10 il zirzəmidə - III hissə

III

Kapitanın əhval-ruhiyyəsi tam dəyişmişdi. Uşaq görünüşlü yeniyetmənin danışdıqları ona çox maraqlı gəlmişdi. Fərid bircə şeyi başa düşə bilmirdi ki, danışdığı dəhşətli hadisəni yaşlı kapitan gözündə məzəli edən nə idi. Olanları rəvayət edən zaman, kapitan Fəridə istehzayla baxır, bic-bic gülümsəyirdi. Fəridə bir şey qane edirdi ki, kapitan artıq ona qarşı nifrət hisslərini biruzə etmirdi.

Bəlkə də belə apatiya ümumiyyətlə yoxa çıxmışdı.

Fəridə bir qədər fasilə etməsini tapşırıb otağı tərk etdi. Təxminən on beş dəqiqə sonra, əlində sini, sinin üzərində isə isti buxar buraxan qab-qacaq, yaxınlaşdı Fəridin önünə. Əslində bu kabinetdə, kapitan özü heç vaxt yemək yeməsə də, bu gün Fəridin xətrinə, ilk "müstəsna" etmək qərarına gəldi. Sinini Fəridin qabağına qoydu və "Buyur...Nuş olsun" deyə sakit şəkildə dilləndi. Sinin üzərində iki yemək dolu qab və bir stəkan mavi soda var idi. Kapitan özü yemədiyindən burulan yataş kreslosuna qayıdıb, yenə də gülümsədi və dodaqaltı "heç inanmağım gəlmir...sən bir işə bax" deyə özünə müraciət etdi. Fərid isə çaşqınlıq içində idi. Təxminən on il olardı ki, qaçırılmış və zirzəmidə saxlanılmışdı. Və bu 10 il ərzində yediyi şeylər ancaq, mərci supu və gülkələm-kartof qızarması idi. Hal-hazırda da önündə eyni təamlar tüstüləyirdi. Yəni on il ərzində mərci şorbası bu qədər dəbə düşüb. Əslində bu iki yemək növü onun ürəyini çoxdan vurduğuna baxmayaraq, mədəsi boş idi. Tərəddüd etmədən girişdi şorbaya. Qaşığı dodaqlarına toxundurub fısıltı ilə içəri alanda, təsadüfən gözləri kapitana sataşdı. Yenə də qəribə şəkildə gülümsəyirdi. Fərid hiss edirdi ki, hal hazırda yediyi yeməklərin, on il ərzində, hər gün, yediyi təamlarla müəyyən əlaqəsi var idi. Bu sadə bir təsadüf deyildi.
- Əminəm ki, sən yeyə-yeyə də danışa bilərsən. ...Davam et, sonra nə oldu.
Fərid marçıldaya-marçıldaya, rəvayətinə davam etdi. Lakin rəvayətinə başlamazdan əvvəl qulaqları növbəti pıçıltını tutdu. "On il yeməsəm, mən də şorbanı gözümə belə soxaram"

 

0 şərh