Çörəyi uzunmüddətli saxlamaq üçün belə edin

Çörəklə bağlı hazırda israfçılığa çox yer veririk. Hətta ən acınacaqlısı budur ki, zibil qablarının yanında yığın-yığın kiflənmiş çörəklərə rast gəlirik. Bəs çörəyin kiflənməməsi və əbəs yerə zibilə atılmasının qarşısını necə almaq olar?

Evdə mətbəx işləriylə məşğul olmasanız belə, bu məlumatları bilməyinizdə fayda var:

Əgər çörəyi çox almısınızsa, yeyə biləcəyiniz qədərini ayırıb qalan hissəsini soyuducuda saxlayın. Soyuducuda saxladığınız çörəyi istifadə edən zaman sobada isidərək, təzə kimi olmasını təmin edə bilərsiniz.

Çörəyinizin xarab olmasını istəmirsinizsə, saxladığınız qabın içinə bir az duz səpin. Bu üsulla çörəklər kiflənməyəcək.

Çörəkləri daha uzun müddət saxlamaq istəyirsinizsə, onları dilimləyərək saxlamalısınız. Çünki dilimlənən çörəklər təzəliyini daha uzun müddət qoruyur, çox tez boyatlamır.

0 şərh