Evi az vaxtda təmizləmək üçün

Bir azdan qonaqlar gələcək. Vaxtınız çox azdır. Yarım saata evi təmizləməlisiniz. Bu işdə biz də sizə kömək edə bilərik. Necə? Əlbəttə ki, bir neçə təklif verməklə!
 

* Ətrafda lazım olmayan qəzetləri, oyuncaqları, çantaları, ayaqqabıları, idman əşyalarını, DVD-ləri, kitabları yığışdırıb bir şkafa qoyun.

* Əlcəklərinizi geyinin, bütün təmizlik vəsaitlərini bir vedrəyə yığıb otaqdan-otağa keçdikcə özünüzlə daşıyın. Şüşətəmizləyənin köməyi ilə paslanmayan polad əşyalardan barmaq izlərini təmizləyin.

* Yemək masasının, şkafın tozunu nəm bezlə götürün. Şüşətəmizləyən və bir parça kağızla güzgüləri təmizləyin.

* Televizorun, musiqi alətlərinin, divardakı şəkillərin və bəzək əşyalarının tozunu tüklü tozgötürənlə alın. Zibil vedrəsini çölə qoyun.

* Asılqandan təmiz əl-üz dəsmalları asın, sabunqabına təzə sabun qoyun.

* Otaqda çox kreslo və ya oturacaq varsa, salondan çıxarın və bir otağa yerləşdirin.

*. Masanın üzərindəki süfrə ləkəlidirsə, yenisini sərin.

* Salfet qablarını doldurun.

* Qonaqlar üçün nəzərdə tutduğunuz fincanları çıxarın və ləkəli olub-olmadığını yoxlayın.

* Əgər meyvə varsa, yaraşıqlı bir vazaya yerləşdirin və masanın ortasına qoyun.

4 şərh

pascal
Və beləliklə müəllif, dildə deməklə, bütün bu işlərin tez başa gəlməsini düşünür, eləmi? Aaay-hay… :))
asel
Bəylərə asan gəlir yəqin ki :)))
azadmamedov90
)) men ozum isleri gorurem… qadinlarin isi lap asanlasibdi!
1- et ceken masin- bir vaxtlar dasda doyurduler.
2-paltaryuyan-elde ya da, cayda yuyardilar.
3- mixer.-indi hami her seyi qarisdirir.
4-elektrik caydanlari- hetta kofe de demlemek olur!
5- cacqurudan- her seyi quruda bilersiniz, bu sizin xeyal gucunuze qalib)___+)))))
6-qabyuyan- indi daha isti su qaynadib yumaga ehtiyac yoxdur.
7-mikrodalga- daha yemek qizdirmaga da ehtiyac yoxdur, pisirmeye de.
8- bu siyahini uzatmaq olar, ama men daha da desem xanimlar inciyer ))
usaq dunyaya getirmek, ona terbiye vermek, 2il ana sudu vermek, qaygisina qalmaq, daha neler neler.....

naninka

Düzdür indi hər şey asandlaşıb, amma yenə də ev işləri mənim bütün bir günümü alır.