Рейтинг
+2.26

Esse

4 üzv, 98 topik

Anlamaq bir az da sevməməkdir...

  • Esse
Adamlar var ki, itirməyi sevirlər. Yox, itirməyi yox, riskə getməyi deyək. Meydan oxumağı. Yüz faiz itirəcəklərini bilə-bilə başqalarına, taleyə və bəlkə də, özlərinə sübut eləməyi ki, başqa cür də ola bilər, başqa cür də mümkündür. 

Biz necə də oxşayırıq, hə?.. 
Ayrı vaxt olsa, bu qənaətə sevinərdim. İndi yox. Heç cür alınmır. Əksinə, təəssüflənirəm. Adam bu qədər cığal, tərs, bu qədər asi olmamalıydı. İtirməkdən bir az da olsa qorxmalıydı. Səhv eləməyi və səhvlərini bu qədər sevməməliydi…
Davamı →

Özünü eybəcərləşdirmək

  • Esse
Gözəllik – insan övladının lap qədimnən uzun bir inkişaf yolu keçərək yaratdığı hər şeydə, gördüyü hər mənzərədə axtardığı bir meyardır. Gözəllik insanın ruhunun qidasıdır da demək istərdim.

Son zamanlar gözəllik uğrunda (qadınlarımızın yazacaqdım, haqsızlıq etməyim qadınlara, kişilər də maşallah olsun heç geri qalmırlar) aparılan mücadilə çətin ki, ruhlara qida olsun. Bilirəm indi zaman başqadır. Tibb çox inkişaf edib. Bir zamanlar xəyal kimi görünənlər indi tam real həyatımıza girib. Güzgü qarşısında «kaş ki” deyilənlər üçün indi heç üzülmədən klinikalara gedib, o kaşkiləri istənilən formaya salmaq çox rahatdır.
Davamı →

Tarixin bayağılaşması haqqında bədii-fəlsəfi esse

  • Esse
Otuzuncu-qırxıncı illərdə Rusiyada, həmçinin digər Sovet respublikalarında baş verən hadisələr haqqında xeyli sənədli filmlərə baxdım, çoxlu yazılar və müsahibələr oxudum, müzakirələrə qulaq asdım. İntellektual pafos kimi çıxmasın, ümumiyyətlə, hadisələrin fəlsəfəsini tutmaq istəyirdim.

Əvvəllər də tarixlə bacardığım qədər maraqlanmışam. Tarix çox sevdiyim azsaylı fənlərdən biri olub. Tarixi şəxsiyyətlər haqqında əsərləri, tarixi romanları böyük bir həvəslə, maraqla oxuyurdum. “Jozef Fuşe”, “Səmərqənd ulduzları”, “Spartak” əsərlərini oxuyarkən keçirdiyim emossiyaları hələ də xatırlamaqdayam. Son on ildə isə mütəmadi olaraq bir neçə aydan bir konkret bir tarixi hadisəni, tarixi dövrü mövzu kimi götürüb hərtərəfli, müxtəlif əks qütblü mənbələrlə tanış olmaqla, özüm üçün araşdırıram. Bununla həm həyatıma bir cıqqan məna qatıram, həm də tarixi daha ciddi öyrənirəm.
Davamı →

Kişilərdən doğulan qadınlar

  • Esse
Kim deyir, kişilər doğmur? Kişilər də doğur: sevgi dolu, uğurlu, dünyaya meydan oxuyan güclü qadınlar məhz kişilər tərəfindən doğulur. Bir az cəsarətindən, ən çox sevgisindən, bir xeyli də verdiyi güvəndən dünyaya gəlirlər. Necə, analar sancını, ağrını, əzabı, gələcək bütün fəlakətləri bilə-bilə uşaq dünyaya gətirirlər, eləcə də həmin kişilər bu riski gözə alır.

Hər kişi bunu bacarmır. Bəziləri ömür boyu sonsuz olur. Qabriel də hamı kimi anasından doğulmuşdu. Böyük bacısıyla birlikdə rəqs edib, mahnı söylədikləri bir kafedə varlı zabit Etyenlə tanış olmasıyla başlayır onun eşq həyatı…
Davamı →

Qadın xəyanətinin ən acı nümunəsi

  • Esse
Gərək sevəndə eləsini sevəsən ki, sonra o səmimi hislərə görə başına döyməyəsən. Düzdür, doğrudur və tamamilə zaddır. Zaddır, yəni ki, bu sevgidir, riyaziyyat deyil. Düstura, qaydaya, şərtlərə tabe olmur.

Deməli, “gərək sevəndə…” məsələsi dünyagörmüş nənələrin “yaxşı oğlana ərə getmək” nağıllarından qəti fərqlənmir. Hardan bilmək olar axı? O qədər acı nümunələr var göz önündə… Məsələn, SSRİ-nin romantik vaxtlarında sevgiylə ailə quran, qoşa göyərçinlər kimi növbəyə durub mənzil alan, problemsiz-qayğısız ailə həyatı yaşayıb gözəl-göyçək qız övladı dünyaya gətirən iki nəfərin xoşbəxtliyinə kişinin bir qəzadan sonra şikəst qalması qənim kəsildi. Kişinin ayağı kəsilmədi, sadəcə əsayla gəzməli oldu.
Davamı →

Susmuş qəzəb

  • Esse
Sevginizi və ya qəzəbinizi kontrol (ört-basdır) eləməyə çox da əmək sərf eləməyin. Bütün hisslərin sözlə ifadə olunmaq azadlığı, hətta hüququ var. Məsələn, sözlə ifadə olunmuş (təbii ki, əxlaq çərçivəsində) qəzəb artıq xərclənmiş enerjidir, sönmüş vulkan kimi zərərsizləşdirilib. Əksinə, hansısa səbəbdən “içəri atılmış” qəzəb isə potensial nifrətdən, intiqam hissindən başqa bir şey deyil.

Yəqin ki, onlarla adda “susmuş qəzəb” növləri mövcuddur, mən bu gün sizə yalnız ikisindən – təbii ki, özümə daha çox aydın olanından danışacam. 
Davamı →

Yazıçı uşaq kimi hərəkət edir

  • Esse
Sigmund FreudZiqmund Freyd həyatının böyük bir hissəsini yuxunun psixologiyasını araşdırmağa ayırıb. Froyd tədqiqatlara öz yuxularından başlayıb. Psixoanalizin inkişafına Froydun atasının ölümü çox böyük təsir göstərib. Atasına qarşı duyduğu qısqanclıq, rəqabət hissi vicdan əzabı, peşmançılıq və əlacsızlıq hissləriylə əvəz olunmuşdu. 1900–cü ildə o, belə nəticəyə gəlir ki, insan ruhunun bütün problemləri uşaqlıqda yaşadığı faciələrlə əlaqəlidir. “Edip kompleksi”nin də kəşfi həmin ilə təsadüf edir. Psixoanaliz təlimini inkişaf etdirən Froyd müxtəlif vaxtlarda tezislərinə düzəlişlər edərək təkmilləşdirir.

1908-ci ildə, fantaziya ilə yaradıcılığın kəsişdiyi nöqtə onun diqqətini cəlb etdi və o «Yazıçılıq və xəyal qurmaq” adlı bir məqalə qələmə aldı. Nəzəriyyələrində bəzi ziddiyyətlər olsa da da, müasir psixologiyada onun mühüm yeri var.
Davamı →

Doğmaq istəməyən qadın

  • Esse
qadınBir qadının ən böyük haqqı ana olmaq istəməsidi. İstəməməsi də haqqıdı. Təkrar edirəm, bir qadın ana olmaq istəmirsə, bu, onun haqqıdı. Ancaq istəyirsə, mental olmazlarla buna əngəl yaratmaq, mütləq “ərə getməlisən” şərti qoymaq vəhşilikdi. Biz kimik başqa birinə yaşam şərtləri qoyaq. Təsəvvür edirsiz, biz kiminsə necə yaşamalı olduğuna qərar veririk. İnsana deyirik ki, ərə getmədən ana ola bilməzsən. O da ailə qura bilməyəndə düşür problemin içinə. Heç nədən olur bədbəxt. Halbuki dünyada həyatı gözəlləşdirən min bir mətləb var. Adamları əzab içinə salmağa nə haqqımız var? Kimik biz? 

Bir qadın evli deyilsə, ana olmalı deyil deyə bir qayda yoxdu təbiətdə. İnsan dünyaya nigah kitabçası ilə gəlməyib. Nigah kitabçası qanuni seçimlərindən biridi. Şərt deyil. Qanun deyil. Seçimdi. Təbiət demir ki, evli olmadan analıq haqqın yoxdu. Bir qadın təkdisə, elə tək də olmalıdı qanunu yoxdu.
Davamı →

Rafiq Tağının şlyapa söhbəti

  • Esse
Rafiq Tağı ilə çox söhbətlərim olurdu. Bu söhbətlərdə adəta, o susar, mən danışardım. Amma çalışardım ki, onunçün maraqlı olsun. Bir qayda olaraq İNSANlar diqqətini çəkirdi. Sosial vəziyyətləri, sevgiləri, kaprizləri, sağlamlığa və kitaba münasibətləri…

Rafiq Tağıya bəlkə yüz adam tanıtmışdım bu cür. Aşıq damarıma salıb xırdalamışdım bölgəmizin ən maraqlı adamlarından ona. O da, sağlığına, ağızdolusu, bəzən ürəkdolusu gülmüşdü. Bir gün Rafiq Tağı öz dostu haqqında danışdı mənə.

“Araz” kafesində… Bir növ, gənc həmkarına borclu qalmaq istəmədi. “Əli və Nino” mağazasından hansısa tədbirdən çıxmışdıq. Dedik, çayla da olsa boğazımızı yaşlayaq və bir az dərdləşək! Ölüm-itim dünyasıdır. Rafiq Tağının qələminə baxmayın, nitqi elə də səlist deyildi. Danışmağı sevməzdi. Amma dostu ilə baş verən bu çexovvari hadisəni xüsusi şövqlə danışırdı…
Davamı →

Botoks, xiyar maskası

  • Esse

Bir axşam qızlarımızdan biri inboxuma sual yazdı. “Necə belə gənc qalırsız?”
Bu sualı çox adamdan eşitmişəm. Cavabı haqda heç vaxt düşünməmişəm. Çünki bu dünyada düşünəcəyim ən sonuncu şey yaş ola bilər. Bizim qadın çox tez qocalır. Bu da ayrıca izah istəyən mövzudu. Bu dəfə düşündüm. Çünki sualı bir feminist verirdi. Onu da bu məsələ maraqlandırıbsa, demək, hər şey fikirləşdiyimdən də maraqlıdı.

Qıza bilmədim nə deyim. Yalandan özümdən nə uyduraydım? Özəl bir reseptim yox, “cavanlıq proqramım” yox.  İlk səbəbi tapdım deyəsən: – Yaş haqda düşünməmək.
Davamı →