Sirkədən təmizlik vasitəsi kimi istifadə

Əsasən turşu hazırlayarkən çox istifadə etdiyimiz sirkə məişətdə bir çox başqa işlərdə də faydalıdır. Mətbəx təmizliyində sirkədən faydalanaraq, mikroblardan qurtula bilərsiniz. Əl-üz yuyanlardakı tıxanıqlığı aradan qaldırmaq üçün də sirkədən istifadə edə bilərsiniz. Soda, su və sirkəni qarışdıraraq əl-üz yuyana tökün.
Avtomobilinizin şüşələrinin qış fəslində buxarlanmasını istəmirsinizsə, şüşələri alma sirkəsi ilə silin.
Sirkədən təmizlik vasitəsi kimi istifadə
Uşaqların paltarını kimyəvi maddələrdən uzaq tutmaq istəyirsinizsə, sirkə ilə yuya bilərsiniz. Bu halda paltarlar həm təmiz, həm də sağlıqlı olacaq.
Evdə olan elektron əşyaların kirəclənməsini sirkə istifadəsi ilə azalda bilərsiniz. Paltaryuyan, qabyuyan maşın, ya da ütünüzdə olan kirəclənmə sirkə sayəsində yox olacaq.
Hamamda və mətbəxdə olan su kranlarını sirkə ilə parıldada bilərsiniz.
Xalçalardaki ləkələrdən də sirkə vasitəsilə qurtula bilərsiniz. Bunun üçün sirkə, qabyuyan maye və ilıq suyu qarışdırın. Bu qarışımı xalçadakı ləkələrin üzərinə vurun. Ləkənin getdiyini görəcəksiniz.
Bağdakı alaqlar da sirkə vasitəsilə ortadan qalxacaq. Otların üzərinə sirkə püskürdün.
Soyuq havalarda divarlarda yaranan kif ləkələrini sirkə ilə ovalayaraq çıxara bilərsiniz.
Aldığınız çiçəklərin daha uzun müddət təzə qalmasını istəyirsinizsə, 2 xörək qaşığı sirkənin içinə 3 xörək qaşığı şəkər tozu və ilıq su tökərək qarışdırın. Bu qarışımı çiçəklərin dibinə töksəniz, daha uzun müddət təzə qalmalarına nail olacaqsınız.
Pəncərə şüşələrindəki ləkələr getmirsə, sirkə ilə bu problemdən yaxa qurtara bilərsiniz. Şüşələri sirkə ilə silin və onların parıldadığını görəcəksiniz.
 
 
 
 
Mənbə: evdarliq.az

0 şərh