Sənin üçün.

Heç bilmədiyim görmədiyim bir şəhər kimi idin sən.. Ürkərək ayaq basmıştım ürəyinə içində itməkdən qorxmuşdum əvvəl.. Var gücümlə geri dönüb hər şeydən və hər kəsdən qaçmaq istəmişdim.. O ilk anda tutmasaydın əlimi yox ola bilərdim və mən özüm belə tapa bilməzdim özümü bir daha.. Yenidən birini sevmək və tanımağa çalışmaq elə çətin idi ki keçmişi unutmaq belə mümkün deyildi, nə çox insan gəlib keçir ömrümüzdən kimisi bir an belə qalmır yanımızda.. O qədər yoldan, o qədər yağışdan, təklikdən və o qədər insandan sonra gözlərimi bağlayıb düşündüyümdə yalnız sənin üzün meydana çıxır, qarşımda bütün insanlar şəxsiyyətlərini itirir mənim üçün hər səhər dünya səninlə yenidən qurulur.. Yalnız sənin iqlimində üşümür ürəyim.. Bir şəhərin küçələrini kəşf edərkən aldığım həzzi alıram səni tanıdıqca.. Bir şəhər deyib haqsızlıq etmemeliyim bəlkə də çünki səni ancaq Bakının gecələriylə müqayisə edə bilərəm.. Bundan başqa heç bir şəhər heç bi mahnı heç bir kitab və heç bi xoşbəxtlik mənim olmanın yerini tuta bilməz.. 

04:10 08.04.2012
 

0 şərh