Xidmət sahələrində davranış və ünsiyyət mədəniyyəti

Xidmət sahələrinə ictimai iaşə, maliyyə, məlumat, mənzil-kommunal, məişət, kirayə, turizm, hüquq, mehmanxana, mühafizə, tərcümə, təmir, ticarət, nəqliyyat, səhiyyə və rabitə xidmətləri daxildir.
Qeyd etmək lazımdır ki, xidmət sahələrində davranış normalarını bilmək və onlara riayət etmək, insanlara qarşı nəzakətli, diqqətli və qayğıkeş olmaq, bir sözlə, cəmiyyətdə yaxşı tərz kimi qəbul edilmiş hər şey insanın davranış mədəniyyətinə aid edilir və etiketlə tənzimlənir.
Davranış real (təcrübi hərəkət və rəftar şəklində) və verbal (sözlə ifadə edilmiş) olur. Bu iki davranış növü bir-birinə uyğun olmalıdır. Mədəni insan o kəsdir ki, etik prinsiplər, cəmiyyətin əxlaqi normaları onun daxili əqidəsinə çevrilib. O, lazım olduğu üçün deyil, başqa cür hərəkət edə bilmədiyi üçün belə hərəkət edir.
Davranış mədəniyyəti normalarına aşağıdakılar aiddir:
• nəzakətlilik — ətrafdakı insanlarla qarşılıqlı münasibətdə mədəni və nəcib davranış;
• ədəblilik — istənilən vəziyyətdə hamı tərəfindən qəbul edilmiş dəyərlər çərçivəsində özünü aparmaq;
• mərifətlilik — danışıq zamanı, şəxsi və işgüzarmünasibətlərdə gözlənilməsi lazım olan ölçü hissi — «sərhədi hiss etmək» bacarığıdır ki, bu, olmadıqda sözlər və hərəkətlər münaqişəyə səbəb ola bilər. Mərifət həm də digər insanın reaksiyasını olduğu kimi anlamağa imkan verən daxili duyma qabiliyyətidir.
• zəriflik — insanların fərdi xüsusiyyətlərini aşkarlamaq və nəzərə almaq bacarığı;
• təvazökarlıq — bütün hallarda öz fərdi və müsbət keyfiyyətlərini qoruyub saxlamaq bacarığı, özünə xas olmayan xüsusiyyətlər sərgiləməmək, öz üstünlüyü, müsbət cəhətləri ilə lovğalıq və ədəbazlıq etməmək;
• sadəlik — sosial pillədə kimin «yuxarıda», kimin isə «aşağıda» yerləşməsini büruzə verməməkdir.
• dürüstlük — doğru danışmaq, verdiyi sözü yerinə yetirmək bacarığı. Bu xüsusiyyət insanın nəinki düzgünlüyünü, həm də etibarlılığını təsdiq edir.
Sözsüz ki, insanda davranış mədəniyyəti yuxarıda sadalanan norma və hallarla kompleks surətdə formalaşır.
Təsadüfi deyil ki, davranış mədəniyyəti normaları siyahısında ilk pillədə nəzakətlilik durur. Nəzakətlilik ünsiyyətin əsas şərtidir.
İnsanlar mağazaya alış-veriş etməklə yanaşı, nəzərdə tutulacaq endirimlərlə bağlı məlumat toplamaq (və ya almaq) üçün də daxil olurlar. Təbiidir ki, mağazada da davranış digər istənilən ictimai yerlərdə olduğu kimi e*tiket qaydaları ilə tənzimlənir. Mağazada alıcı, adətən, üç kateqoriya insanla ünsiyyətdə olur: satıcılar, kassir və digər alıcılarla. Hamı ilə mütləq ədəblə və ümumi qəbul edilmiş etiket normaları çərçivəsində davranmaq lazımdır.
Mağazada davranış qaydaları alıcının hansı növ ticarət mərkəzinə getdiyindən asılıdır: fərdi xidmət mağazasına və ya özünəxidmət supermarketinə.
• Alış-verişə getməzdən öncə mağazada lazım olanları yada salmağa vaxt itirməmək, bununla da digər alıcılara mane olmamaq və satıcıları işdən ayırmamaq üçün bazarlığın siyahısını tərtib etmək lazımdır. Hətta evin yaxınlığında olan mağazaya belə ev geyimində getmək olmaz.
• Mağazada davranış bir neçə ümumi qaydalarla tənzimlənir. Bu qaydaları istənilən alıcı istər böyük supermarket, istərsə də kiçik ərzaq dükanına girərkən xatırlamalıdır.
• Mağazada səs salmaq, hündürdən danışmaqla özünə diqqət cəlb etmək olmaz.
Hamı mağazadan nəsə almaqməcburiyyətində deyil. Amma saatlarla malları əldən keçirmək, satıcını təngə gətirmək də arzuolunan hal deyil. Yaxşı olar ki, əvvəlcədən nələrin alınacağı müəyyənləşdirilsin və mağazada məqsədyönlü və planlaşdırılmış alış-veriş edilsin.
• Alış-veriş edərkən satıcıya aldığınız malın dəyərindən əlavə pul vermək məsləhət deyil.
Yalnız bazarda, bukinist dükanlarında və sahibkarın endirim edə biləcəyi digər yerlərdə qiyməti aşağı salmaq üçün sövdələşmə aparmaq olar.
• Mağazaya girişdə bəzən insanların çox olması maneə yaradır. Bu halda kimisə itələmək, çıxan alıcıların arasından içəri daxil olmağa çalışmaq lazım deyil. Əvvəl mağazadan çıxanlara yol vermək, sonra isə içəri daxil olmaq daha nəzakətli davranış hesab edilir.
• Mağazanın bağlanmasına bir neçə dəqiqə qalmış, vacib səbəb olmadan içəri girmək arzuolunan deyil.
• Bir çox iri mağazalarda, xüsusən özünəxidmət qəbul edilmiş supermarketlərdə girişdə çantaların saxlanması üçün xüsusi dolab və ya rəflər olur. Supermarketə daxil olarkən çantanı və digər əşyaları dolaba qoymaq, bazarlıq üçün xüsusi səbət və araba götürməkməsləhətdir. Daha sonra almaq istədiyinizməhsulları kassadan keçirərək bütün bazarlığın pulunu ödəmək, saxlama dolabından çantanı götürüb mağazanı tərk etmək lazımdır.
• Alıcılar üçünmövcud olan etiket qaydalarından başqa, satıcılar və mağazanın digər işçiləri üçün də bəzi ədəb qaydaları nəzərdə tutulmuşdur.
Yalnız bazarda, bukinist dükanlarında və sahibkarın endirim edə biləcəyi digər yerlərdə qiyməti aşağı salmaq üçün sövdələşmə aparmaq olar.
• Mağazaya girişdə bəzən insanların çox olması maneə yaradır. Bu halda kimisə itələmək, çıxan alıcıların arasından içəri daxil olmağa çalışmaq lazım deyil. Əvvəl mağazadan çıxanlara yol vermək, sonra isə içəri daxil olmaq daha nəzakətli davranış hesab edilir.
• Mağazanın bağlanmasına bir neçə dəqiqə qalmış, vacib səbəb olmadan içəri girmək arzuolunan deyil.
• Bir çox iri mağazalarda, xüsusən özünəxidmət qəbul edilmiş supermarketlərdə girişdə çantaların saxlanması üçün xüsusi dolab və ya rəflər olur. Supermarketə daxil olarkən çantanı və digər əşyaları dolaba qoymaq, bazarlıq üçün xüsusi səbət və araba götürməkməsləhətdir. Daha sonra almaq istədiyinizməhsulları kassadan keçirərək bütün bazarlığın pulunu ödəmək, saxlama dolabından çantanı götürüb mağazanı tərk etmək lazımdır.
• Alıcılar üçünmövcud olan etiket qaydalarından başqa, satıcılar və mağazanın digər işçiləri üçün də bəzi ədəb qaydaları nəzərdə tutulmuşdur.
Kişilər masa arxasında xanımların sağında, əgər masa böyük deyilsə, onlarla üz-üzə oturmalıdırlar.
• Əgər bir neçə insan nahar edirsə, bütün sifarişləri ofisianta oturanların yeməklə bağlı fikirləri konkretləşdikdən sonra bir adam çatdırmalıdır.
• Əgər görüşə gecikmisinizsə və masa arxasında oturanlara qatılmaq lazımdırsa, dəvət edənə yaxınlaşmaq və gecikdiyiniz üçün üzr istəmək, sonra sizin üçün ayrılmış yerdə oturmaq lazımdır.
• Əgər görüşə gecikmisinizsə və masa arxasında oturanlara qatılmaq lazımdırsa, dəvət edənə yaxınlaşmaq və gecikdiyiniz üçün üzr istəmək, sonra oturmaq lazımdır.
• Əgər masa üzərində bir menyu varsa, o əvvəlcə qıza təklif edilməlidir.
• Dəvət edən şəxs bu və ya digər yeməyi hamı üçün sifariş edə bilər.
• Əgər bu işgüzar nahardırsa, birinci yeməyi dəvət olunmuş şəxs sifariş edir.
• Nahar bitdikdən sonra ofisiantı çağırıb hesabı istəmək lazımdır.
• Dəvət olunanların hesabını dəvət edən verməlidir.
• Ödəmədən sonra ofisianta təşəkkür etmək lazımdır. Masa arxasından durarkən stulu yerinə qoymaq məsləhətdir. Oğlanlar qızlara masa arxasından durmağa, vestibüldə geyinməyə kömək edə bilərlər. Bunun üçün oğlan qızın əşyalarını tutmalıdır.
• Çıxarkən oğlan (kişi) qapını açmalı və qıza çıxmaq üçün yol göstərməlidir.
Məsləhət görülmür:
• Masanın eyni tərəfində oturmaq;
• Yeməklərə üfürmək və ya onları iyləmək;
• Masa arxasında saç daramaq;
• Masanın üzərinə çanta, əlcək, cib dəsmalı, daraq və s. qoymaq;
• Müştərilər üçün nəzərdə tutulmuş qəzeti və jurnalı uzun müddət oxumaq;
• Digərlərinin hərəkətlərini izləmək;

Müəllif: Natiq Axundov, Hümeyr Əhmədov, Fəridə Şərifova
Mənbə: Texnologiya — 8 Ümumtəhsil məktəblərinin 8 — ci sinfi üçün Texnologiya fənni üzrə Dərslik

0 şərh