Bu ərzaqları soyuducuda saxlamayın

Pomidor
Pomidor, soyuducunda bütün dadını itirər. Bundan daha böyük cinayət ola bilərmi? Şkafdakı soyuq hava yetkinləşmə mərhələsini dayandırar və yetkinləşmə pomidora dad verən şeydir. Pomidorlarınızı şkafın xaricində bir səbətdə və ya kasada saxlamalısınız.

Reyhan
Reyhan soyuducunda buraxıldığında sürətlə solar, ayrıca ətrafındakı bütün yeməklərə
qoxusunu buraxar. Ən yaxşısı onu çöldə, eynilə kəsilmiş çiçəklər kimi bir stəkan suyun içində saxlamaqdır. Əgər reyhanı uzun müddət saxlamaq istəyirsinizsə Martha Stewart onları qurudub dondurmanızı tövsiyə edir.

Kartof
Kartofu soyuducunun soyuğunda saxlamaq nişastasının şəkərə çevrilməsinə səbəb olur. Kartofları şkafa qoymaq yerinə kağız bir torbaya qoyub sərin bir yerdə saxlamalısınız, soyuq deyil. Kağız torbalar plastiklərdən daha çox işə yarayar çünki bu nəfəs almalarını və gec çürümələrini təmin edər.

Soğan
Əgər soğanı soyuducuna qoysanız nəm onları yumşaq və kifli hala gətirəcək. Soğanlarınızı sərin və quru bir yerdə saxlamalısınız. Yaşıl soğan və Firəng soğanı içində daha çox su saxladığı üçün soyuducunda saxlanmalarında problem yoxdur. Ayrıca soğanlarla kartofları bir-birindən ayrı tutmalısınız, birlikdə saxlandıqlarında ikisi də daha tez xarab olar.

Avokado
Əgər avokadolarınızın yetkinləşməsini istəyirsinizsə onları soyuducundan uzaq saxlayın!

Sarımsaq
Soyuducunda saxlanan sarımsaq, sonunda cücərməyə başlayacaq ayrıca kiflənəcək. Sarımsağı da sərin və quru bir yerdə saxlamalısınız.

Çörək
Soyuducu çörəklərinizi tez qurudar. Əgər dilimlənmiş buterbrod çörəyi deyilsə çörəyi çörək qutusunda və ya dondurucuda saxlamalısınız. 4 gün içərisində istehlak edəcəyiniz miqdarda çörəyi saxlamalı və qalanını dondurucuya qoymalısınız. Soyuducudakı çörəyi bükməlisiniz beləcə nəmlənməz. Dondurucudan çıxardıqdan sonra yeməzdən və ya tost etməzdən əvvəl gözləməlisiniz.

Zeytunyağı
Zeytunyağını da quru və sərin bir yerdə saxlamalısınız amma soyuducundan uzaq tutmalısınız. Soyuducuna qoyulan zeytunyağı sıxlaşaraq qatı yağ konsistensiyasına gələcəkdir.

Qəhvə
Əgər soyuducunuzda qəhvə varsa, bütün dadını itirər və şkafdakı digər qoxuları da içinə çəkər. Qəhvəni sərin, quru və qaranlıq bir yerdə saxlamalısınız beləcə təzəliyini və aromasını qoruyacaq. Ancaq çox qəhvəniz varsa bunu dondurucuda saxlamanızı təklif edərik.

Bal
Balı soyuducunda saxlamağa heç ehtiyac yoxdur, ağzını möhkəmcə bağladığınız müddətcə sonsuza qədər çöldə tuta bilərsiniz. Balı soyuducuna qoymaq kristalizə olmasına və şəkərlənməsinə səbəb olar.
 

0 şərh