Təbii mayonezin hazırlanma qaydası

Təbii məhsullardan istifadə etməyi sevən xanımlar artıq bilir ki, satışdakı ketçup, qatıq, süd və başqa məhsullar süni şəkildə hazırlanır. Həmçinin mayonez də süni şəkildə hazırlanır. Süni məhsullar insan orqanizmi üçün çox zərərli olduğundan hər şeyin təbii yolunu axtarmaq lazımdır. Mayonezdən çox istifadə olunduğu üçün istədik siz də mayonezin təbii reseptini öyrənəsiniz.

— 1çay qaşığı duz
— 1 yumurta
— 1ç.q sirkə (çalışaq evdə hazırlanan, təbii olsun)
— 2 ç.q limon suyu
— 1 stakan zeytun yağı

Bütün məhsullar otaq temperaturunda olmalıdı.
Yumurta, duz, sirkə, limon suyu mikserlə çalınır və bura yavaş-yavaş 1çay qaşığ və1 stakan yağ əlavə edilir. Yağ qurtaranda sonra 5-10 saniyə kütlə yenə çalınır və mayonez hazırdır. Soyuducuda 10 gün saxlamaq olar.

Qeyd: Mayonezə blenderdən keçirilmiş göyərti də əlavə etmək olar. Bu ona xüsusi və gözəl tam verəcək.
 

0 şərh