Termosları təmizləməyin asan üsulları


1. Toz halında olan yuyucu vasitə

Termosun içinə isti su doldurun və içərisinə bir qaşıq toz yuyucu vasitə əlavə edin. Bir az saxladıqdan sonra termosu yaxşıca yuyun.

2. Mineral su
Bir stəkan mineral suyu termosa tökün. Üzərini su ilə doldurun. 1 gecə boyu bu şəkildə saxlayın. Daha sonra durulamanı həyata keçirin.

3. Şüşə fırçası
Termos şüşədən hazırlanıbsa, bu fırçanı istifadə etməyiniz şərt deyil. Ancaq digər növ termosları təmizləmək üçün ideal bir vasitədir. Şüşə fırçasına pul vermək istəmirsinizsə, termosun içinə düyü tökün və isti su əlavə edin. Çirklər təmizlənənə qədər çalxalayın.

Əgər termosunuzdan pis qoxu gəlirsə, içinə bir stəkan duz tökün. Bir neçə gün boyu bu şəkildə saxladıqdan sonra termosu yuyun.

0 şərh