Evin aurasını təmizləyən bitkilər

jasminBiz gül-çiçəkdən adətən əlamətdar günlərdə evimizi bəzəmək və həyatımızı zənginləşdirmək məqsədiylə istifadə edirik.

Bəzi bitkilər sadəcə dekor rolunu oynamır. Onlar müsbət enerji yayır və havanı təmizləyərək ətraf mühiti yaxşılaşdırmağa kömək edir.

Amerika bağçılıq cəmiyyəti tərəfindən keçirilən araşdırmada tədqiqatçılar aşkar ediblər ki, hava çirkliliyi inkişaf etməkdə olan ölkələrə daha geniş təsir edir. Təmizləmə metodu olaraq bitkilərdən istifadə həmin ölkələrdə qənaət vasitəsi kimi xidmət edə bilər. Çünki çirkləməni önləyən bahalı texnologiya iqtisadi baxımdan onlar üçün əlverişli olmaya bilər.

1. Jasmin
Müqəddəs gül İranda və tarix boyu böyük əhəmiyyətə malik olub. Bu ətirli bitki enerjini stimullaşdırır və özünə güvən hissini artırır. Həmçinin jasminin münasibətləri möhkəmləndirdiyinə inanılır və romantika mühit yaradır. Bu bitki gələcəyi xəbər verən yuxular görməyə kömək edir, eyni zamanda ürək çakralarını stimullaşdırır.

2. Rozmarin
Rozmarin ev şəraitində enerji təmizlənməsi üçün ən yaxşı bitkilərdən biridir. Bu bitki gərginliklə mübarizə apararaq neqativi aradan qaldırmağa kömək edir. Rozmarin nəinki daxili rahatlıq yaradır, həm də mənfi enerji və ruhlardan qoruyur. Bir budaq rozmarini giriş qapısının üstündən asın. Bu, kənardan daxil olan mənfi enerjilərdən ən gözəl müdafiə üsuludur.

0 şərh