Banka və qapaqları necə sterilizə etmək lazımdır?

Ev şəraitində qışa müxtəlif mürəbbə, turşular, kompotlar və s. tədarük edəndə banka və qapaqların düzgün sterilizə edilməsi çox vacibdir. Bu ev konservlərinin uzun müddət ərzində qalmasını təmin edir. Banka və qapaqları sterilizə etmək üçün sizə 2 üsul təqdim edirik.

1. Qaynatmaqla
Bankaları və qapaqları qabyuyan vasitə ilə yaxşı yuyun və yaxalayın. Bankaları qapaqlarla birlikdə enli qazana yığın, üzərinə çıxana qədər su tökün, 10-15 dəqiqə qaynadın. Bankaları istifadə edənə qədər suda saxlayın.


2. Sobada
Banka və qapaqları yaxşı yuyun, sobaya qoyun, sobanı 140 C qədər qızdırın. Soba qızandan sonra 10 dəqiqə saxlayın. İstifadə edənə qədər bankaları sobada saxlayın.

evdarliq.az
 

0 şərh