İşləri yüngülləşdirən əşyalar

Bu mətbəx əşyaları yemək bişirməyi əyləncəli hala gətirir. Hətta hamısı mənim olsun deyəcəksiniz!

Öz süzgəci olan makaron qazanı
 

Spreyli salat sousu şüşəsi
 

Yer tutmayan, qatlanması mümkün olan rəndə
 

Çox bıçaqlı doğrayıcı
 

Maqnitli İpad qabı
 

Təzə ot üyüdücüsü
 

Ananas doğrayan

Silikon kasa
 

Julyen kəsən alət
 

Dəmir üstlü kəsmə taxtası
 

Dar ağızlı şüşələr üçün nazik buz qabı
 

Vermeşil ölçən aparat
 

Qazanın ucuna taxıla bilən süzmə aparatı
 

Yumurta sarısını ağından ayıran aparat
 

Soğan tutan
 

Qarğıdalı dənləyən
 

Qaşıq tutan
 

Yer tutmayan praktik yumurta çırpan
 

Yığıncaqlar üçün ideal bölümlü kasa
 

Çəyirdək çıxaran aparat
 

Boşqabın kənarına yapışdırıla biləcək sous kasası
 

 

14 şərh

pascal
Bu əşyaların bəziləri heç də, adi və sadə göründüyü kimi, adi və sadə qiymətlərə deyil. Adicə bir qazanın qiyməti 30-60 manat arası dəyişir. Baxırsan, nədir ki, sadə bir şey, ama istifadəsinə görə dəyərindən baha satırlar. Bilmirəm, bəlkə də istehsal olunduğu yerlərdən bizə gəlib çatana qədər bahalaşır qiymətlər…
Ferbara
Onlar əvəzolunmaz köməkçilər olduğuna görə bahadı məncə. :)
Ferbara
Qaşıq tutan 8,25 dollar
pascal
Febara, qaşıq tutanın nəyi əvəzolunmaz köməkçidir? Bişirdiyin yeməyin yanına qoyarsan bir boşqab, qaşığı da qoyarsan onun içinə. O daha rahatdı, nəinki o, qaşıq tutan. :))
Ferbara
Mm… qaşıq tutan olmasın, olsun almanı təmizləyən. :))
pascal
İllah da bi şey tapacaqsan. )) Olsun, yaxşı. :)
Ordakı əşyalar insan zəhmətini daha rahatlayıcı, daha səliqəli tutmaq üçün dəyərlidirlər, əvəzolunmaz deyillr. Ama qiymətləri bu qədər şişirmək lazım deyil. Yenə də deyirəm, onlar istehsal olunduqları ölkədə elə də baha deyillər, bura gəlib çatana qədər qiymətlər kəlləçarxa çıxır.
Ferbara
Burdan sifariş verəndə əlavə poçt xərcin çıxır, vəssalam. :)
Ferbara
Yumurtanın sarısını ayıran 2 dollar 
asel
O birilərini bilmirəm, amma bu süzgəcli qazan, Pascal demiş, çox baha başa gəlir
Ferbara
Evdə olan qazanlardan birinin qapağını ustaya verib deşdirmək də olar. :))
pascal
Aşsüzənin canı sağ olsun! ;) ))
Ferbara
Aşsüzən narahatdı. ;)
asel
Ay sağ ol.:) Get  nə qədər istəyirsən cürbəcür al yığ evə. Əlini atanda da tap.:)