Xəmirlə iş

Xəmirə əlavə olunan soda artıq olarsa: xəmir bişdikdən sonra ondan xoşagəlməz iy və dad gələr. Ona görə də sodanı hər hansı bir bişirəcəyiniz reseptdəki miqdara uyğun əlavə etsəniz una bu xoşagəlməz hal sizi narahat etməz.

Xəmir işlərindən sonra: masanın üzərində qalan unu asanlıqla təmizləmək istəyirsiniz amma bu alınmır? Belə halda masadakı unun üzərinə azca duz səpin və nəm dəsmalla silin. Beləliklə masa asanlıqla təmizlənəcək və siz də enerji itirməyəcəksiniz.

Xəmirə üzüm əlavə olunarsa: o əvvəlcədən yuyulub, yaxşıca qurudulmalıdır. Əks halda yaş meyvənin ətrafında boşluqlar qalacaq və məhsul tez korlanacaq. Xəmirin tərkibindəki şəkərin miqdarı artıq olanada: xəmir tez bişir, hətta yanır. Bundan əlavə xəmirdəki mayanın fermentasiya qabiliyyəti azalır və hazır məhsul yaxşı qalxmır.

0 şərh