Paltaryuyan maşına sirkə tökün

Adi sirkənin sonsuz faydalarından xəbərdarsınızmı? O kafel, şüşə qablar, pəncərələr və s. materiallara əvəzsiz parlaqlıq qazandırır. Soda ilə qarışdırıldıqda mətbəx və hamam çanağını, kranı qüsursuz təmizləyir.

Bəs sirkəni paltar yuyan zaman paltaryuyan maşına töksək, nə baş verər? Siə paltaryuyan maşına sirkə tökmək üçün 5 əsaslı səbəbi təqdim edirik. Sınamağa dəyər.

Paltarları yumşaltmaq üçün:
Sirkə yumşaldıcı təsirə malik olduğu üçün, onu çox bərk və qalın parçaların yumasında istifadə edə bilərsiniz.

Paltarlardan ləkələri çıxartmaq üçün:
Tər, yağ, meyvə ləkələrini hələ də bahalı vasitələrlə çıxardırsınız? Bu qədər pul xərcləməyə ehtiyac yoxdur. Öncə sirkəni paltarın ləkələrinə, sonra isə 50 ml miqdarında paltaryuyan maşının təmizləyici toz üçün nəzərdə tutulmuş gözünə tökün. Mükəmməl nəticəyə nail olun.

Zolaqlı paltarların rənginin qarışmaması üçün:
Bəzən müxtəlif zolaqları olan çamaşırları yuduqdan sonra rənglər qarışdığından, bir daha geyinmək istəmirik. Bunun da çözümü sirkədir. Belə paltarları da yuyarkən sirkə əlavə edin və zolaqların rəngini özünə qaytarın.

Çamaşırlardakı pas ləkələrini təmizləmək üçün:
Sirkə həmçinin paltarları ərp və pas ləkəsindən təmizləyir. Narın dəniz duzu və sirkədən ibarət məhlul hazırlayın. Paltarın üzərinə sürtüb, bir müddət saxladıqdan sonra adi qaydada paltaryuyan maşında yuyun.

Paltaryuyan maşına ilk günkü təmizliyini qaytarmaq üçün:
Bundan əlavə paltaryuyan maşının boş barabanına 50 ml sirkə və 1 ç/q limon duzundan ibarət məhlul töküb, işə salsanız, maşının içərisi, ilk günkü kimi təmiz, passız və ərpsiz olacaq.

publika.az
 

0 şərh