Dadlı fri kartof hazırlamaq üçün məsləhətlər

Kartofu yağa batırmazdan əvvəl salfetlə tamamilə qurutmağınız yaxşıdır. Əks halda su ilə təmasa girən yağ qızdıqca çırtlayıb sizi yandıra bilər.

Fri kartofunu hazırlayarkən rafinə edilmiş bitki yağlarına üstünlük verin. Bu zaman günəbaxan, zeytun, pambıq, qarğıdalı yağlarından istifadə edə bilərsiniz. Unutmayın ki, kartofda bu yağların dadını hiss edəcəksiniz.

Yağın lazımi temperaturadək qızdığını təyin etmək üçün 1 dilim kartofu tavadakı yağa salın. Əgər dərhal üzə çıxır, kənarlarında da qovuqcuqlar yaranırsa, deməli, əsl vaxtıdır. Ancaq belə olmursa, demək ki, yağın qızmasını bir qədər də gözləmək lazımdır.

Fri kartofunu hazır olduqdan sonra duzlamaq lazımdır, əks halda o, xırt-xırt olmaz. Yaxşı olar ki, kartofu boşqaba çəkib süfrəyə verərkən duzlayasınız.

0 şərh