Vətəndaş cəmiyyətində etiket qaydaları

Etiket fransız sözü olub- davranış qaydaları deməkdir. 
Ona cəmiyyətdə qəbul edilmiş ədəb və nəzakət qaydaları daxildir. Bir- birinə hörmət etmədən, özünə müəyyən qadağalar qoymadan yaşamaq mümkün olmadığı qədər, bu normalara riayət etmədən heç bir siyasi, iqtisadi, mədəni münasibətlər də yaratmaq mümkünsüzdür. Etiket sözü — etika sözü ilə eyni kökdən olub, jestin gözəlliyi və başqa insanlara qarşı hörmət münasibətinə əsaslanaraq, ümumi qəbul olunmuş davranış qaydalarını özündə əks etdirir. Etiket — insanın cəmiyyət arasında davranış norma və qaydalarıdır. Etiket banisi İngiltərə və Fransadır. Sonra isə əxlaq qaydaları İtaliyada yarandı. 

Etiketin bir neçə növləri vardır: 
— Dövlət etiketi 
— Diplomatik etiket 
— Hərbi etiket 
— Dini etiket 
— Ümumvətəndaş etiketi 

Ümumvətəndaş etiketi də öz növbəsində: 
— İşgüzar və qeyri- işgüzar 
— Mərasim 
— Masaarxası 
— Söhbət (Ünsiyyət) etiketlərinə bölünür

Etiketin ümumi qaydalarına aşağıdakıları daxil edirlər:
* İlk öncə xoş niyyətli olmaq lazımdır.

* Klassik qızıl qaydanı yaddan çıxarmaq olmaz: “Özünə rəva bilmədiyini başqasına rəva bilmə!”

* Nəzakətli olmaq əsil vikipediyaçının keyfiyyət nişanıdır. Bunu yaddan çıxarmayın! Yaddan çıxarmayın ki, yazılı ünsiyyətdə sərhədi keçmək şifahi ünsiyyətdəkinə nisbətən xeyli asandır.

* Bütün danışıqlarınızı imzalamağı unutmayın. Sözlərinizin arxasında durun.

* Konsensusa doğru fəaliyyət göstərin, destruktiv olmayın.

* Diqqətinizi şəxslərə deyil, məzmuna yönəldin.

* Sualları qulaqardına vurmayın, kar-kor oyunu oynamayın, müraciətləri cavabsız qoymayın.

* Yanlışlarınızı etiraf etməyi bacarın, səhvlərinizi qəbul edin! Üzr istəməkdən heç zaman çəkinməyin.

* Öz qüsurlarınızı nəzarətdə saxlayın! Qərəzinizi və qəzəbinizi cilovlayın!

* Bağışlayın və unudun!

* Tərifləməkdən usanmayın. Uğurlu istifadəçilərə daim öz təşəkkürünüzü çatdırın. Mükafatlar və ulduzlar verməkdən çəkinməyin!

* Mübahisələri başlayan heç vaxt siz olmayın və başlamasına da imkan yaratmayın. Barışıqlara və vasitəçiliklərə əl atın. Başqalarının mübahisələrində vasitəçi olun.

* “Çıxın gedin!” Əgər mübahisənin nəticəsi sizi qane etmirsə və bir şey dəyişə bilmirsinizsə, başqa məqalələrin redaktəsi ilə məşğul olun, mübahisəli məqalələri oxumayın. Hirsiniz soyuyanda və arqumentləriniz doğru olanda geri dönərsiniz.

* Geri çevirmələrdən uzaq olun və üç dəfə geri çevirmə qaydasına bağlı qalın. Redaktə savaşlarından kənarda qalın.

* İnsanlara şəxsi hücumlar, əsassız ittihamlar etməyin, təhqirə keçməyin, qisas almayın, istifadəçiləri damğalamayın (faşist, irqçi və s. ), onları kiçiltməyin, ələ salmayın.

Oturub-durma etiket qaydalarına görə insan çox yüngül yeriyib tələsməməlidir: bu, yüngüllük və yelbəlinliyə dəlalət edər, çox ağır yeriyib ləngiməməlidir — bu, kəsalət və tənbəlliyə dəlalət edir. Təkəbbürlü adamlar kimi özünü çəkə-çəkə yeriməməli, arvadlar və ədabazlar kimi özünü burcuda-burcuda irəliləməməli, əllərini yanına sıxmamalı və yellənə-yellənə getməməlidir. Bütün hallarda həddi gözləməlidir. Yeriyəndə, çox o yana-bu yana baxmamalıdır, bu, gözüaydınlıq — huşu yerində olmayanların işidir: həmişə başını aşağı salmamalıdır, bu qəmli-kədərli və fikri yerində olmayanların işidir.


Minməkdə də orta həddi gözləmək lazımdır. Oturmaqda belə edilməməlidir — ayağını uzatmamalı, ayaqlarını bir-birinin üzərinə aşırmamalı, dizi üstə oturmamalı. Başını dizi üstə qoymamalı, əlini dayamamalı, bu, qəm və kədər əlamətidir. Boynunu yana əyməməli, saçı və bədənin başqa üzvü ilə oynamamalı, barmağını ağıza-burnuna soxmamalı, barmaqlarını və bədəninin başqa üzvlərini şaqqıldatmamalıdır.

Bərkdən əsnəməməli, camaatın qabağından uzanmamalı, adamların yanında burnunun zibilini yerə atmamalı, eləcə də, tüpürməməli; çox ehtiyac olduqda, elə etməlidir ki, camaat səsini eşitməsin, boş əli, ətəyi, qolu ilə ağız-burnunu silməməli, çox tüpürməyi adət etməməlidir. Bir məclisə getdikdə öz yerini bilməli, nə yuxarı, nə də aşağıda oturmamalıdır. Oturan adamın ən böyüyü odursa, harada gəlsə otura bilər, harada otursa, ora məclisin başı hesab edilər. Qərib isə öz yerində oturmasa, başa düşdükdə öz yerinə keçməli, öz yerini tutulmuş görsə, hay- küy qaldırmadan, ürəyinə bir şey salmadan, üsulluca məclisi tərk etməlidir.

Camaat arasında əlindən və üzündən başqa heç yeri açıq olmamalı, böyüklərinin yanında ayağı yalın, dizi cırmaqlı gəzməməli, heç yerdə istər təklikdə, istərsə cütlükdə dizdən göbəyə qədər bədəni açıq görünməməlidir.

Bir adamın hüzurunda yuxulamamalı, dalı üstə də yatmamalı, xüsusilə, xoruldayan olsa; çünki dalı üstə yatmaq xorultunun səsini artırır. Camaat arasında yuxu güc gəlsə, durub gəzməli, mümkün deyilsə, bir şey haqqında fikirləşməklə yuxuya qalib gəlməli, mürgüləməməlidir. Əgər camaat içərisində olsa və hamı yatsa, onlara qoşulmalı, ya oradan çıxmalı, yatanlar içində tək oyaq qalmamalı, ümumiyyətlə, elə etməli ki, camaatın zəhmətinə və nifrətinə səbəb olmayasan. Heç bir məclisdə heç kəsə yük olmamalıdır.

Hər şeydən əvvəl, uşaqlara yaşlarına, maraqlarına və əqli inkişafına uyğun hədiyyə verilməlidir. Hədiyyə tərbiyəvi funksiya daşıyır. Balaca uşağa hədiyyə seçmək daha asandır. Oyuncaqlardan başqa şəkilli kitablar, rəsm üçün ləvazimatlar — karandaşlar, rənglər, plastilin və s. hədiyyə etmək olar. Bir az böyük yaşda olan uşaqlara müxtəlif oyunlar, bəzi qabiliyyətlərinin inkişafına yönəldilmiş kitablar hədiyyə etmək olar. Getdikləri dərnəklərdə və məşğələlərdə məşğuliyyətlər üçün lazım olan əşyalar hədiyyə etmək daha münasib olar.

İşgüzar hədiyyələr kontakt qurulması və xoş atmosferin yaradılması məqsədi ilə edilir. Həmin insana qarşı olan xoş münasibətinizi göstərmək üsullarından biridir.

İş etiketi tələblərinə əsasən, birinci görüş vaxtı əvvəlcə hədiyyələr sahiblər tərəfindən edilir. Əgər sizin firmanıza xarici partnyorlar gəlibsə, onda hörmət əlaməti olaraq onlara sadə suvenirlər təqdim etmək olar. Sonrakı əməkdaşlıq dövründə hər iki tərəfdən hədiyyələr gözlənilir.

Biznes- hədiyyə ucuz olmalıdır. Hətta əgər siz müvəffəqiyyətli firmada işləyirsinizsə, nə qonağa, nə də iş yoldaşına bahalı hədiyyələr vermək olmaz. Əks-təqdirdə, öz hədiyyənizlə siz onları pis vəziyyətə qoyacaqsınız.

Daha əlamətdar günlərdə — ad günü, 8 Mart, təqaüdə çıxmaq münasibətilə saat, portfel, qovluq, alışqan və s. hədiyyə etmək olar.

Biznes- hədiyyələrə şlyapalar, köynəklər, corablar və s. aid etmək olmaz. Qalstuklar, şərflər və örpəklər istisna təşkil edir.

Hədiyyə seçiminə ciddi yanaşmaq lazımdır. İnsanın maraqlarını, zövqünü nəzərə almaq lazımdır. Hədiyyə onun məşğuliyyət və işinə uyğun olmalıdır.

Süfrə mədəniyyəti haqqında aşağıdakıları demək olar:
Hər birimiz cəmiyyətdə özümüzü aparmaq mədəniyyətinə riayət etməliyik. Onlardan biri də süfrə mədəniyyətidir. İlk baxışda bizə sadə görünsə də, stol arxasında necə davranmağı, yemək qaydasını, əllərimizi hara qoymağı, xoşlamadığımız yemək gətirələrsə, necə münasibət bəsləməyi, bizə elə gəlir ki, bilirik. Amma müxtəlif məclislərdə iştirak edən zaman səhvlərə yol verildikcə, anlayırıq ki, bu kimi qaydaları bilmirik. Stol arxasında özünü aparmaq bacarığı, təmkinlə yemək qaydası insanın ümumi mədəni səviyyəsini göstərir. Bunları bilmək üçün aşağıdakılara diqqət edək.


Əvvəl oturuşumuza fikir verməliyik. Stulun arxasına az söykənərək düz oturmaq, stulu stola çox yaxın çəkməmək lazımdır. Stolun arxasında əyləşən zaman əllərimizi yaxşısı budur ki, əllərimizi, dizlərimizin üstünə qoyaq. Yemək prosesində bütün hallarda dirsəkləri stola qoymaq məsləhət deyil. Çünki geniş açılmış qollarımız sizinlə yanaşı, əyləşənlərə mane ola bilər. Digər məsələlərdən biri də, yeməyə nə vaxt başlamaqdır. Məclisdəkilərə yemək paylanandan sonra, əvvəlcə ev sahibəsi yeməyə başlayır, bununla göstərir ki, digər qonaqlar da yeməyə başlaya bilərlər. Əgər məclisdə qonaq çoxdursa, hamıya xidmət edilməsini gözləmək vacib deyil. Bu zaman xörək soyuyub, öz keyfiyyətini itirə bilər. Buna görə də 3- 4 nəfərə xidmət göstəriləndən sonra ev sahibəsi onları yeməyə dəvət edir.

Müəyyən səbəbdən ev sahibəsi belə etmirsə, siz 5- 6 adama xidmət edildiyini görüb yeməyə başlasanız səhv olmaz. Lakin etiket bunu ev sahibəsi və yanınızda əyləşən qadınlar yeməyə başlayandan sonra etməyə icazə verir. Yeməyi ev sahibinin sağında əyləşmiş qadından başlayaraq paylayırlar. Yemək sol tərəfdən, duru xörək və içki sağ tərəfdən verilir. Ola bilər ki, əvvəllər heç vaxt dadına baxmadığınız xörək verilsin. Bu zaman baxın görün ev sahibəsi nə cür yeyir. Bu xörəyin nədən bişirildiyini və onu yemək qaydasını ev sahibəsindən soruşsanız, etiket pozulmaz. 

Vahid Ömərov, fəlsəfə üzrə fəlsəfə doktoru

0 şərh