Cins şalvarlara qulluq

Cins şalvarları heç zaman dəbdən çıxmır. Cins şalvarlarının xarici görünüşünü qoruyub saxlamaq üçün onlara düzgün qulluq etmək lazımdır. Cins şalvarlarına qulluq edəndə bu qaydalara əməl edin:

1. Cins şalvarları gec-gec yumağa çalışın.

2. Cins şalvarları, xüsusilə üzərinə qaşlar, strazlar, krujeva və s. olduqda əllə yumaq daha yaxşıdır.

3. Əgər siz cins şalvarları paltaryuyan maşınında yuyursunuzsa, onları nəzakətli («деликатный») rejimdə yuyun və sıxılmadan istifadə etməyin. Üzərində bəzəklər (qaşlar, strazlar və s.), dekorativ «sürtülmə»lər və s. olan şalvarları yumazdan əvvəl xüsusi torbaya qoyun.

4. Şalvarları islatmaq lazım deyil. Böyük vannaya ilıq su tökün, maye şəklində olan yuyucu vasitə əlavə edin və bu suda şalvarları yuyun.

5. Yumazdan əvvəl cins şalvarları tərs üzünə çevirin və «molniya»nı və düymələri bağlayın.

6. Cins şalvarları bol suda yaxşı yaxalayın. İlk bir neçə dəfə yuduqda cins şalvarların rəngi çıxır. Bu normaldır.

7.
Nəzərə almaq lazımdır ki, ilk dəfə yuyulduqdan sonra şalvarlar təxminən 2 sm qısalır.

8. Hər yuyulmadan sonra şalvarlar bir qədər «yığılır» və sonra geyindikcə açılır.

9. Cins şalvarları sıxmaq olmaz. Bu onları korlayır. Şalvarı qatlayıb vannanın qırağına asın ki, suyu süzülsün və sonra qurumaq üçün beldən asın.

10. Cins şalvarları kölgədə qurutmaq lazımdır.

11. Cins şalvarları tərs üzündən ütüləyirlər.

evdarliq.az

0 şərh