Yaxşı çay dəmləməyin sirləri

Suyu qaynadarkən içindəki oksigeni itirməməsi üçün 10 saniyədən çox saxlanmamalıdır.

Qaynamış su yenidən isidilib istifadə edilməlidir.

Daha yaxşı rəng və aroması üçün su qaynayana kimi çayı çaydanlıqda saxlayın.

5-6 dəqiqədən çox qaynatmayın.

Metal yerinə şüşə dəmlikdən istifadə edin.

Çay damağınızda sərtlik və acılığa səbəb olursa, deməli, dəmlikdəki quru çayın miqdarı çoxdur.

Çay bulanıq görünürsə, aldığınız çayın orijinal olduğuna diqqət edin. Hazırladığnız çay köpüklənirsə, bu,  çayın keyfiyyətindən xəbər verir. Ancaq çox bulanıq və tünd bir rəngdədirsə, deməli, su və çayınız keyfiyyətsizdir.

Çay çöküntülü görünürsə, demək suyunuz yaxşı deyil. Filtr edimiş, ya da şüşə qablardakı sudan istifadə edin. Çöküntülü olmasının bir digər səbəbi də çay yarpağının keyfiyyətsiz olmasıdır.

Çayınızın dadı yoxdursa, deməli, çox dəmləmisiz.

Çay dəmlərkən təzə və soyuq sudan istifadə edin.

Ölçüsünə diqqət edin. Çox çay yarpağı çayı acı edər.

Su qaynayan anda suyu dəmliyə əlavə edin.

İri yarpaqlı çayları dəmləyərkən 3-5 dəqiqə dəmlikdə saxlamanız bəs edər.

Çay yarpaqlarını quru və hava almayacaq bir qabda saxlayın. 

 

2 şərh

asel
Çay dəmlərkən təzə və soyuq sudan istifadə edin. — Soyuq suyla da çay dəmləyərlər.? :))
azadmamedov90
Sadəcə olaraq qaynamadan əvvəli nəzərdə tutblar )