Böyük Sui-qəsd nəzəriyyəsi - I hissə- VI fəsil

VI FƏSİL

ƏVƏZ-ƏVƏZƏ

Şlanqın çıxıntısını baş barmağı ilə sıxmaqla, ağzında kiçicik məsamə saxladı. Əmələ gələn təzyiqdən şlanqadan su daha sürətli, lakin nazik xətlərlə fışqırdı. Hər dəfə barmağını bərk sıxdıqca, həyətin o biri başında yerləşən çərhovuzun su nasosunun daha güclü uğuldadığını eşidirdi. Xar tut ağacını, xırda üzüm tənəklərini, artıq ilk nübarını vermiş armud ağacını yaxşıca sulamış olsa da, vərdiş etdiyi qaydada süni ot örtüyündən də gözəl görünən yabanı sıx otları da sulamağı sevərdi. Deyilən kimi suyun təzyiqini artırır, şlanqın ağzını yuxarı tutur, süni yağış yaradaraq, ətrafını- tünd rəngli (rəngin solğun olmasından həmin yeri hələ sulamadığını müəyyən edirdi) otlaqları hovuzdan gələn suyla nəfəs verirdi.  Həmişəki kimi ayaqlarında başmağ, şap-şap deyilən şey yox idi. Yalın ayaqlarla şlanqı bir mövqedən  digərinə keçirib  (ayağına tikan batmasın deyə) ehtiyatlı şəkildə otuz metr radiusda manevr edirdi.

Bütün şəhər həyatından yığılan urban düşüncələri, cəfəng söhbətləri, qalmaqallı dedi-qodular beynindən boşaltmışdı. Həqiqətən də ağacları sulamaqla öz şəhər həyatından müvəqqəti də olsa qopub, öz şəxsi meditasiyasının ağuşuna daxil olurdu. Bank-da yığılıb qalan kredit borcları, onların gecikdirilmiş faizləri, kommunal qiymətlərin qalxması,   azyaşlı oğlu Yasinin beynlə bağlı xəstəliyi elə bil bütün bu qarşılıqlı əlaqəli düşüncə-xəyallar suyun fışıltı sədaları, çiyirtkələrin ciyiltisi, ayaqları altında qalan sıx otların xırçıltısı fonunda bir anlıq qeyb olurdu. Çox sevinirdi.

Albalı qəsəbəsindəki bu bağı Rüstəm kişiyə xaricə köçmüş bir dostundan qalmışdı. Siyasi zəmində ölkəni tərk edən uşaqlıq yoldaşı həmin şəxs, bir başa varisi olmadığı üçün həmin qəsəbədəki 12 sotluq məhsuldar torpağı olan bağı (əslində bağdan çox bostana bənzəyirdi) ən yaxun dostuna təmənnasız şəkildə hədiyyə etmişdi. Rüstəm kişi qış payız aylarında iki aydan bir gəlməsinə baxmayaraq, bahar fəslinin gəlişi ili həftədə ən azı iki dəfə öz iri bağına baş çəkirdi. Həyətin daş hasarı yuxarıdan baxdıqda qeyri adi- formada “L” hərfi şəklində uzanırdı. “L” hərfinin quyruq hissəsində iki otaqlı və mətbəxi olan balaca kottec yerləşirdi.  Taxta tualet və açıq tavanlı hamam (sadəcə duş və altında çimənin zinət yerlərinin görsənməməsi üçün dörd nöqtədə yerə basdırılmış qalın taxta dirəklərin boyunca sarılmış mavi tent)  isə həmin quyruğun lap arxasında yerləşirdi. Bir tərəfdən belə quruluş  ona görə əlverişli idi ki, tələbatların ödənilməsi üçün nəzərdə tutulmuş tikili gözdən və yayın belə cırhacır aylarında burundan kifayət qədər uzaq yerdə idi. Kotecin arxasında həmin yerə baxan nə pəncərə nə də ki qapı vardı. Gecənin yarı, qarnın partlasaydı belə, məcbur olub evi bir dövrə etməli olacaqdın.  Bununla belə həyətin quruluşunu tam “L” hərfinə bənzətmək olmaz.  Həyətin  bağ hissəsi daha geniş ərazini təşkil edirdi. Kottecdən beş metr öndə dördün səkkizə, yerdən hündürlüyü  metr yarım olan çərhovuz yerləşirdi. Çərhovuzun suyunun üzərində qatı mamır adalarının üzməsi Rüstəm kişinin bağ mövsümünə hələ tam gücü ilə keçmədiyindən xəbər verirdi. Rüstəm kişi bir qayda olaraq İyul ayında ailəsi ilə birgə Albalı qəsəbəsinə gəlir və artıq iyunun son günlərindən etibarən özü tək gələrək qalacaqları yerdə abadlıq, səliqə səhman işləri aparardı.  Yabani otları və tikanları belləyir, ağacların diblərini bellə düzəldir, hovuzu təmizləyir, kotecdəki otaqlarda bir il ərzindən sahiblik etmiş potensial həşəratları və ziyanvericiləri aradan qaldırırdı. (Həyat yoldaşının yanında hətta “Siçan” sözünü demək olmurdu,...siçandan elə qorxurdu ki, gəl görəsən).

Növbə divarın dibinə yaxın yerdə iki metr göyə uzanan vişnə ağacının idi. Yamyaşıl yarpaqları ideal simmetrik formada olub, bir-birindən  lap qar dənəsi kimi seçilmirdi. Altı ilin ağacı yaxın aylarda artıq nübər meyvələri ilə Rüstəm kişinin ailəsini sevindirəcəkdi. Hələ o qədər də möhkəm olmayan şabalıdı gövdəsində üzü yuxarı dırmaşan qarışqalar gözə sataşırdı. Suyun təzyiqini artırmaqla həmin ziyanvericiləri də məcburi şəkildə vişnə ağacından “düşürdürdü”. Rüstəm kişiyə elə gəldi ki, bir qədər sağdan qara bir kölgə peyda olub, həmin dəqiqə də yoxa çıxdı. Çiynindən həmin istiqamətə nəzər saldıqda kölgənin hasarın üstündən göründüyünü düşündü.  Əmin olmaq üçün, baş barmağını şlanqa bir az da bərk basaraq suyun hərəkət surətini daha da artıraraq hasarın o biri tərəfini su atəşinə tutdu. Həmin dəqiqə diksinmə və qaçış səsləri eşitdi. Bir neçə saniyədən sonra hasardan bir uşaq başı görükdü. Yalnız gözlərini və alnına tökülmüş nazik saçlarını görmək olurdu., üzünü turşutmağından bilinirdi ki, hasarın üstündə böyük çətinliklə qalır, çox gücənirdi. Nəhayət Rüstəm kişinin ona diqqətlə baxdığını görüb tez əllərini buraxdı (yəqin bilmirdi ki, Rüstəm kişi onu görə bilər) və hasarın o biri tərəfində kiminsə tappıltı ilə yerə gəldiyi eşidildi.

 Rüstəm kişi yaman təşvişə düşdü. Əslində o qədər də narahatlığa lüzum yox idi. Çox güman uşaqlar kənd yerlərində olduğu kimi, bir qayda olaraq, meyvə dalınca gəlmişdilər. Halbuki ürəyinə danmışdı ki,burada başqa bir məsələ var. Eləmə təmbəllik, şlanqı  vişnə ağacının altına uzadıb, ayağına güc verdi və darvazadan bayıra çıxıb, üstünə qoymuş balaca gədənin arxasınca qaçdı. Yaxşı ki, hasardan güdən bu balaca şeytan iki metr yarımlıq hasardan atılan zaman ayağı burxulmuşdu. Əks halda çətin ki, Rüstəm kişi uşağın on metrliyinə çata biləydi. Dəmiryolu reyslərinə kimi qaçaraq nəyahət yenidən uşaq büdrəyib ikinci dəfə eyni ayağını zədələdikdən sonra həmin uşağı yaxalamağa müvəffəq oldu.  Sorğu sualı başlamazdan əvvəl hər ikisi yerə oturub, dərindən tənəffüs aldılar. 13-14 yaşlarında olan bu potaş uşaq heç də qorxudan qaçan birinə bənzəmirdi. Üzündə heç bir həyəcan notu nəzərə çarpmırdı. Sadəcə tərəddüd vardı o müdrik baxışlarda “Deyim,yoxsa deməyim”.

-Ay bala, hələ meyvə mövsümü deyil axı...Mənim bağıma niyə girirsiz ?

— Dayı sözün düzü biz elə bildik ki, sən həmişə bu bağa girən adamsan.

Rüstəm kişi bir qədər çaşdı:

-  Necə yəni, elə mən həmişə bu bağa girən adamam da, bu bağın sahibi mənəm.

-  Mən sizi demirəm. Sizdən başqa bura demək olar ki, hər gün günorta vaxtlarında bir cavan adam girir.

Rüstəm kişi nə deyəcəyini bilmədi:

-  Özünü elə qəribə aparır ki, sadəcə həyətin ortasında donub qalır, ancaq başını o yan-bu yana çevirir.  Əvvəl elə bilirdik ki, bağın yiyəsi odur. Sonra xəlvətcə hasardan aşdığını gördük.  Başa düşdük ki, bu heç də xeyirxah məqsədlə gəlmir.

“Xeyirxah məqsədlə” yəni ondörd yaşlı uşaq belə sözü işlədə bilərdi. Bəs kim idi həmin adam. Özü yoxlayanı bağda və bağın kottecində olan əşyaların hamısı yerli yerində idi. Dəmir yolunun o biri tərəfindən keçən narıncı moskviç müvəqqəti olaraq söhbəti dayandırdı. Ta maşın nəzərlərdən yoxa çıxanadək. Artıq hər ikisinin tənəffüsləri seyrəlmişdi.

Rüstəm kişinin yalnız bir şey ağlına gəlirdi. Əlbəttə ki, həmin əclaf idi. Yalandan özünü zabit kimi təqdim edib, saxta sənədə Rüstəm kişinin xəttatlıq məharətindən istifadə edib qol çəkdirmək üçün əlil oğlunu qaçıran həmin yaramaz. Görünür hələ də ondan əl çəkmək istəmir. Rüstəm kişinin ürək damarında sanki bir neçə millisaniyəlik qara qan tıxacı yaranıb, həmən də qanın təzyiqi altında ürəyin növbəti döyüntüsü ilə trombu açdı. Çox dəhşətli ağrı idi. Uşağı qorxutmamaq üçün sadəcə ağrıdan üzünü turşudub, bir qədər başını aşağı əydi. Ağzı ilə havanı sanki nahar yeməyi imiş kimi udub, bayaqdan vermək istədiyi sualı verdi.

-  Bəs siz, hansı “xeyirxah məqsədlə” mənim bağıma girirdiz.

Yeniyetmə gözlərinə tökülmüş tellərini yana verib gözlərini Rüstəm kişinin baxış təmaslarından uzaqlaşdırdı. Yanaqları bir qədər qızardı. Həyəcan keçirənə oxşamasa da, dodaqlarının bir-birinə möhkəm sıxmasından uşağın yenə də dərin tərəddüd içində olması məlum olurdu.  Ağzını açmaq istəyərkən arxalarından gələn qalın səs onu qabaqladı.

-  Mən özüm deyərəm Aqil.- Rüstəm kişi burulub arxasında səbzxətt  yeniyetmənin durduğunu gördü. Əlində oynatdığı dəmir zənciri o dəqiqə cibinə yığışdırdı. Arxasında nə isə gizlədirmiş kimi əllərini belinin arxasında bitişdirərək gizlətdi.

Rüstəm kişi əvvəl təşvişə düşsə də sonradan əllərini jestikulasiya məqsədilə aşkara çıxaranda həyəcana heç bir lüzüm olmadığına əmin olub sakitləşdi.  Bircə bilə bilmədi ki, yaşlandığına görə mi, yoxsa nədən, arxasında kiminsə durduğunu səsini çıxarmayanadək hiss etmədi.

-    həmin başdan xarab,  bağınıza soxulmazdan əvvəl hər gün sizin bağda yığışırdıq.

-  Biz yəni kimlər?

-  Bizim öz dəstəmiz var. “Gecə yığışanlar”. On-on beş nəfər yeniyetməyik.  Axşamüstü, bəzən də gecə yarı yuxudan oyanıb, sizin bağınızda ocaq ətrafında toplaşırıq. ( yalnız indi Rüstəm kişiyə aydın oldu ki, torpağı belləyəndə niyə hər dəfə torpağın alt qatlarından qara kömür qalıqları və tozu üzə çıxırdı). Heç bir pis məqsədimiz yoxdur. Əgər artıq yoxlamısınızsa əmin olmalısınız ki, bağınızdan bir çöp olsun belə oğurlamamışıq. “Gecə yığışanların” əsas məqsədi, gecə həyatına nəzarət etmək, oğruları, bağlara fahişələrlə gələnləri üzə çıxarıb, təpik altına salmaq, zinakar qadınların və kişilərin həyat yoldaşlarını vaxtında xəbərdar etməkdir. Bizi kəndin ağsaqalları və lotuları da dəstəkləyir. Yəqin siz gəlmə olduğunuz üçün bizim haqda heç eşitməmisiniz belə. Ona görə də sizə kimliyimizi demək o qədər də təhlükəli olmaz. Əslinə qalanda çox az adam “Gecə yığışanlar” dəstəsinin üzvlərini tanıyır. Bu baxımdan çox ehtiyatlıyıq. Bununla belə kənd ağsaqqalları dönə-dönə kənd polislərinə tapşırıblar ki, dəstə üzvlərindən heç birini tutub içəri basmasınlar. Biz “Gecə yığışanlar” bu kəndə, köhnə Bakılılara məxsus abu-havanı yenidən qaytarmışıq. Kənd camaatı bizim gördüyümüz işlərdən çox razıdır. Kənddə artıq nizam-intizam yaranıb. Gecələr içib özlərini yüngül aparan cütlükləri elə günə salırıq ki, bir də bu kəndə ayaq basmaq istəmirlər.

Rüstəm kişi “gəlmə” sözündən sonra özünü bir qədər alçaldılmış hesab etdi.  Çoxdan Bakıya köçmüş rayonlu olsa da, köklü Bakılıların kompakt yaşadığı yerlərdən keçəndə özünü heç də Bakı sakini hesab etmirdi. Həmişə təmiz Bakılıları qeyrət və namus, yerinibilmə kimi  baxışlarına görə çox sevərdi.

-         Bəs siz...? sualını tamamlaya bilmədi ki, ədəbaz yeniyetmə onu önlədi.

-          Bəs biz qaravul çəkiriksə, niyə sizin bağda yığışırıq?.. Birincisi ona görə ki, sizin bağ  kənd evlərinin və bağlarının yerləşdiyi sahənin ən mərkəzində yerləşir. İkincisi ona görə bağda yığışırıq ki, ....necə əsgərlikdə, karovul naryaddan qabaq təlim keçir, biz də ocaq başında dəstə üzvləri ilə postlarımızı təyin edib,  kəndə pis məqsədlərlə  daxil olan  “qonaqların”  (sonradan tanıya bilmək üçün) görünüşləri haqqında bildiklərimizi paylaşırıq.

Rüstəm kişiyə həddi buluğa çatmamış bu uşaqların yaşından-başından böyük danışıqları bir qədər qorxulu gəlirdi. Sanki tam başqa bir planetə düşmüşdü. Hansısa qorxulu, fantastik filmlərin birində oşxar şey görmüşdü:  orada qarğıdalı yetişdirməklə məşğul olan kənddə idarəçilik zorakı uşaqların əlində idi və burada yaşı 15-i ötmək ən böyük cinayət sayılaraq, edamla nəticələnirdi.

  Bununla belə, bağına daxil olan adamın kimliyi bütün eşitdiklərinin (bunca qəribə və ağılçaşdıran olmasına rəğmən) prioritetini xeyli aşağı salırdı.

-         Bəs həmin adamı o zaman, niyə “təpik altında almırdız”? Həmin o, mənim bağıma girən adamı deyirəm.

Sual  hər iki yeniyetmənin dilini qaynar su kimi yandırdı. Heç biri qımıldamadı. Natiqlik istedadı ilə məğrurlanan potensial dəstə başçısı da bir söz demədi.

Nəhayət birinci gördüyü, potaş uşaq dilləndi.

-  Biz  onnan çox qorxuruq.

-  Ağzıvı yum, Malış.-deyə öz aralarında tanındığı ləqəblə yeniyetmənin üstünə çığırdı… Mən özüm danışaram.

Ondörd yaşlı yeniyetmə güləşdə beli yerə vurulmuş məğlublar tək yazıq baxışlarla başını aşağı saldı.

-  Malış düz deyir...Nə qədər qəribə olsa da biz həmin “onnan” qorxuruq (Rüstəm kişiyə qəribə gəldi ki, həmin “adam” sözünün əvəzinə “O” əvəzliyini işlətdi). Dəstə üzvlərinin çoxu hesab edir ki, bu iniş il Zaqulybada boğulmuş Aslanın ruhudur. Aslan sağ qalsaydı artıq düz iyirmi iki yaşı olacaqdı.

-  “Gecə yığışanları”  o yaradıb- potaş yeniyetmə yenidən dözməyib, çox şeyi izah edən bu qısa cümləni dodaqları arasından qaçırdı.

-   Sənə demədim ağzını yum...-hiddət dolu baxışlarla potaş yeniyetməni hədələdi.-...Onu artıq bir neçə dəfə gecə vaxtlarında da görüblər. Hay verirsən hay almır, çağırırsan eşitmir. Yalnız yerində donub səmaya və ətrafa baxır. Nadir hallarda da çox ləng addımlarla hərəkət edir.  Qorxumuzdan onun beş metrliyinə belə yaxınlaşa bilmirik. Təkcə keçən həftə üzvlərimizdən biri postuna gedən zaman qonşu həyətin dalanından çıxanda həmin “onunla” qarşılaşıb. Gəlib gördük ki, uşağın ürəyi gedib. Özünə gəldikdən sonra da ancaq sarsağlayır. Yad dildə. O vaxtdan bəri dəstəmizdə cəmi beş-altı nəfər qalıb.  Çıxanların yarısı günorta vaxtlarında yığışır. Ancaq bu mənasızdır, çünki şər həmişə gecənin gəlişi ilə başlayır. Səhər vaxtlarında oğru-zinakar nə gəzir?! Mən özümə söz vermişdim ki, həmin “onu” tutub it balası kimi çırpacam və bu tumana-batıranlara sübut edəcəm ki, bu yaramaz heç də ruh, qulyabani deyil, adi bir insandı, bir az dəlisov insan. Ancaq özüm onunla qarşılaşdıqda, ürəyi getmiş uşağın onunla üzbəüz çıxan zaman hansı hisslər keçirdiyini az da olsa başa düşdüm. 

Rüstəm kişinin beyni yaman dumanlı idi. Həmin saxta zabitə mistik polterqeyst simasını vermək, nə dərəcədə şüurlu idi bilə bilmədi. Mobil telefonuna gələn zəng onu bu qəliz düşüncələrdən  ani olaraq azad edərək  beynin normal fəaliyyətini bərpa etdi.  Mobil telefonun displeyində “Call 1” yazıldığından kiminsə anonim nömrədən zəng etdiyini  bildi. “Y” hərfi yeyilmiş YES düyməsini baş barmağı ilə bərkdən sıxıb zəngə “ALO” deyə cavab verdi. Uşaqlardan bir qədər  aralanıb üzünü bağ istiqamətinə çevirmişdi.

-  Salam- deyə kobud orta yaşlı kişi səsi eşidildi. Heç də “sülh olsun sənə” deyənlər kateqoriyasına aid deyildi. O daha çox “sənə bəd xəbərim var” tipli niyabət insanlar sinfinə mənsub idi.

-  Salam

-  Sizinlə danışan, Xətai rayon poliş şöbəsinin mayoru Rüfət Məmmədovdur.

Belindən soyuq üşütmə keçdi. Axı yalançı imza hədə-qorxusu ilə bağlı polisə vaxtında xəbər verməmişdi. Bəlkə ondan qabaq kimsə xəbər verib. Faktı polisdən gizləyən şəxs qanunla da ən pis cəzasını alır.

-  Eşidirəm – deyə mümkün qədər həyəcanını boğmağa cəhd etdi.

-  Bilirsiz biz bir gədəni tutmuşuq. Nə qədər sorğu-suala tuturuq dillənmir ki, dillənmir. Tərs it oğlu.

-  Başa düşmədim, onun mənə nə aidiyyatı var?

-  Bir gözlə də, rəhmətdiyin nəvəsi. Sözümü kəsmə — az qala yaşlı Rüstəm kişinin üstünə çığırdı. – Adını da demir. Mobil telefonuna baxdıq, orada əlaqələrdə ancaq sizin nömrə və ad vardı. Yazıb “Rüstəm-kaset-qazet”

Bəlkə də təkcə “Rüstəm-qəzet” desəydi, polis şöbəsinə gətirilmiş həmin insanın kim olduğunu ömrü boyu tapa bilməzdi. Ancaq telefonuna nömrəsini “kaset”adıyla yazan adam təkcə bir nəfər ola bilərdi.

-  Mənə deyin görüm. Həmin adam cavandır? Təqribən neçə yaşlarında olar?

-  Hə cavandır. İyirmi iyirmi beş yaşları arasında. O Sizin nəyinizdir.

-  Onu nəyin üstündə saxlamısız rəis?

-  İctimai asayışı pozduğuna görə. Parkın ortasında bir həmyaşıdıyla dalaşırdı. Ağız-burnunu pomidor eləyib uşağın.

-  Bir dəqiqə gözlə sənə özüm zəng vururam.-deyə rəisin razılığını gözləmədən NO düyməsini basdı. Bəxtindən NO düyməsi normal işləyirdi və onu heç də var gücü ilə basıb sıxmaq lazım gəlmirdi. Əks halda belə bir vəziyyətdə sağollaşdıqdan sonra xəttdən getməməklə özünü gülünc şəklə salardı.

Rüstəm kişi lazımı nömrəni yığa-yığa uşaqların nə işlə məşğul olduğunu görmək üçün arxaya nəzər salsa da, uşaqların necə casuscasına peyda olmuşdularsa, eləcədə yoxa çıxmışdılar. Yaman qəribə dəstə idi. Artıq burada gözləməyin yersiz olduğunu görüb, öz bağına tərəf addımladı.

-  Alo, Taley sənsən. Rüstəmdir danışan.

-  Alo, Rüstəm...Həmişə sənin səsini eşidək. Haralardasan, lap şəkərbura olmusan, heç bayramlarda da səninlə görüşə bilmirəm.

-  Nə var nə yox taleh. İşlərin necədi.

-         Allaha şükür, sən necəsən, ailən necədi. Nə yaxşı zəng vurdun. Köhnə dostlardan xəbər almaq bilirsən nə xoşdur. –deyə səmimi şəkildə xəttin o biri tərəfində duran cavabladı

-          Taley, bağışla..amma sənə vacib işim düşüb. Bildim ki, sənin üçün bu əlçatan məsələdi ona görə də dedim səndən bir kömək istəyim.

-         Buyur.Buyur. Əlimdən gələn hər şey sənə qurbandır – Talehin taleyi sözün əsl mənasında Rüstəm kişinin köməkliyi sayəsində dirçəlmişdi. Uşaqlıqda birlikdə ova gedən zaman çöllük-biyaban bir yerdə şikarı vurmaq üçün sıldırım qayaya çıxan Taleh ayağı sürüşərək on metr məsafədən yerə aşmış və dizini açıq şəkildə sındırmışdı. Qanı durmadan axmağa başlamış və yalnız Rüstəm kişinin ilk yardımı və onu belində düz iki kilometr yaşayış məntəqəsinə kimi daşıması sayəsində sağ qalmışdı. Taleh bunu heç zaman unutmur və Rüstəm kişini qardaşından da çox istəyirdi. Rüstəm kişi isə çox məğrur tip olduğundan heç zaman bu yaxşılığından sui-istifadə etməzdi. Taleh könüllü şəkildə dəfələrlə Rüstəm kişiyə xeyr versə də, Rüstəm kişi bir dəfə olsun belə ona ağız açmamışdı. İndi gərək Rüstəm kişinin diləyini təmin etmək üçün əlindən gələni edəydi. Bir halda ki, yalnız iyirmi-otuz ildən sonra Rüstəm kişi ona ricada tapılır, demək bu Rüstəm kişinin ən son əlacıdır.

-         Xətai Polis İdarəsində mənim yaxın dostumu saxlayıblar. Xırda dələduzluğa görə. Hələ sadəcə olaraq sorğu-sual edirlər. Bilməyib bir qələt eləyib, bir sözlə uşaqlıq edib, parkda həmyaşıdı ilə bir az dalaşıb. Sənə qurban olum, bir tövr danış, onu buraxsınlar. Çox yaxşı insandı.

-         İşi aparan kimdir?

-         Mayor idi...dedi Rüfət Məmmədov

-         Sən lap anadan bəxtəvər doğulmusan ki, Rüfətlə biz hər gün “İğdırda” yeyib-içirik. 

-         Problem yoxdur, bu saat ona zəng edirəm. Bir gün az pul yesələr bir şey olmaz. – bir qədər fikirləşib Rüstəm kişidən soruşdu- Bəs sənin tanışının adı nədir?

-         O elə tərs adamdır ki, heç adını da polislərə deməyib. Onun adı Muraddır.

Taleh – 52 yaşlı polis polkovniki – sağollaşmaqla, mobil telefonunda lazımı nömrəni tapıb-yığmağı bir oldu. Nəhayət ki, qismən də olsa Rüstəm kişinin xəcalətindən çıxacaqdı.

Taleh beş dəqiqə keçən kimi Rüstəm kişiyə zəng vurub, hər şeyin müsbət həll olunduğunu müjdələyən xəbəri çatdırdı. Rüstəm kişi də öz yerində oğlunun həyatını borclu olduğu “müştəri”-ni çətin vəziyyətdən qurtardığına görə çox sevindi. Uşağın arxasınca qaçan zaman açıq qoyduğu bağın hündür darvazasından vərdiş etdiyi kimi “Bismillah” sözləri ilə daxil olub, ağacların ləklərində yaranmış nəhəng gölməçənin daha da böyüməməsi üçün tez-bazar söndürməyi unutduğu  su nasosunu keçirtdi.

***                          ***                        ***

Fatal zəngdən bir neçə dəqiqə əvvəl

Murad yəni belə səhv buraxa bilərdi. Sorğu-suallı üzərinə söyüş yağdırsalar belə hər vəchlə rədd edirdi. Əsəblər o qədər tarıma çəkilmişdi ki, içəridə olan qalın bığlı, kəndi arıq polis nəfəri qarnına möhkəm bir yumruq zərbəsi endirdi. Zərbəyə hazır olmadığı ucbatından, zərbə bilavasitə tənəffüs sistemini bir-anlıq alt-üst etdi. Gözləri bərəldi, üzünə qırmız-qırmızı ləkələr çıxdı, elə bərkdən öskürməyə başladı ki, az qalmışdı səsdən bütün bina titrəsin. Zorakılıq da bu insanı sındırmırdı. İsrarlı şəkildə sual-cavabdan hər cür yolla imtina edirdi.  İş o yerə çatdı ki, Murad ətrafındakı polisləri tam boykot edərək, ümumiyyətlə “susmaq orucuna” başladı.

Həmin zərbəni endirən polis məcbur olub, Muradın ciblərini yoxladı. Şalvarının sol cibindən o qədər də bahalı modeli olmayan  əl telefonu çıxdı.

-         Müslüm, nə deyirsən telefonundakı əlaqə nömrələrini axtaraq

-         Bax gör neylirsən

Müslüm telefonun menyusunda qurdalanan həmkarının üz cizgilərinin total şəkildə dəyişməsindən, başa düşdü ki, “ tövlədə saman yox imiş”.  Həmən soruşdu:

-         Nə olub, nəisə tapdın

-         Əksinə...Çox qəribədir...Bu yaramazın telefonu çox köhnədir, korpusuna baxan kimi bilməy olur. İş ondadır ki, telefonunun və simkartın yaddaşında ancaq bir nömrə var.

-         Gəl biz zəng vurmayaq, Rüfət müəllim zəng etsin.- Murad narazı şəkildə üzünü turşutdu. Hərçənd kim idi onun rəyi ilə maraqlanan belə yox idi, qımıldanmadı belə.

***                ***               ***

-         “… İctimai asayışı pozduğuna görə. Parkın ortasında bir həmyaşıdıyla dalaşırdı”. Ağız-burnunu pomidor eləyib uşağın.—Dut-Dut-Dut- qarşı tərəfin xəttdən getdiyini eşidib, ağzında çıxan söyüşləri yağdırdı ünvanına. Hələ Muradın əyləşdiyi taxta oturacağa da möhkəm bir təpik endirdi. Murad yenə qımıldamadı. İzahsız baxışlarla bir anlıq mayor Məmmədova baxıb, yenidən başını aşağı saldı.

-         Gör adamlar necə qudurub e, əvvəllər eşidəndəki polis serjantı ona müraciət edir bədənlərinə vicvicə düşərdi, özlərini elə yığardılar ki, gəl görəsən.  İndi isə mən boyda mayora hansısa patsan odboy verir. Eybi yoxdu...əvəzini sənnən çıxaram yaramaz. Səni elə danışdırım ki, gəl görəsən.

-         Müslüm, qaç bura iki dəsmal gətir, birini kranta yaş elə, o biri quru olsun. Bir də Cəfərin elektroşokunu gətir. Bunu ancaq qril kimi qızartmaqla danışdırmaq olar.

Müslüm yüz faiz əmin idi ki, mayor Məmmədov heç də zarafat eləmir. Ona görə bir az rəngi ağardı. Rüfət Məmmədovun cinayətkarların başına gətirdiyi etiraf naminə qeyri-qanuni işgəncələri haqqında çox eşitmişdi. İndi isə ömründə vəhşilik görməyən biri üçün, zorakılıq çox tükürpədici gəlirdi.

-         Rəis deyirəm bəlkə lazım deyil

-         Kəs səsivi sənə deyiləni elə, yoxsa əngivi dağıdaram.

Elektroşoku və dəsmallar gəldikdən sonra, kinayə ilə Murada baxsa da, Muradın simasında heç bir dəyişikliyin olmadığını görüb hiddətləndi. Nəm dəsmalı boynunun ətrafına sarıdı. Ovucluq elektroşoku ən güclü voltaja keçirib Murada tərəf hədələyici hərəkətlərlə yaxınlaşdı. Murad yenə də sakit idi.

Mayor başa düşdü ki, bu  adi tip insan deyil. Öldürsən də danışmaz. Ona görə də özünü boş yerə zibilə salmamaq üçün Müslümə tərəf baxıb

-         Əvvəl bütün üstbaşını yoxla-deyə əmr etdi.

Polis nəfərlərin nəzərlərindən yayınsa da, Murad sanki sinirlərindən cərəyan keçərmiş kimi, ürəyinin döyüntüsü artdı. Ən qorxduğu təhlükə ilə üz-üzə idi. Müslüm onu yoxlamaq üçün yaxınlaşan anda, Rüfət Məmmədovun mobil telefonuna böyük taleyi müəyyən edən böyük zəng gəldi. Müslüm Muradın üst köynəyinin cibinə əlini atırdı ki, mayor Məmmədov ani olaraq.

-         Saxla Müslüm, ...onun əllərini aç, boynunan da dəsmalı çıxar deyə qarşı tərəf eşitməsin deyə sağ əli ilə telefonun mikrofonunu sıxaraq Müslümə çığırdı. Müvafiq əmrin yerinə yetdiyini görüb, yenidən telefon söhbətinə qayıdıb, dost söhbəti abu-havasında dinləmə otağını tərk etdi.

Murad köynəyinin cibində olan, bütün planları alt-üst edə biləcək həmin şeyin aşkar olunmadığına çox şadiman oldu. Özünə and verdi ki, bir daha belə axmaqlıq etməyəcək. Onu da başa düşdü ki, Rüstəm kişi nəhayət ki, onunla əvəz-əvəz oldu. “Tuz vaxtından əvvəl əldən getdi” –düşüncəsi ilə bükülmüş halda Polis şöbəsinin binasını tərk etdi.

0 şərh