Рейтинг
+2.26

Esse

3 üzv, 77 topik

Bazar haqqında bədii-fəlsəfi esse

  • Esse
— Sən nə atılıb-düşürsən?
— O quşu tutmaq istəyirəm. Sonra onu qəfəsə salacağam, qabağına dən tökəcəyəm. Qoy, o mənim üçün nəğmə oxusun.
— Sən quşu tut, qəfəsə sal, qoy o da sənin üçün nəğmə oxusun. Mən də səni yoğun, dəmir çubuqlu qəfəsə salaram, deyərəm ki, oxu. Sən ora-bura qaçmağı xoşlayırsan, qəfəsdə daha qaça bilməyəcəksən. Hava soyuq olacaq, amma sən kölgədə qalacaqsan. Hava isti olacaq, sən günün altında bişəcəksən. Sonra biz bir bazar günü çıxıb gedəcəyik, yaddan çıxarıb sənə yem verməyəcəyik, cümə axşamından da tez qayıtmayacağıq. Qayıdanda görəcəyik ki, bizim sevimli uşağımız əl-ayağını uzadıb acından ölüb. Oğlum, nə insanın, nə heyvanın heç vaxt azadlığını əlindən alma. Azadlıq dünyanın ən böyük nemətidir. Qoy, hər kəs üşüyəndə, gündə qızına bilsin, istidə və kölgədə otura bilsin.
 (Şarl De Koster “Ulenşpigel əfsanəsi” əsərindən)

Davamı →

Zapı haqqında bədii-fəlsəfi esse

  • Esse
“Mən bayquşam, eybəcər quşam, mən həm özümün, həm də balalarımın yaşaması üçün başqa quşları öldürürəm, mən öldürmək eşqi ilə, ölümlə məşğul oluram. Quş balalarını bəzən yuvasında ovlamaq üstündə siz məni təqsirləndirirsiz, amma siz bütün canlıları məhv edirsiz. Siz öz kitablarınızda quşların sürətlə uçmasından, qəşəngliyindən, sevişməsindən, məharətlə yuva tikməsindən, ana quşların öz balalarının qayğısına qalmasından ürək dolusu danışırsız, amma elə oradaca quşların necə bişirilməsindən, ilin nə vaxtında onların daha dadlı olmasından söhbət açırsız…”)Şarl De Koster “Ulenşpigel əfsanəsi” əsərindən)

Davamı →

O vaxtlar idi

  • Esse
İnsan nə qədər qaçsa da, qurtulmağa çalışsa da da özündən qaça bilməz. İnsan var olduqca, yaşadıqca öz içindəki ,”mən” i ilə əkizdir və bu mücərrəd mən insanı ömrü boyu kölgə kimi izləyir, daha doğrusu, insanın kölgəsinə çevrilir. Kölgə dedikdə məşhur filmdən yadıma bir sitat düşdü. ,”Kölgələr və cütlər eynidir” Yəni insanın kölgəsi onun cütü-ikinci tayı, əkizi, cütü- mücərrəd əkizliyi isə elə onun kölgəsidir. Torpaqdan xəlq olunub sonunda da torpaga qovuşan insan təkamül prosesində milyon illər ərzində cismani, fiziki və zehni dəyişikliklərə uğrasa da onun mahiyyət etibarı ilə insan olduğu dəyişilməz olaraq qalır.

Davamı →

İntellektual mənasızlıqda ezoterika

  • Esse
I dünya müharibəsindən sonra 1916-ci ildə İsveçrədə sənət adamları sənətin heç nəyə vasil olmadığını, əsrlərdən bəri yol gələn, fəqət hansı səbəbə olduğu bilinməyən bu məna boxçasının müharibələrin — amansızlıqların — faciələrin qarşısında sadəcə susmuş məfhum olduğunu, nəyisə dəyişdirmək ixtiyarında olmadığını anlayıb sənət üçün ya tam zamanı olan ya da gecikən, klassikadan modernizmə addımlayan, modern sənətin başlanğıcını qoyan dadaizm (1916-1922) cərəyanını yaratdılar. Bu cərəyan dünyada adət-ənənə, qayda-qanun adı altında gizlənən hər şeyə etiraz idi.

Davamı →

Füzuli səsləyir

  • Esse
Füzuli başdan-başa Səsdir. Başdan-başa köks dolusu nəfəs və bu nəfəsin son iqamətgahı olan səs!.. Nəfəsin səsə çevrilməsi, yaxud səsin arxasındakı nəfəs Füzuli sənətinin canı, mayası, hətta bəlkə də iddiasıdır.
Füzuli ahənrüba kimi səni özünə çəkir. Sözlərindən əlavə bunu səsi ilə edir. Öz səsilə yox, sözünün səsilə edir. Onun sözünün səsi qədər cazibədar, bu səs qədər eyni zamanda mülayim və müqtədir bir səs yoxdur.
Başqaları çağırır,  Füzuli səsləyir.

Davamı →

İblis surəsi

  • Esse
AYƏ (ɨ) Enişteyin görəsən nə üçün F. Dostoyeviskini böyük ehtirasla sevir və «Dostoyevski mənə hər kəsdən, hətta Qausdan da çox şey verir»- deyirdi? Çünki Dostoyevski dərketmənin ən kamil yollarından birini — insan üzərində qəddarcasına təcrübə aparmaq metodunu tapmışdı.
AYƏ (‡) Bu təcrübə Raskolnikov adlanan labaratoriyada aparılmışdır. A.Enişteyin də, Dostoyevski sayaq düşünərək, bu metodu fiziki sahəyə tədbiq etdi. Belə ki, o da, qəddarcasına təcrübə apararaq, maddəyə işıq sürəti verdi və Nyton fizikasına tərs düşən, tamamilə yeni bir dünya kəşf etdi- Məkanın, zamanın, uzunluğun nisbi olduğu, maddənin enerjidən yarandığı misstik dünya...

Davamı →

Çarmıxa ucalmaq

  • Esse
İsanı alçaltmaq üçün çarmıxa çəkənlər, baxdılar ki: İsa yenə onlardan yuxarıda dayanıb.
Frans Kafka isə bu barədə belə deyirdi: «Din fədadiləri bədənlərini alçaltmazlar, lazım olsa onu çarmıxa qədər ucaldarlar. Bu mənada onlar düşmənləri ilə eyni fikirdədirlər”.
J.Petan deyib: „Çağdaş Sokrat: Mən bilirəm ki, başqaları heç nə bilmir!”. Özündən müştəbeh adamları bu cümlədən gözəl nə ifadə edə bilər ki?

Davamı →

Herman Hessenin essesi

  • Esse
Qəfil təhlükələrdən ehtiyatlanmağımız, yad olan hər bir şeyə düşmənçiliyimiz, kin, ədavətlə dolu «milli” hisslərimiz artıq çoxdan köhnəlib. Bir vaxtlar bu hisslər elə həddə idi ki, hətta milliyətcə ingilis olan Şekspirin əsərlərini belə tamaşaya qoymağa tərəddüd edirdilər. Almanların ən ali xeyirxahlığı, comərdliyi – dünyadakı bütün dəyərlərə və nailiyyətlərə hörmətlə yanaşmaqlarında idi. Başqaları isə bunu zəiflik adlandırır və lazımsız hesab edirlər. Bu adamlar öz eqoistliyində, xudbinliyində boğulmuş İngiltərə kimi, alman ruhunu da sevgisiz və sonda gərəksiz məhdudiyyətlər yoluna itələmək istəyirdilər. Daha bütün bunlar keçmişdə qalıb. İndiki zamanda Floberə və ya Qoqola haqq qazandırmaq artıq xüsusi cəsarət tələb etmir. Bu müharibədən sonra artıq dünyada ada kimi qalmağın yersiz olduğunu anlamaq, qonşu ölkələrlə əməkdaşlıq edib, ümumi məqsədlər üzrə istiqamətlənmək, ortaq metodlara riayət etmək, eyni tanrılara sitayiş etmək barəsində söhbətləri təzələməyin vaxtı çoxdan çatıb.

Davamı →

Hərb və Sülhdə Tolstoyun düşüncələri və 1812-ci ili xatırladan müasir qlobal siyasət

  • Esse
Lev Tolstoyun “Hərb və Sülh”ü indiyədək yazılmış ən yaxşı müharibə romanı hesab olunur. Əhatəli olaraq, 1800-dən çox səhifədə o həm döyüş meydanı, həm də arxa cəbhədə Napoleon müharibələri zamanı Rusiyanın geniş panoramını təqdim edir.
Bəzən Tolstoy aparıcı qəhrəmanların böyük mənzərə və astagəl psixoloji portretləri arasındakı “get-gəl”lərlə diqqətimizi bir mətləbdən digərinə yönəldir.

Davamı →

Rəvan Cavidin essesi

  • Esse
Uşaq vaxtı həyətimizdəki quyunun yanında saatlarla çömbəlib alatoran dərinliyə baxırdım. Bunu hər gün dərsdən gələn kimi həvəslə ritual kimi icra eləyirdim. Anam quyunun dibində şeytanın olduğunu, ora çox baxanda adamın sinəsindən yapışıb dartdığını deyirdi. Etiraf edim ki, bu gün bu mənə nə qədər gülməli gəlsə də, hələ də bir o qədər qorxunc hiss yaradır. Şeytan, onun əlləri, quyunun dibi. Əlbəttə, anama da uşaq vaxtı belə demişdilər. O da bilirdi ki, uşaqları quyunun yanından çəkmək üçün məhz bu cür əhvalatlar danışmaq lazımdı. Böyüdükcə quyunun yanından içinə baxmadan keçdim.

Davamı →