Ictimai nəqliyyatda nəzakət qaydaları

1. İctiami nəqliyyat vasitəsi gldikdə ona minməyə tələsməyin, gözləyin nəqliyyat vasitəsi tam dayansın.
2. Minməyə tələsməyin, öncə düşənlərə yol vermək lazımdır.
3. İctimai nəqliyyatda qadınlara, yaşlılara,əlillərə, körpələrə, hamilə qadınlara yeriniz verin.
4. Əgər kimsə sizə yerini verirsə gülümsıyib minnətdarlıq etməyi untmayın, hətta siz o yerdə oturmasanız belə- məsən növbəti dayanacaqda düşürsünüzsə.
5. Adətən yol pulunu kişi öz, qadın isə öz əvəzinə ödəməlidir. Kişi yalnız o zaman qadın üçün ödəyə bilər ki, qadın onun yaxın tanıdığı olsun.
6. Nəqliyyatda kitab və ya qəzet oxuyursunuzsa gərək heç kimə mane olmayasınız. Başqasının oxuduğuna da göz qoymaq düzgün deyil.
7. Oturacaqları əşyalarınızla məşğul etməyin.
8. Nəqliyyata uşaqla minmisinizsə onu başqasını narahat etməyə icazə verməyin.
9. Nəqliyyatda bəzənmək, dodaq boyamaq, saç daramak etik deyil.
10. Nəqliyyat vasitələri ilə gedərkən digər sərnişinlərin üst- başını çirkəndirəcək, zədələyəck əşyalar aparmaq olmaz.
ictimai nəqliyyatda nəzakət qaydaları
Həmçinin bax:
Tanışlıq zamanı nəzakət qaydaları
 

8 şərh

Nigar Rehimova
Salam.Neqliyyatdan istifade qaydalari kimi bu yazilari hami oxuyub,ezberleyib,istifade etseydi cox yaxsi olardi.Bilirsiz, bir de pul vermek meselesi-bezen bir-birinin evezine pul vermek ustunde az qalir dava etsinler.hec xoslamiram bu hali.
Cavid
Yazılanlar yəqinki Azərbaycan-a aiddir çünki xarici ölkələrdə bu tamam fərqlidir. Amma bir məqam biraz müzakirəlidir — "Əgər kimsə sizə yerini verirsə gülümsıyib minnətdarlıq etməyi untmayın", minnətdarlıq etmək lazımdır ancaq gülümsəmək həmişə yerinə düşməyə bilər. Generally götürsək maraqlıdır)
Nike
Şəhərə kənd yerlərindən yeni gələn insanların avtobusda telefonda ucadan bayağı tərzdə danışığı dəşhətli mənzərədir.
intelligent
İctimai nəqliyyat vasitələrində ictimaiyyətin yox, sürücünün mənafeyi nəzərə alınır. Yəni o, istədiyi musiqini dinləyir və avtomobili istədiyi kimi idarə edir. :(
Responsible
Demək olar ki, əksəriyyətinə əməl edirəm :). Amma nəqliyyat vasitələrində telefonla danışarkən özümü tam rahat hiss etmirəm.
Unknown

Hər şey qalsın bir yana bu mövzu mətninə əlavə olunmuş şəkillə mövzu arasında 1 əlaqə qura bilmədim))
balaca qızın gözü yaman yol çəkir))
yoxsa bu qədər fikirli olmasının səbəbi bizim sərnişinlərin nə vaxtsa bu etiket qaydalarına əməl edəcəyinə olan inamsızlığıdır? )

Ramil
Bu qızın gözləri görünmür axı, bir də ki, harayasa baxa da bilər, lakin mövzunu əhatə edən şəkil də deyil.
Ramil
Mövzu gözəldir. Lakin sürücülərin davranış qaydaları da əlavə olunsaydı qəşəng olardı. Bilirsiniz, «xidmət mədəniyyəti» deyilən bir termin vardır. Bu barədə aidiyyatı orqanlar sürücüləri təlimatlandırmalıdırlar. Əksər sürücülərin xidmət mədəniyyətindən xəbərləri yoxdur.