Paltaryuyan maşının ömrünü uzadın

Bunun sirri adi limon turşusundan istifadə etməkdədir. 3,5 kq-lıq standart maşınlara 15 qr-lıq 4 limon turşusu paketi bəs edər. Əgər maşının həcmi böyükdürsə onda limon turşusunun miqdarını artırırıq. Hətta bəziləri 5 kq-lıq maşın üçün 100qr –lıq 2 limon turşusu paketindən istifadə etməyi məsləhət görürlər.
Limon turşusunu maşının yuyucu toz tökdüyünüz hissəsinə səpin və maşını ən yüksək yuyulma dərəcəsində, ən yüksək temperaturda proqramlaşdırın. Mənim maşınımda bu 137 dəqiqə tsikllə, 90C «pampıq» rejimidir.
Limon turşusu ideal şəkildə ərpi içəridən təmizləyir. Elə ilk su axınında maşınınızın detallarında nə qədər zibil və çirk olduğunu görə biləcəksiniz.
Əgər limon turşusunun effektini öz gözlərinizlə əyani şəkildə görmək istəyirsinizsə, 1 çay qaşığı limon turşusunu çaydana töküb qaynadın, sonra soyudun.
Şəxsən mən, paltaryuyan maşının belə təmizlənməsindən çox razıyam. Heç bir kimyəvi maddədən istifadə etmirəm. Bu da o deməkdir ki, sağlamlığımız üçün heç bir təhlükə də yoxdur.
0 şərh