Рейтинг
+27.11

Ərzaqlar

29 üzv, 315 topik

GMO - haqqında məlumat

Milyon illərdir şüurlu həyat tərzi keçirən insan təbiətin yaratdığı möcüzələrdən həzz alaraq yaşamışdır. Bu möcüzələrdən ən maraqlısı bioloji müxtəliflik olmuşdur. Bioloji müxtəliflik insanların həyatını zənginləşdirmiş, maraqlı etmiş və hər şeydən əvvəl onların həyati tələbatını təmin etmişdir. Planetimizdə bioloji müxtəlifliyin rəngarəngliyi və növlərin yaranması onların milyard illər davam edən təkamülə məruz qalması ilə əlaqədardır. Bu müxtəlifliyi təbiət gen mühəndisliyi ilə məşğul olmaqla özü yaratmışdır. Hələ 1200 il bundan əvvəl əkinçilik mədəniyyətinə başlayan insan öz təcrübələrində məhz yeni-yeni bitki sortları və heyvan növləri yaratmağa cəhd etmişdi və bu sahədə xeyli nailiyyətlər qazanmışdı. Təbiətdən asılı olan, min illərdir at və arabadan başqa heç nə görməyən insan yalnız XIX əsrin axırlarında təbiətin gen mühəndisliyi qabiliyyətinin mahiyyətini başa düşməyə başlamış və nəhayət, elmin gücünə söykənərək özü gen mühəndisliyi ilə məşğul olmaq iddiasına düşmüşdür. Bu iddianın kökündə yaxşı niyyyətlə özünün biomüxtəliflik yaratmaq iddiası durur. Gen mühəndisliyi Mendelin təcrübələrindən başlasa da, onun real nəticəsi yalnız XX əsrin sonlarına təsadüf edir. Gen mühəndisliyi genlərlə manipulyasiya edərək, onların bir orqanizmdən digərinə köçürülməsi deməkdir. Bu təcrübədə insan təbiətdən daha qabağa gedərək genləri yalnız eyni növlər daxilində deyil, həm də müxtəlif növlər arasında köçürməyi bacarmışdır.Gen köçürülmüş orqanizm genetik yeniləşdirilmiş və ya genetik modifikasiya olunmuş orqanizm – GMO adlanır.


Ardı →

Mayonez haqqında bilmədiklərimiz

Hal-hazırda mayonez mətbəxdə ən tez-tez istifadə olunan məhsullardan biridir. Mayonezi salatlarda, ət və toyuq qızartdıqda istifadə edirlər. Mayonezin dadı bizim çoxumuzun zövqünə o qədər xoşdur ki, biz hiss etmədən ondan «süi-istifadə etməyə» başlayırı

Beləliklə, bizim pərəstiş etdiyimiz mayonez xeyirli məhsuldur yoxsa ziyanlı?
Ardı →

Meyvə şirələrinin faydaları

Meyvə sularının tərkibindəki vitamin və antioksidantlar bir çox xəstəliklərin qarşısını alaraq, sağlamlığımızı qoruyur. Bu gün biz onlardan bəzilərinin siyahısını sizlərə təqdim edəcəyik.

Portağal suyu immunitet sistemini gücləndirərək orqanizmi soyuqlamadan və qripdən mühafizə edir. Tərkibindəki C vitamini və turşular öskürəyi azaldır. Antioksidant kimi kapilyarları gücləndirərək ürəyin zərər görməsinin qarşısını alır, təzyiqi aşağı salır, dərini təravətli saxlayır, qanın laxtalanmasının, mədə və mədəaltı vəzi xərçənginin əmələ gəlməsinin qarşısını alır, əziklərin daha tez sağalmasını təmin edir.meyvə şirələri

Albalı şirəsi qızdırmanı aşağı salır, qanı təmizləyir, bədəndə yığılıb qalan artıq suların ifraz olunmasına kömək edir, mədə və qaraciyərin fəaliyyətini artırır, sidikqovucu xassəyə malikdir.

Alma şirəsi də immunitet sistemini gücləndirir, qanda şəkərin miqdarını normaya salır, başağrılarını kəsir, böyrəkləri təmizləyir, xolesterolu aşağı salır, bağırsaqlardakı parazit qurdlarının tökülməsini təmin edir, ürək və ağciyər xəstəliklərinə yoluxma ehtimalını azaldır, damar sərtliyinin qarşısını alır.

Şaftalı şirəsi tərkibində A, B3 və C vitaminləri, həmçinin betakaroten olduğu üçün qripə qarşı bədənin müdafiə mexanizmini artırır, yuxusuzluğu aradan qaldırır, həzmi asanlaşdırır, böyrəklərin və öd kisəsinin normal fəaliyyətinə kömək edir, sidikqovucudur.

Üzüm şirəsi müalicəvi əhəmiyyətinə görə mütəxəssislər tərəfindən “bitki südü” kimi də adlandırılır. Tərkibində bol miqdarda A və C vitaminləri, minerallar, əsasən də dəmir və kalium çox olduğu üçün orqanizmin xəstəliklərə qarşı daha müqavimətli olmasına səbəb olur. Bədənin enerji ehtiyacını təmin edir, bağırsaqları yumşaldır, sidikqovucu xassəyə malik olduğu üçün orqanizmi toksinlərdən təmizləyir. Üzüm şirəsi fiziki və zehni yorğunluqları aradan qaldırır, ürəyin fəaliyyətini normallaşdırır, dərinin yaşlanmasının qarşısını alır.


Davamı →

Şokolad-hamının sevimlisi

Şokolad parçasının orqanizmin tonusunu qaldırdığını və əhval-ruhiyyəsinin yüksəltdiyini çoxları bilir. Lakin onu ehtiyatla seçmək lazımdır. Belə ki, heç də bütün şokoladlar xeyirli deyil.


Şokolad nədir?


Şokolad — kakao-yağı əsasında hazırlanan qənnadı məmulatıdır. Kakao-poroşok deyil, məhz yağ şokolada ətir və dad verir. Şokoladın b.e.ə. Meksika körfəzi sahillərində yaranması hesab edilir. Orada yaşayan hindu tayfaları yabanı bitən kakao ağaclarını yetişdirməyə başlamış və sonra onun məhsulundan içki hazırlamağa başlamışlar. Bu içki olduqca acı olurdu, üstəlik ona bir sıra ədviyyatlar da əlavə olunurdu. Bunu təsdiq edən faktlardan biri də Mərkəzi Amerikada aparılan qazıntılar zamanı tapılan, içrəsində şokolad hazırlanması güman edilən qab olmuşdur.


Ardı →

Yaşıl çayın faydalı xüsusiyyətləri və hazırlanması qaydası.

Bir çox insanlar bilir ki, yaşıl çay çox xeyirlidir. Bu həqiqətən belədir. Yaşıl çayın faydalı xüsusiyyətləri haqqında hətta kitablar yazmaq olar.

Şərqdə yaşıl çay min bir dərdin dərmanı sayılır. Burada hesab edirlər ki, yaşıl çay insanı sağlam və uzunömürlü edir.

Güclü antioksidant xüsusiyyətlərinə malik olan yaşıl çay insanın orqanizmini müxtəlif zərərli maddələrdən (şlaklar, toksinlər, sərbəst radikallar və s.) təmizləyir və nəticədə insanın immun sistemi möhkəmlənir, xərçəng xəstəliklərinin inkişaf etmə ehtimalı azalır, insan cavanlaşır.

Yüksək hərarətlə müşayiət olunan müxtəlif iltihabı xəstəliklər və soyuqdəymələr zamanı yaşıl çay yaxşı tərlədici effekt göstərir ki, bunun nəticəsində insan orqanizmi intoksikasiya ilə uğurla mübarizə aparır. Bundan əlavə alimlərin fikirinə görə, yaşıl çay güclü mikrob əleyhinə təsirinə malikdir.

Yaşıl çay insanı daha fəal edir, insanın əqli və fiziki aktivliyini artırır, əhval-ruhiyyəsini qaldırır. Məhz bu səbəbdən həkimlər yaşıl çayın axşam vaxtlarında qəbul etməyini məsləhət etmirlər. Bu sizin rahat və tez yuxuya getməyinizə mane olacaq. Əksinə isə səhər tezdən içdiyiniz bir fincan yaşıl çay sizi daha tez “oyadacaq” və əmək qabiliyyətinizi artıracaq.


Ardı →

"BİOLOJİ TERROR"1-KOLBASA

Mütəmadi olaraq aparılan laborator araşdırmalar zamanı hisə verilmiş kolbasa məhsullarının tərkibində fenol olduğu aşkarlanıb. Texnologiyaya görə kolbasa məhsullarının tərkibində fenol olmamalıdır. Çünki bu məhsulun hazırlanma texnologiyası kolbasaların hisə verilməsi zamanı yalnız odun məhsullarından istifadə edilməsini tələb edir. Məlum olduğu kimi yanma zamanı odun məhsulundan fenol ayrılmır.

Bir maraqlı məqam isə odur ki ətin qiyməti ilə kolbasa sosiskanın qiyməti arasında xeyli fərq var. Burada maraqlı bir məqam ortaya cıxır ki, əgər kolbasa məmulatları sex sahiblərinin iddia etdikləri kimi keyfiyyətli ətdən hazırlanırsa o zaman bazarda kiloqramı 8 manata yaxın satilan sümüklü et sonda necə 4-5 manatlıq kolbasaya çevrilir?? Bu ikiqatlıq fərq bir yana qalsın bəs bu istehsal prosesi, daşınma satış xidmətlərinin xərci haradan ödənilir?


Ardı →

Şərab növləri, içkilər

1.      Lafit (qırmızı şərab növü)
2.      Madera (şirin, ətirli içki)
3.      Malvaziya (üzüm şərab növü)
4.      Maraksin (albalı likörü)
5.      Marsala (çaxır növü)
6.      Viski (ing.arağı)
Davamı →

Meyvələr

İnsan hələ vəhşi halda yaşayarkən meyvələri tədricən seçməyə və yığmağa başlayıb. Bu, zaman keçdikcə onun nizamlı şəkildə bağlarda yetişdirilməsinə gətirib çıxarıb. Nəticədə qədim insanın əməyi, qayğısı ilə meyvə bağları əmələ gəlib.
VI əsr Şimali Afrika şairi Luksori «Bağa tərif» adlı şerində deyir:


Bağ-şirinlikdir, qurtuluşdur, sakitlikdir,
Ruhu qüssə sıxıntılarından azad edəndir,
Canı bərkidəndir, baxışı cəlb edəndir,
Zəhməti bol səadətlə təltif edəndir,
Əkinçilərin qəlbinə sevinc verəndir.


Ardı →

Cənnət meyvələri

Bir zamanlar sevgini alma verərək etiraf edirdilər. Almanı qəbul edən «hə» cavabı vermiş olurdu. Sevgi, sevinc, müdriklik və dəbdəbəni ifadə edən alma «Qurani Kərim»də cənnət meyvələri cərgəsinə düşmədi (bunun da hamıya məlum səbəbi var). Əvəzində, Nyutonun başına düşdü. Xeyri də oldu, cazibə qüvvəsi nəzəriyyəsi yarandı. Almadan fərqli olaraq, bəxti gətirən və insandan əvvəl cənnəti görən meyvələr də oldu. Özü də Quranda adıçəkilən 7 meyvədən nə az nə çox, düz, 5-i ölkəmizdə becərilir. Bir sözlə, «Cənnət görmək istəyən Azərbaycana gəlsin». Cənnət meyvələrini tanımaq istəyənlər yazının ardını oxumaqla buna nail ola bilərlər.


«Daş əridən» albalıdan başlayaq. Quranda adıçəkilən ilk meyvədir. Müqəddəs Kitabda onun haqqında «Tikansız sidr ağacları» («Vaqiə» surəsi, 28-ci ayə) şəklində bəhs olunur. Albalı böyrəklərin fəaliyyətini tənzimləyir. Orqanizmdə yığılmış artıq duz və turşuları xaric edir. Böyrəklərdə daş və qumun yaranmasına imkan vermir. Daşı əridir və orqanizmdən təbii yolla xaric olunmasına kömək edir. Eyni zamanda, dərini civzə və sızanaqlardan təmizləyir. Albalı şirəsi iştahı və həzmi yaxşılaşdırır.


Ardı →

Əncir

Çox qiymətli ağac olan əncirin mədəniləşdirilməsi tarixi əsrlərin dərinliyinə gedib çıxır. Onun vətəni Yəmən, Suriya və Kiçik Asiyadır. Sonralar qədim xalqların təması nəticəsində Finikiya, Misir və Ellada kimi dövlətlərin ərazisinə yayılıb. Qədim Yunanıstanda əncir xalqın ən sevimli meyvələrindən biri idi. M.Katon onu «doydurucu meyvə» adlandırmışdır. Yunanlar ənciri gündə qurudub, saxsı qablarda saxlayırlar. Qeyd edək ki, quru əncirdə 70 faizə qədər şəkər olur.
Teofrast məlumat verirdi ki, Pontda, Pantikapeya şəhəri yaxınlığında çoxlu hündür əncir ağacları bitir. Romaya ənciri yunanlar gətirmişlər. Rəvayətə görə, dişi canavar Remi və Romulu əncir ağacı altında bəsləmişdir.


Ardı →