Yaxşı ət bişirməyin yolları

Hər kəs yumşaq ət yemək istəyir. Bəs bu cür ət necə bişirməliyik? Ətin suyunu itirmədən bişirməyin 6 üsulunu bilməklə mətbəxdə daha səriştəli olacaqsınız.

Qaynatma üsulu
Ən təsirli və dadı gözəl olan üsullardan biri qaynatmadır. Ətin qida dəyərini və dadını itirməməsi üçün çox təsirli bişirmə növüdür. Qaynatma digər bişirmə üsullarına nisbətən daha asan həzm olunur.
Əti qazanda qaynamış suya atın, zəif odda bir müddət qaynadın. İstiliyin çox yüksək olmamasına diqqət edin, əks halda ət bərkiyər. İstəsəniz içinə kök, kartof, soğan kimi sevdiyiniz tərəvəzlər və ədviyyatlar əlavə edə bilərsiniz.

Qızartma üsulu
Əti qızardaraq bişirmək çox yağlı olduğu üçün digər üsullara nisbətən sağlam hesab edilmir. İstər az yağda qızardın, istər bol yağda, yağı neytral və yüngül olmalıdır. Qızartmaq üçün ən ideal dərəcə isə 200-250 arasıdır.

Qovurma
Əgər tələsirsinizsə, əti doğrayaraq qovura bilərsiniz. Nazik və xırda-xırda doğranmış ətləri yapışmayan tavada bişirin. İstəyinizə bağlı olaraq içinə 1 çay qaşığı yağ əlavə edə bilərsiniz. Qovurma qidaların sürətlə bişirilməsi üçün sağlam bir üsuldur. Eyni zamanda, ət bu üsulla bişirildikdə qida dəyərini də qoruyur.

Az odda bişirmək
Əti su əlavə etmədən, az odda öz suyu ilə bişirmək olar. Bu, digər üsullara nisbətən daha çox vaxt aparacaq. Lakin əmin olun ki, ləzzəti baxımından gözləməyə dəyər. Xüsusilə quzu əti ilə hazırlanan yeməklərdə bu üsuldan istifadə edin.

Kabab üsulu
Ətin iki tərəfinin də bişməsinə əmin olmaq üçün hər tərəfi 4-6 dəqiqə bişirin. Kababı manqalda edirsinizsə, əti kömürlə təmas etmədən tərpətmək lazımdır. Əks halda, həm ətin dadı pis olur, həm də sağlamlıq baxımından zərərlidir.

Soba üsulu
Sobanı əvvəlcədən 180-200 dərəcədə isidin Ətin yaxşı bişməsi üçün üzərini folqa ilə bağlayın. Sobada bişirmə üsulunun üstünlüyü əlavə yağa ehtiyac duyulmamasıdır. Beləliklə də, daha sağlam və ləzzətli ət yemiş olacaqsınız.

0 şərh