Mürəbbənin hazırlanma sirləri

Yaz ki gəldi, yay ki gəldi, bilirik ki, qadınlar başlayırlar qışa hazırlaşmağa — qışa tədarük görülür, mürəbbələr, şorabalar, turşular hazırlanır və s. Bizə elə gəlir ki, biz hazırladığımız nə varsa hamısını düz hazırlayır, qaydaları 5 barmağımız kimi bilirik. Amma, belə deyil. Bizim də bilmədiklərimiz var. 
Mürəbbə bişirməyi hamımız bacarırıq, amma, incəliklərini bilmirik.

Bir mürəbbə sevən qız kimi oxuyub, bildiklərimdən, bacarıqlı əllərdən  oğurladıqlarımdan, təcrübələrimdən sizinlə də bölüşmək istərdim ki, bir yerdə faydalanaq.

Birinci olaraq çalışmalıyıq ki, mürəbbəni yetişmiş meyvələrdən hazırlayaq, əgər kal olarlarsa bu zaman mürəbbə ətirli, ləzzətli alınmaz. Və çalışmalıyıq ki, meyvələr yuyulduqdan sonra suyu çəkilmiş olsun, daha çox da qarağatların.

Mürəbbənin meyvələrinin qırışmaması və siropunun duru görünməsi üçün mürəbbə 2-3 dəfəyə bişirilməldir —  hər 5-7 dəqiqədən bir ləyəni bir neçə dəqiqəliyə odun üstündən götürsək, çox yaxşı olurmuş, belə ki, bu zaman qaynama azalır və meyvə də şirəni özünə daha yaxşı çəkir. Bundan əlavə meyvələrin dağılmaması, zəilib-büzülməməsi üçün mürəbbəni qarışdırmaq da məsləhət görülmür. Sadəcə olaraq ara-sıra qaşığı ləyən boyu fırlatmaq kifayət edir. Yox, əgər qarışdırsaq həm meyvələr öz formasını itirər, həm də sonra əmələ gəlmiş köpü təmizləmək çətin olar, belə ki, köp mürəbbənin hər tərəfinə yayılmış olur.

Hardan bilək ki, mürəbbə nə qədər vaxta hazır olur? Anam həmişə belə edir: mürəbbənin şirəsini bir nəlbəkiyə damcıladır və baxır, əgər şirə bir az qatıdırsa deməli hazırdır. Yəni şirə nə çox duru olmalıdır, nə də lap qatı — orta. Bəziləri də deyirlkər ki, ikinci qanyanamadan sonra əgər mürəbbənin üzünə yığılan köpüklər artıq yığılmırsa, deməli mürəbbə hazırdır.

Köpük demişkən, mürəbbə bişirərən zaman əmələ gəlmiş köpüyü tez-tez mürəbbədədən çıxartmaq lazımdır, çünki, köpük qaldıqda mürəbbə sonradan qıcqıra bilər. Köpüyü dərin bir kasaya da tökə bilərik ki, köpüyün altında yığılan şirəni yenidən ləyənə boşaltmaq mümkün olsun.

Bəzən olur ki, mürəbbə qalır, qalır və sonra da xarlanır. Amma, bunun da qarşısını almaq olar. Belə ki, mürəbbənin bişməsinə az qala ora əlavə edilən şəkər tozunun hər kiloqramına yarım qaşıq limon turşusu əlavə edin. Bu mürəbbənin uzun vaxt saxlanmasına və xarlanmamasına kömək edir. 
Bir də bal haqqında deyirlər ki, xarlanmış bal bankasını ilıq su ilə qazana qoyub suyu 60 dərəcəyə qədər qızdırsanız, bal yenidən maye halına düşəcəkdir. Görəsən bu qayda mürəbbələr üçün də keçərli olarmı?

Mürəbbə bişəndən sonra onu o dəqiqə qapaqla örtmək olmaz. Təmiz əsgi və ya kağızla örtmək kifayətdir. Amma, qazet olmaz. (Qazet haqqında yazı hazırlayıram, yaxın zamanlarda yerləşdirəcəyəm inşallah, ərzaqlar üçün heç vaxt qazetdən istifadə etməyin.)

Bir çoxlarımız mürəbbəni mis ləyənlərdə bişiririk. Amma, məsləhətlisi budur ki, mürəbbəni ləyəndən mümkün qədər tez boşaldaq. Çünki, mürəbbədə zəhərli maddələr əmələ gələ bilər.((
Mürəbbə bişirən zaman seçdiyimiz qaba da fikir verməliyik, belə ki, qab alçaq və enli olmalıdır ki, su da tez buxarlansın.

Məndən bu qədər, varsa başqa məsləhətlər, bölüşün, birlikdə faydalanaq.

 

10 şərh

mr13

ən sevdiyim mürəbbə qoz mürəbbəsidir. Pomidor və badımcan mürəbbələri də dadlı olur


 

bloqçu
Amma, mən qoz mürəbbəsini heç sevmirəm, heç)))

Pamidor və badımcan — vallah helə istəmişəm ki, bunlardan dadam, amma, qismət olmayıb. Evdəki əhali deyir ki, onlardan nə mürəbbə? — bu səbəbdən də cəhd edib bişiməmişəm ki, hayıf olar))), mama da bişirmir, amma, gərək bir gün mütləq hazırlayam, yoxsa bu maraqla da gedəcəm.

Ən çox sevdiyim isə çiyələk mürəbbəsidir...mmmm- çox ləzzətlidir.
telebe
Pomidor mürəbbəsi birinci dəfədi eşidirəm, yəqin elmə yeni daxil olub)
Nailə_Rzayeva
Mən də pomidor və badımcan mürəbbələri eşitmişəm, amma dadına baqmaq hələ qismət olmayıb. Badımcanı onsuz da sevmirəm, yəqin mürəbbəsini də sevmərəm…
Aynur
badımcan özü nədir ki,mürəbbəsi də nəsə ola.
mr13
Allah ölənlərə rəhmət eləsin. Nənəm deyərdi ki, nəyə «Pesok» töksən olacaq mürəbbə, nəyə «uksus» töksən turşu.
bloqçu
Allah rəhmət eləsin.
girl_moon
Onu deyə bilərəm ki, anam mürəbbəni eynən sizin  ananız kimi bişirir))çəyirdəkli meyvələrdə isə bir neçə deşik açır ki, yaxşı şirə çəksin. Anam ağ gilas mürəbbəsini bişirəndə içinə qöz və xırda doğranmış limon qabığı da qoyur ,amma təmizlənmiş ağ ləpə olmalıdı ki, mürəbbəni qaraltmasın. Ən çox qarağat mürəbbəsini xoşlayıram.
bloqçu
Ay sağ ol, içi qoz olan gilas mürəbbəsini mən də sevirəm. Amma, limon qabığını da indi səndən eşitdim, çox sağ ol))
mr13
Anacaq məncə qozdansa bütöv fındıq ləpəsi daha yaxşıdır. Daha gözəl və təbii görünür (yəni çəyirdəyə oxşadığına görə). Bir də Gilasın şirəsini çox sevirəm yağnan. Bala oxşayır ağ gilas mürəbbəsinin şirəsi.