Həyat

  • Esse
“Görürsünüzmü, həyat nə biz düşünən qədər yaxşı, nə də pisdir...” Bu cümlə fransalı yazıçı Gi de Mopassanın ilk romanı olan “Həyat”(‘Une Vie’) əsərində yazılıb. Roman həmin cümlə ilə sonlanır.

Mopassan ən sevdiyim yazıçıdır. Onun kitabı daim yatağımın yanında olur və ara-sıra, təkrar-təkrar Mopassanın novellalarını oxuyur və xoşbəxt oluram. Dilimizdə 1989-cu ildə çap olunmuş 'Həyat’ romanını böyük həvəs və hərisliklə oxumuşdum. 1883-cü ildə yazılmış həmin əsər möhtəşəmdir və onu oxumağı hamıya məsləhət görürəm.

Həmin şedevr romanı bu yaxında Bakı kitab klubu cəmi 50 tirajla yenidən çap edib. Yəqin ki, nəşriyyat bunu maddi vəziyyətə görə elə az çıxarıb. İstənilən halda bu, mənim üçün ağır və dəhşətdir.

“Həyat” 50 tirajla nəşr olunacaq kitab deyil. Vallah, buna görə nəinki pis oluram, həm də utanıram. Dostumuz Bilal Həsən də keçən dəfə o kitabı bizdə görəndə arxasına baxıb bərkdən gülməyə başladı: “Mopassanın kitabı Azərbaycan dilində 50 tirajla nəşr olunur, Mopassan və 50 tiraj e, a kişi”.

Əlbəttə, Bilal məhz istehza ilə, acı reallığın tamını aydın hiss etdiyi üçün elə gülürdü. Çox pis oldum. Nitqim qurudu və heç bir rəy verə bilmədim. Nə deməli idim?! Bu, Azərbaycandakı həyatın açıq-aşkar qara, yeknəsək çalarıdır. Şişirdib eləmirəm. Bu sətirləri yazarkən belə həmin kədəri hiss edirəm.

Niyə kədərlənir və dəhşətə gəlirəm?
Çünki dilimizə tərcümə olunmayan sonsuz sayda kitab var. Günəş şüasının canlı təbiətə nə qədər ehtiyacı varsa, azərbaycanlıların da kitablara o qədər ehtiyacı...

0 şərh