Ev şəraitində əla qəhvə

Qəhvə dəmləyəcəyiniz qab təmiz olmalıdır. Köhnə qəhvə qalıqları dəmlədiyiniz içkiyə acılıq qata bilər.

Sevdiyiniz qəhvə növünü seçin: Arabica və ya Robusta? Növlərin qarışığı, yoxsa bir növ? Yüngülcə qızardılmış yoxsa tünd?

Qəhvə dənələrini üyüdəndən sonra mümkün qədər tez dəmləməyə çalışın.

Qəhvəni lazım olan kimi üyütdüyünüzə əmin olun.

Filtrdən keçirilmiş və ya qablaşdırılmış sudan istifadə edin. Suyu qaynatmayın – suyun temperaturu 90-95C arası olmalıdır..

Qəhvənin dəmlənmə vaxtı istifadə etdiyiniz üsuldan asılı olaraq müxtəlif ola bilər: Espresso üçün 30 saniyədən tutmuş soyuq qəhvə üçün bütün gecəyədək.

0 şərh