Рейтинг
+93.51

Etiket və nəzakət qaydaları

69 üzv, 22 topik

Salamlaşmaq

Əssalam əleykumBəlkə də çoxlarımız salam verməyin o qədər də əhəmiyyətli olmadığını düşünürük. Ancaq bu heç də belə deyil. Bəri başdan deyək ki, salam Allahın adıdır, əmin-amanlıq, salamatlıq kimi mənalara gəlir. 
Salam vermək əslində dua etməkdir: “Allah-Təala səni əmin-amanlıq içində saxlasın, şərdən, bəladan qorusun, xətadan uzaq tutsun”. Bəli, anlayana salamın faydası çoxdur. 

Peyğəmbərimiz (s.ə.s.) buyurur ki, salam verib, salam almaq insanlar arasında sevgini, səmimiyyəti artırır. Ona görə də salam verin və salam verməyi təbliğ edin.

Salam verməyin ən qısa şəkli belədir: “Əssalam aleykum”, yəni sizlərə salam olsun. Qarşılığı isə belə verilir: “Və aleykum salam”, yəni sizə də salam olsun. “Əssalam aleykum” deyənə eyni cavabı qaytarmaqdansa, “Aleykum salam” söyləmək daha doğrudur.


Ardı →

Üzr istəmək

Bu bir gerçək ki, başqalarının sizdən üzr istəməsini gözləyirsinizsə, ya da uşağınızın üzr istəməyi öyrənməsini istəyirsinizsə siz də üzr istəməyi bilməlisiniz. Amma hansı məqsədlə və nə şəkildə üzr istədiyinizin də əhəmiyyətli olduğunu unutmamalısınız. Peşmanlığınızı, ya da kədərinizi dilə gətirmək üçünmü üzr istəyirsiniz, yoxsa üzr sizin üçün arxasından gələcək “amma”lı cümləylə özünüzü müdafiə etmək və təmizə çıxarma məqsədinizi meydana gətirir yalnız? 
Ağzınızdan çıxan “üzr” sözü süni işlədilmiş ifadə olmamalı, qarşı tərəfə təsir etməlidir. Üzrün mənfi bir ifadəyə çevrilməməsi, məqsədinə çatması üçün üzr istəməyin asan yolu, bu dörd addımı tətbiq etməkdən keçir:


Ardı →

Üzr Mesajları

  • Sənə olan məcburiyyətimi necə ifadə edəcəyimi bilmirəm, gerçəkdən çox üzr istəyirəm.
  • Gördüyüm bütün xətalara və səhvlərimə rağbən məni bağışlaya bilməyin böyük incəlikdir. Təkrarən üzr istəyirəm.
  • Sən mənim həyatımda olduğun anlarda, nə sən kimsəyə rəqib, nə də kimsə sənə rəqibdir. Çünki sən mənim üçün daima bircəcik idin. Məni bağışla.
  • Mən xətalarım üçün sənə etdiklərim üçün heç bağışlamadım özümü. İnan mənə hələdə içimdə sənə etdiklərimi düşündükcə ağlayıram bağışlamıram özümü. Məni bağışla.
  • Mənim üçün çox anlamlısan o qədər ki, sənin məndəki yerin bu sətirləri yazmağıma səbəb. Qəbul edilməyəcək bir şeydi bəlkə etdiyim. Amma sən də bilirsən ki, hər insan xəta edər. Səndən məni bağışlamanı diləyirəm. Qəlbindəki yerimi itirmişəmsə, məni bağışlamanı gözləmirəm. Amma təkrar düşün məni bağışlamasan mən için-için ağlaya bilərəm.
  • Hmm… Necəsən söyləsəm? Söz tapa bilmirəm :( Çox çətindir bilirəm. Söyləməliydim artıq. Hmm… Məni dinlə. Mən çox üzgünəm olanlara. Yəni üzr istəyirəm.

Ardı →

Masa bəzəmək estetikası

Yemək bişirmək necə sənət hesab edilirsə, onu bəzəyib süfrəyə gətirmək də başqa bir sənət sayılır. Yeməkləriniz nə qədər gözəl, dadlı olursa-olsun, əgər siz süfrə qaydalarından bixəbərsinizsə, o zaman bu hal həm sizi, eyni zamanda da gələn qonaqlarınızı yoracaq. Yaxşı, təqdirəlayiq bir qonaqlıq vermək fikriniz varsa, gələn dəvətlilərin sağlıq durumlarından tutmuş onların yaşına kimi bütün xırda detalları belə nəzərə almalısınız.
Ardı →

Görəsən abır nədir ki,onu da itirələr?

Dünən avtobusda əyləşərkən dayanacaqda qəribə bir hadisənin şahidi oldum. Sonradan aydın oldu ki, sən demə bir qadın avtobusa çatmayıb, buna görə də orada dayanan kişinin üstünə qışqırır ki, gördün qaçıram, niyə avtobusu saxlamadın. Nə yaşından, nə də ətrafdakıların qınayıcı baxışlarından utanmayan «qadın», «gül» ağzını bir açdı ki, gəl görəsən. Kişi də onunla sözləşmək istəmədiyindən, əvvəlcə kənara çəkildi. Gördü yox, qadın dayanmır. O da başladı mübahisəyə ki, sən kimsən mən sənin üçün avtobus saxlayım, anamsan, bacımsan, nəyimsən?
Bəli, elə bir söhbət başladı ki, nə Azərbaycan mentalitetinə, nə qadınlıq qüruruna, nə də kişilik qeyrətinə sığmırdı. Görəsən çox yox, 20 il əvvəl belə hadisə baş versəydi nə olardı? Yenə də belə həyasızlıqmı olacaqdı?
Ardı →

Ictimai nəqliyyatda nəzakət qaydaları

1. İctiami nəqliyyat vasitəsi gldikdə ona minməyə tələsməyin, gözləyin nəqliyyat vasitəsi tam dayansın.
2. Minməyə tələsməyin, öncə düşənlərə yol vermək lazımdır.
3. İctimai nəqliyyatda qadınlara, yaşlılara,əlillərə, körpələrə, hamilə qadınlara yeriniz verin.
4. Əgər kimsə sizə yerini verirsə gülümsıyib minnətdarlıq etməyi untmayın, hətta siz o yerdə oturmasanız belə- məsən növbəti dayanacaqda düşürsünüzsə.
5. Adətən yol pulunu kişi öz, qadın isə öz əvəzinə ödəməlidir. Kişi yalnız o zaman qadın üçün ödəyə bilər ki, qadın onun yaxın tanıdığı olsun.
Ardı →

Tanışlıq və təqdimat qaydaları

1. Yaşca kiçik olanı təqdim edirlər, yaxud vacib olsa kiçik yaşlı olan özü-özünü böyüklərə təqdim edir.
2.  yaşından və vəziyyətindən asılı olmayaraq qadın özünü kişiyə ilk təqdim etməməlidir. Yalnız bir istisna olar ki, qadın tələbə, kişi isə professordur.
3. Əgər kimləsə tanış olursunuzsa çalışın həmin adamın üzünə baxın və gülümsəyin.
4. Əlini ilk olaraq təqdim olunan şəxs uzatmalıdır, yəni, qadın kişiyə,böyük uşağa.
Ardı →

İdeal süfrə

Dünyanın hər yerində, hətta ən inkişaf etmiş ölkələrdə belə evdə yemək masasının təşkil olunması qadınların öhdəsindədir. Ofisiant işləyən və yüksək səviyyədə masa təşkil etməyi bacaran kişilər də evdə bu işlə məşğul olmağı sevmirlər. Gündəlik problemlərin və qayğıların içində olan qadınların evdə süfrənin estetik bəzədilməsinə önəm verməmələri də bir faktdır. Etiraf edək ki, əksər hallarda ailə üzvlərimiz bəzəkli masanı ancaq qonaq gələndən-gələnə görürlər. Ən böyük yanlışlıq da elə budur. Bəs masanı necə təşkil etmək lazımdır?
Ardı →

Süfrə mədəniyyət qaydaları

1.Yemək siyahısını hazırlayarkən qonaqlarınızın yaşını, yaşadıqları yeri, sağlamlıq vəziyyətini nəzərə alın.
2. Yemək siyahısında mümkün olduğu qədər həzm sistemini gücə salacaq yeməklərdən istifadə etməyin.
3. Bir yemək siyahısına eyni tərkibli və ya bir birinə bənzəyən eyni adlı yeməkləri salmamaq məsləhətdir.
4. Süfrəyə 3 dəstdən artıq bıçaq, çəngəl və qaşıq qoymayın. Ancaq qədəhlər 4 ədəd ola bilər.
5. Qonaq olan süfrədə hər yemək öz qabında yeyilməli və hər yeni yemək gətirildikdə yeməyə uyğun olaraq boşqablar dəyişdirilməlidir.
Davamı →

Süfrə arxasında etiket

1. Bıçaq istifadə edərkən çəngəl sol, bıçaq sağ əllə tutularaq kəsmə işi edilir.
2. Masada çəngəl sola, qaşıq və bıçaq sağa yerləşdirilir. Bıçaq, qaşıq ilə qab arasına qoyular. Bıçaq sağ əllə tutulur və işarə barmağı bıçaqın iti olmayan tərəfinə söykədilib kəsmə işi edilir. Bıçaqı istifadə etdikdən sonra masaya buraxmamalı, qabın üst yarısına, sizə doğru yanlamasına və iti tərəfi içəri tərəfə qoymalıdır.
3. Çəngəl isə istifadə edildikdən sonra qabın üzərinə, bıçaqa paralel və sol tərəfə, çəngəlin sapı sağda və ağızı yuxarıya doğru ya da bıçağa dik olaraq qoyulur.
Ardı →