Dəmir qazanda yemək bişirməyin faydaları

Bir çox qadınların yemək bişirmək üçün mətbəxdə istifadə etdiyi tökmə dəmir qazan və tavalar keçmiş dəb kimi görünsə də, əslində, bu cür qablar sağlamlıq baxımından faydalıdır.

Dəmir qazanlar istiliyi yeməyin hər tərəfinə eyni miqdarda paylayır və yeməyinizin ləzzətli olmasını təmin edir. Eyni zamanda artıq qalan yeməyi dəmir qazanlarda arxayınlıqla saxlaya bilərsiniz. Bunun heç bir ziyanı yoxdur.

Yeməklərinizi daha az yağda bişirə bilərsiniz
Kartof, ya da ət qızardarkən çoxlu miqdarda yağdan istifadə etmənizə gərək yoxdur. Bunun üçün tökmə dəmir tavalarınızı bir dəfə yağlamanız bəsdir.
– İlk öncə tavanızı qalın duz təbəqəsi ilə örtün.
– Üzərinə 1 barmaq qədər yağ qoyub əridin.
– Yağdan tüstü çıxana kimi tavanızı isidin.
– Daha sonra yağ və duz qarışımını tökün, qalan yağı kağız salfetlə tavaya yeridin.

Qazan və tavalarınızın yuyulmasında sabundan istifadə etməyin. Qab süngəri vasitəsilə suyun altında yaxşıca yuyun, sonra kağız salfetlə qurulayın.

Dəmir qabların digər bir xeyri də tərkibində kimyəvi maddələrin olmamasıdır. Bunlardan istifadə edərək həm də yeməklərinizi yapışmadan bişirə bilərsiniz.

Yapışmayan tava və qazanların üzəri PFC maddələri ilə örtülüdür. Yemək bişən zaman bu maddə buxarlanaraq qidaya qarışır və qaraciyərə zərər verərək xərçəngə yol açır. Buna görə dəmir qazan və tavalardan istifadə etməniz sağlamlığınıza faydalıdır.

Dəmir qablarda bişirmək aldığınız gündəlik dəmir miqdarını artırır
Dəmir qabda bişirərkən yeməyə kimyəvi maddələr qarışmasa da, sağlamlığınız üçün xeyirli olan dəmir qarışır. Dəmir çatışmazlığının qan azlığına səbəb olduğunu bildiyimizdən yeməklərin tərkibində dəmirin olması çox əhəmiyyətlidir. Asit turşusu özəlliyi olan pomidor kimi qidalar dəmir qablarda bişirilərkən dəmir miqdarı daha da artır.

0 şərh