tozunun çox olması likörün çox şirin olmasına səbəb olur.
* Meyvə siropu və spirtli qarışım eyni qabda qarışdırırlır, filtirasiya edilir və şüşələrə doldurulur.
Davamı →

Keçi əti

Müasir dövrdə keçi ətindən dünyanın hər bir yerində istifadə edilir. Ondan hazırlanan yeməklər çox məşhurdur. Keçinin süddündən, dərisindən və tükündən də istidfadə edildiyini nəzərə alsaq onun nə qədər faydalı bir heyvan olduğunu anlamaq çətin deyil. Keçi ətinin xüsusi qoxusu olur ki, bu da onun tərinin və sidiyinin qoxusunun təbii olaraq ətə hopmasından irəli gəlir. Ətə iyin hopmaması üçün bəzən onun dərisini soyarkən əlcək geyinir və sonra əlcəyi çıxardıb əti doğrayırlar. Bu ətə qoxunun hopmasının qarşısını alır.

Keçi ətinin vitamin və faydalı maddələrlə zəngin olduğu qədim zamanlardan məlumdur. Bəzi xəstəliklər zamanı hətta həkimlər keçi əti yeməyi məsləhət görürlər. Keçi ətinin tərkibində olan makro və mikroelementlər bir çox xəstəliklərin sağalmasını sürətləndirir.
Davamı →

Forel balığı

Forel balığı qızılbalıqkimilər sinfinə aiddir. Onun bədəni uzun, yanlardan yastı və dərisi isə az miqdarda pulcuqlarla örtülmüş olur. Forel balığını digər balıqlardan fərqləndirən onun gözəl xarici görünüşə malik olmasıdır. Forel balığının qarışıq rənglərə malik dərisi, yastı kürəyi və kiçik başı var.

Onu ağzı çoxlu sayda dişlərlə doludur. Adətən forel balığının uzunluğu 40-50 sm, çəkisi isə 1 kiloqrama qədər olur. Forel balığı çayda, gölməçələrdə, dənizdə yaşayan balıqlardandır. O soyuq sularda yaşamağı sevən bir balıqdır. Forel balığı bol oksigenli, sərt və daha çox sığınacağı olan yerlərdə yaşamağı sevir.
Davamı →

Qara ciyərin faydaları

Qaraciyər tərkibində olan bioloji maddələrə görə qiymətli ət məhsulu sayılır. Qaraciyər müalicəvi qida maddələrindəndir. Onun hüceyrə quruluşu özünəməxsus tərkibi ilə orqanizmə müalicəvi təsir göstərir. Qaraciyərdən hazırlanan paştetlərin və kolbasaların dadını isə heç nə ilə əvəz eləmək mümkün deyil. Qaraciyərin tərkibində olan zülalların miqdarı mal ətinin tərkibində olan zülalların miqdarından daha çox və orqanizm üçün daha faydalıdır.

Qaraciyərin tərkibi dəmirlə zəngindir. Bu isə qanda hemoqlobinin miqdarının artmasına və qanda olam bəzi piqmentlərin miqdarının çoxalmasına səbəb olur. Qaraciyər yumşaq ətdir. Onu bişirən zaman diqqətli olmaq lazımdır. Bəzi aşbazlar qaraciyəri bişirməzdən əvvl onu süddə saxlayırlar. Bu zaman qaraciyər bişərkən daha dadlı, sərt və quru olur, əzilmir. Qaraciyəri bişirməzdən əvvəl onu təmiz yumaq lazımdır.
Davamı →

Qəhvə haqqında 12 fakt

Qəhvə dünyada heç zaman bu qədər populyar olmayıb. 1991-ci ildə qəhvənin dünyada istehlakı 90 milyon 60 kiloluq torba həcmində olmuşdursa, Beynəlxalq Qəhvə Təşkilatına (ICO) görə, bu il istehlak edilən belə torbaların sayı 160 milyonu keçəcək.

1. Qəhvə — meyvə toxumudur
İçdiyimiz qəhvə əslində qəhvə meyvəsinin qızardılmış toxumlarından hazırlanır. Döyülməmiş qəhvə dənələri əslində qəhvə meyvəsinin toxumlarıdır. Qəhvə meyvəsində adətən bir üzü yastı olan iki toxum olur. ABŞ Beynəlxalq Qəhvə Assosiasiyasına (NCA) görə, dünya üzrə qəhvə meyvələrinin yalnız 5 faizində toxum tək və lobya dənəsinə bənzər olur.

İspaniyada belə qəhvə dənələrinə «balaca ilbiz» deyilir. Bu növ qəhvə dənələrinin emalını maşın yox, insanlar həyata keçirir. Bu növ qəhvənin incə dadı və güclü ətiri olur.
Davamı →

Yeməmisən qaz ətini...

Bir çox Asiya və Avropa ölkələrinin mətbəxində özünəməxsus yeri olan qaz ətini bir çoxlarımız sevirik. Amma ləzzəti ilə yanaşı tərkibindəki vitamin və minerallar sayəsində insan orqanizmi üçün çox faydalı bir qidadır. 

Qaz əti adətən qışda yeyilir. Tərkibində bol miqdarda vitamin və minerallar var. Çox duzlu və yağlı istifadə edilməsi məsləhət görülməyən qaz ətinin suyu da özü qədər ləzzətli və faydalıdır. 
Davamı →

At əti

At ətindən müxtəlif qidaların hazırlanmasında istifadə edilir. Bişirilmək üçün əsasən 2-3 yaşlı atların ətindən istifadə edilir. Ən dadlı və tərkibi yaxşı olan at əti isə bir yaşına qədər olan atların əti hesab edilir. At ətindən ən çox monqollar və Orta Asiya ölkələrinin əhalisi istifadə edir. Asiya ölkələrində at ətindən kolbasaların və sosislərin hazırlanmasında istifadə edilir.

Müasir dövrdə Qazağıstan, Qırğızıstan və Monqolustanda at əti əsas qida vasitəsi hesab edilir. Bir çox at əti yeyilməyən ölkələrdə də kolbasaların hazırlanması zamanı at ətindən istifadə edilir. Məşhur və dadı vazkeçilməz olan servelat kolbasasının hazırlanması zamanı at ətindən istifadə edilir. At ətinin dadı onun yetişdirildiyi yerdən və aldığı qidalartdan asılı olaraq fərqli olur. Məsələn, Avropa ölkələri arasında ən dadlı at əti Macarıstanda böyüdülən atlar hesab edilir.

Davamı →

Qaz yumurtası

Qazlar əhliləşdirilən dövrdən indiyə kimi insanlar qaz yumurtasından istifadə edirlər. Qaz yumurtası neolit dövründən indiyə qədər insanların süfrələrində öz yerini tutur. Qaz yumurtası dietik qidalardan hesab edilir. Onun qida dəyəri isə toyuq yumurtasının qida dəyərindən qat-qat artıqdır.

Qaz yumurtası toyuq yumurtasından böyük olur. Onun çəkisi 200 qrama qədər ola bilir. Bu yumurtanın qabığı çox bərk olur. Qaz yumurtasının qabığı bərk olduğuna görə onu 15 dəqiqə zəif odun üstündə qaynatmaq lazımdır. Qaynatmağa qoymazdan əvvəl isə onu axar suyun altında yumaq vacibdir. Qaz yumurtasının dadı onun yediyi qidalardan asılı olaraq dəyişə bilir. Qaz təzə otlarla nə qədər çox qidalanarsa, onun yumurtasının dadı bir o qədər yaxşı olur.
Davamı →

Brınza pendiri

Brınza pendiri duzlu pendirlərdəndir Onu inək, keçi, qoyun və s. südündən hazırlayırlar. Bəzi hallarda isə brınza pendiri bu südlərin qarışımından hazırlanır. Brınza pendirinin duz tutaraq dadlanması 60 günə baş verir. Düzdür marketlərdə ondan alarkən üstündəki etiketdə bu barədə yazılara rast gəlinmir.

Brınza pendirinin çox duzlu və sərt olması onun 60 gün ərzində duzda qaldığının göstəricisidir. Brınza pendirinin üst hissəsində digər pendirlərdəki kimi qovuqcuqlar olmur. Əgər marketdən aldığınız brınza pendirinin kənarı qurudursa bu onun uzun müddət əvvəl kəsildiyini bildirir. Bu zaman o pendiri almaq məsələhət götülmür. Bu cür pendir öz keyfiyyətini də itirmiş olur.

Brınza pendirini digər pendirləırdən fərqləndirmək üçün onun üst hissəsini adətən xüsusi bəzəkli edirlər. Brınza pendirinin daxilində boş qabarcıqlar tamamən az olur. Brınza pendirinin tərkibində yağın miqdarı 40%-dən çox olamamlıdır. Ən dadlı brınza pendiririnin tərkibində isə yağın miqdarı 50% olur. Bu yağlılıqda olan brınza pendiri daha dadlı olur.
Davamı →