Рейтинг
+1.13

Esse

3 üzv, 71 topik

Eşq

  • Esse
...Ətir kitabxanası, zirzəmidə, göz yaşı qədər şəffaf qablarda çeşidli ətirlər. Pol Valerinin sözləri uçuşur havada: tünlükdə ətirlər bir-birlərini tanımır… Ancaq hələ buna var, ya da hər şey ötüb-keçib, solub-saralıb, artıq yaddaş da yanıb külə dönüb. Kimsə kimsəni tanımır...

Əvvəllər, bir-birlərinə həsrət kimi qızarmış tumurcuq gözləriylə baxan, bir-birlərinə bir baxış qədər möhtac olan güllərdən ancaq «efir» qalıb. Göz yaşı qədər şəffaf qablarda. Bunların dili yoxdu deyə, sevgi sözünü hamıdan, dünyadakı bütün nəfəs alan məxluqlardan daha yaxşı bilirlər. Dil mane olur, sözlər sədd çəkir, maneəyə dönür. Sözlərin içindəki küy, dillərin bir fikri demək yerinə hər şeyi dolaşdırması («dilin dolaşması») vacib olan şeyləri unutdurur.

Dünyada çox sayda dillərin olması əslində, susmağa, nəfəs dərib düşünməyə mane olmaq üçündü. Və belə olduğu üçündü ki, insanlar onlara heç lazım olmayan şeylərə düşük düşür, möhtac qalırlar.
Davamı →

Hamletin qayıdışı

  • Esse
Hamlet hiss edir ki, kitabların uçqunu altında qalıb və çətinliklə nəfəs alır. Bəli, o, kitabların qürubunda ağrıdan bağırır. O, «əməl» adlanan bir uçurumun kənarında dayanıb, kitablar isə onu qətiyyən belə bir vəziyyətə hazırlamayıb. Əksinə, bu vəziyyət üçün onu axtalayıb, çünki hərəsinin ağzından bir avaz gəlib. Bilmək dərdi ən üzücü dərddir. Hamlet özündən «hansını seçim?» — deyə soruşduqda, müəllifi nəzərdə tutur, əməli yox! Bizim xislətimiz əməl və söz, həyat və kitab arasında həmişə birini seçir.

Burada nə Horatsio bir iş görə bilər, nə də atasının sərgərdan və acı ruhu. Hamlet sona qədər əməl səhnəsinə ayaq basmır. O, qərar və əməl arasında qalır. Hamlet heç bir kitabda olmayan bir vəziyyətə düşür. Qərar üçün gərginlikdə olduğu müddətdə o, bütün kitabları vərəqləyir. Yox, heç bir kitabda onu yazmayıblar. Kitablar onun əl-qolunu bağlayıb, o öz əməl və taleyinin surətini aydın görə bilmir, buna görə də həmin bir neçə gün ərzində daim öz taleyinə tüpürür.
Davamı →

Dostoyevskinin "Bədbəxt adamlar"ı

  • Esse
1840-1841-ci illərdə məzun olmazdan əvvəl Fyodor Mixayloviç Dostoyevskinin həyatı ağır keçməyə başladı. O, gecələr pyes və romanlar oxuyardı. Növbətçi zabit isə onu yatmağa göndərirdi. Gözləri dərsliklərdə qalsa da, fikri uzaqlara — «Hamlet»ə, Puşkin poemalarına, Qoqol gülməcələrinə gedirdi.

Günlərin birində onu imperatorun qardaşı knyaz Mixail Pavloviçin yanına göndərdilər. Fyodor ona raport verməyi unudanda, knyaz hirslənmişdi: «Ele hey belə axmaqları göndərirlər».  1841-ci ildə Dostoyevski proporşik rütbəsinə yüksəldi.


İmtiyazı belə idi ki, zabit siniflərinin dinləyicisi olmaqla bərabər, kənarda müstəqil həyatını qura bilərdi. Fyodor yoldaşları ilə bir ev kirayələdi. Həmin ev dörd otaqdan ibarət idi.
Davamı →

Anlamaq bir az da sevməməkdir...

  • Esse
Adamlar var ki, itirməyi sevirlər. Yox, itirməyi yox, riskə getməyi deyək. Meydan oxumağı. Yüz faiz itirəcəklərini bilə-bilə başqalarına, taleyə və bəlkə də, özlərinə sübut eləməyi ki, başqa cür də ola bilər, başqa cür də mümkündür. 

Biz necə də oxşayırıq, hə?.. 
Ayrı vaxt olsa, bu qənaətə sevinərdim. İndi yox. Heç cür alınmır. Əksinə, təəssüflənirəm. Adam bu qədər cığal, tərs, bu qədər asi olmamalıydı. İtirməkdən bir az da olsa qorxmalıydı. Səhv eləməyi və səhvlərini bu qədər sevməməliydi…
Davamı →

Özünü eybəcərləşdirmək

  • Esse
Gözəllik – insan övladının lap qədimnən uzun bir inkişaf yolu keçərək yaratdığı hər şeydə, gördüyü hər mənzərədə axtardığı bir meyardır. Gözəllik insanın ruhunun qidasıdır da demək istərdim.

Son zamanlar gözəllik uğrunda (qadınlarımızın yazacaqdım, haqsızlıq etməyim qadınlara, kişilər də maşallah olsun heç geri qalmırlar) aparılan mücadilə çətin ki, ruhlara qida olsun. Bilirəm indi zaman başqadır. Tibb çox inkişaf edib. Bir zamanlar xəyal kimi görünənlər indi tam real həyatımıza girib. Güzgü qarşısında «kaş ki” deyilənlər üçün indi heç üzülmədən klinikalara gedib, o kaşkiləri istənilən formaya salmaq çox rahatdır.
Davamı →

Tarixin bayağılaşması haqqında bədii-fəlsəfi esse

  • Esse
Otuzuncu-qırxıncı illərdə Rusiyada, həmçinin digər Sovet respublikalarında baş verən hadisələr haqqında xeyli sənədli filmlərə baxdım, çoxlu yazılar və müsahibələr oxudum, müzakirələrə qulaq asdım. İntellektual pafos kimi çıxmasın, ümumiyyətlə, hadisələrin fəlsəfəsini tutmaq istəyirdim.

Əvvəllər də tarixlə bacardığım qədər maraqlanmışam. Tarix çox sevdiyim azsaylı fənlərdən biri olub. Tarixi şəxsiyyətlər haqqında əsərləri, tarixi romanları böyük bir həvəslə, maraqla oxuyurdum. “Jozef Fuşe”, “Səmərqənd ulduzları”, “Spartak” əsərlərini oxuyarkən keçirdiyim emossiyaları hələ də xatırlamaqdayam. Son on ildə isə mütəmadi olaraq bir neçə aydan bir konkret bir tarixi hadisəni, tarixi dövrü mövzu kimi götürüb hərtərəfli, müxtəlif əks qütblü mənbələrlə tanış olmaqla, özüm üçün araşdırıram. Bununla həm həyatıma bir cıqqan məna qatıram, həm də tarixi daha ciddi öyrənirəm.
Davamı →

Kişilərdən doğulan qadınlar

  • Esse
Kim deyir, kişilər doğmur? Kişilər də doğur: sevgi dolu, uğurlu, dünyaya meydan oxuyan güclü qadınlar məhz kişilər tərəfindən doğulur. Bir az cəsarətindən, ən çox sevgisindən, bir xeyli də verdiyi güvəndən dünyaya gəlirlər. Necə, analar sancını, ağrını, əzabı, gələcək bütün fəlakətləri bilə-bilə uşaq dünyaya gətirirlər, eləcə də həmin kişilər bu riski gözə alır.

Hər kişi bunu bacarmır. Bəziləri ömür boyu sonsuz olur. Qabriel də hamı kimi anasından doğulmuşdu. Böyük bacısıyla birlikdə rəqs edib, mahnı söylədikləri bir kafedə varlı zabit Etyenlə tanış olmasıyla başlayır onun eşq həyatı…
Davamı →

Qadın xəyanətinin ən acı nümunəsi

  • Esse
Gərək sevəndə eləsini sevəsən ki, sonra o səmimi hislərə görə başına döyməyəsən. Düzdür, doğrudur və tamamilə zaddır. Zaddır, yəni ki, bu sevgidir, riyaziyyat deyil. Düstura, qaydaya, şərtlərə tabe olmur.

Deməli, “gərək sevəndə…” məsələsi dünyagörmüş nənələrin “yaxşı oğlana ərə getmək” nağıllarından qəti fərqlənmir. Hardan bilmək olar axı? O qədər acı nümunələr var göz önündə… Məsələn, SSRİ-nin romantik vaxtlarında sevgiylə ailə quran, qoşa göyərçinlər kimi növbəyə durub mənzil alan, problemsiz-qayğısız ailə həyatı yaşayıb gözəl-göyçək qız övladı dünyaya gətirən iki nəfərin xoşbəxtliyinə kişinin bir qəzadan sonra şikəst qalması qənim kəsildi. Kişinin ayağı kəsilmədi, sadəcə əsayla gəzməli oldu.
Davamı →

Susmuş qəzəb

  • Esse
Sevginizi və ya qəzəbinizi kontrol (ört-basdır) eləməyə çox da əmək sərf eləməyin. Bütün hisslərin sözlə ifadə olunmaq azadlığı, hətta hüququ var. Məsələn, sözlə ifadə olunmuş (təbii ki, əxlaq çərçivəsində) qəzəb artıq xərclənmiş enerjidir, sönmüş vulkan kimi zərərsizləşdirilib. Əksinə, hansısa səbəbdən “içəri atılmış” qəzəb isə potensial nifrətdən, intiqam hissindən başqa bir şey deyil.

Yəqin ki, onlarla adda “susmuş qəzəb” növləri mövcuddur, mən bu gün sizə yalnız ikisindən – təbii ki, özümə daha çox aydın olanından danışacam. 
Davamı →

Yazıçı uşaq kimi hərəkət edir

  • Esse
Sigmund FreudZiqmund Freyd həyatının böyük bir hissəsini yuxunun psixologiyasını araşdırmağa ayırıb. Froyd tədqiqatlara öz yuxularından başlayıb. Psixoanalizin inkişafına Froydun atasının ölümü çox böyük təsir göstərib. Atasına qarşı duyduğu qısqanclıq, rəqabət hissi vicdan əzabı, peşmançılıq və əlacsızlıq hissləriylə əvəz olunmuşdu. 1900–cü ildə o, belə nəticəyə gəlir ki, insan ruhunun bütün problemləri uşaqlıqda yaşadığı faciələrlə əlaqəlidir. “Edip kompleksi”nin də kəşfi həmin ilə təsadüf edir. Psixoanaliz təlimini inkişaf etdirən Froyd müxtəlif vaxtlarda tezislərinə düzəlişlər edərək təkmilləşdirir.

1908-ci ildə, fantaziya ilə yaradıcılığın kəsişdiyi nöqtə onun diqqətini cəlb etdi və o «Yazıçılıq və xəyal qurmaq” adlı bir məqalə qələmə aldı. Nəzəriyyələrində bəzi ziddiyyətlər olsa da da, müasir psixologiyada onun mühüm yeri var.
Davamı →