Mətbəx sirləri

1. Kal meyvələrin daha tez dəyib sulanması üçün yeganə ehtiyacınız olan şey kağız torbadır. Kağız torbada saxlanılan meyvələr daha tez yetişir. 


2. Pomidorun tez cürüməsinin qarşısını almaq üçün onun tağ hissəsini aşağı saxlamaq lazımdır. 


3. Bananın uzun müddət xarab olmasının qarşısını almaq üçün qoparıldığı yerə sellofan sarımaq lazımdır. 


4. Kartofu soyandan sonra qaralmasının qarşısını almaq üçün suda saxlamaq olar. 


5. Soyulan almanın rənginin dəyişməsinin qarşısını almaq üçün 2 stəkan suya qatılan 1 qaşıq balda saxlaya bilərsiniz. 

6. Yumurtanın təzə olmasını yoxlamaq üçün onu bir qab suya salın. Əgər yumurta dibə getsə demək təzədir. 


7. Gilas və albalının toxumunu çıxarmaq üçün onu boş butulkanın ağzına qoyun və çubuqla basın. Nəticədə toxum butulkaya düşəcək.

8. Zəncəfil soymaq üçün qaşıqdan istifadə edin. 


9. Sarımsağı asan soymaq üçün dişlərini bıçağın yan tərəfi ilə azacıq əzin. Qabıqlar asanlıqla ayrılacaq. 


10. Kartofu əvvəll qaynar, sonra buza qoysanız qabığı asan soyulacaq. 


11. Yumurtanın qabığının asan soyulması üçün qaynatdığınız suya bir az sirkə əlavə edin. 


12. Yumşaq pendirləri dağıtmadan sürtgəcdən keçirmək üçün əvvəlcə 30 dəqiqə buzda saxlayın. 


13. Yumşaq pendiri və xəmiri qoxusuz diş sapı ilə doğraya bilərsiniz. 


14. Şəkərləşən bal bankasını 5-10 dəqiqə qaynar suda saxlasınız bal yenidən əvvəlki formasına qayıdacaq. 

15. Yemək qazanının daşmaması üçün üzərinə taxta qaşıq qoya bilərsiniz.

0 şərh