Evi təmiz saxlamaq üçün ipucları

Uşaq olan evdə təmizləyə riayət etmək bir az çətindir.
Anaların işini asanlaşdırmaq üçün bəzi ucuz vasitələrlə uşaqlı evi təmiz saxlamaq mümkündür.
Uşaqların olduğu ev sanki müharibədən çıxmış sahəyə bənzəyir.  Kiçik canları ilə evdə elə bir qarışıqlıq yaradırlar ki, bəzən böyüklər belə işin öhdəsindən gəlməkdə, yır-yığış etməkdə çətinlik çəkir. Yemek qırıntıları, boyalar,  əşyalardan qalan qırıntılar və s. kimi  mənzərələrlə qarşılaşanda sakit olmaq üçün güclü səbirə  və ağıllı həll yollarına malik olmaq lazımdır. Anaların işini asanlaşdırmaq üçün hazırladığımız bu ipucları ilə uşaqlı  evi təmiz saxlamaq mümkündür.
Uşaqlı evi təmiz saxlamaq üçün ipucları
İlk addım: daimi bir giriş
Evin girişi əslində dekorasiya baxımından evin ən əhəmiyyətli həyat sahələrindən biridir. Qonaqlarımızın ilk qarşılaşdığı, sizin çöldən evə gəldikdə ilk gördüyünüz bu sahədə evin ümumi görünüşü haqqında fakir yaranır. Yığcam giriş nizamlı bir ev üçün lazım olan ilk addımdır. Buranı dizayn edərkən ayaqqabı və geyimlərin ortalıqda görünməyəcəyi bağlı şkaflar və qarderob seçsəniz, daha səliqəli bir görünüş əldə edərsiniz.
 
Minimal dekorasiyalar
Əşya və mebel sıxlığı dağınıqlıq yaradır və yaşadığınız yerin boğucu atmosfer yaratmasına səbəb olur. Buna görə də, xüsusilə qonaq otağı, mətbəx kimi tez-tez və aktiv istifadə edilən məkanlar daha minimal dekorasiyada olmalıdır və çox aksessuar istifadə edilməməlidir. Unutmayın ki, minimal dekorasiyalar həm daha uzun müddət yığcam qala bilər, həm də asan təmizlənər, üstəlik, digər tərzlərə nisbətən daha ürəkaçan görünüş təmin edər.
 
Siyirmə elementləri
Qonaq otaqlarındakı dağınıqlığın əsas səbəbi gündəlik qəzetlər, oxuduğumuz kitablar, televiziya pultları, stəkan altlıqları kimi kiçik əşyalardır. Qonaq otağınız üçün şkaflar seçərkən bu əşyaları ortalıqda qoymamaq və dağınıqlıq yaratmamaq üçün siyirməli modellərə üstünlük verin.
 
Funksiyasız sahələri saxlama yerinə çevirmək
Bir evi daha nizamlı saxlamaq üçün lazım olan əhəmiyyətli məqamlardan biri də saxlama sahələridir. Evinizdə nə qədər çox rəf və şkaf olsa, ətraf da o qədər nizamlı görünər. Əgər evinizdə nərdivan boşluğu, dam kimi istifadə edilməyən funksiyasız sahələr varsa, ora şkaf və rəflər yerləşdirmək olar.
 
Şkafda az geyinilən paltarlar üçün yer ayırın
Yataq otaqlarındakı dağınıqlığın əsas səbəblərindən biri də təmizlərin arasına qoya bilmədiyiniz, geyilmiş, amma çirklilər səbətinə atmayacağınız qədər də təmiz olan gündəlik paltarlarınızın ortalıqda qalmasıdır. Bunun da çox asan bir həlli var. Şkafınızdakı siyirmə və ya rəflərdən birini tamamilə boşaldıb bu yeri yalnız geyilmiş paltarlar  üçün ayırın.
 
Xalçalar
Evlərimizin təmizliyi üçün açar nöqtələrdən biri də xalçalardır. Çünki xalçalar içəridəki bütün tozu və çirkli çəkən, özündə saxlayan ev əşyasıdır. Daha gigiyenik bir ev üçün kir saxlamayan xalçalara üstünlük vermək şərtdir. Əgər daha təmiz və gigiyenik bir ev istəyirsinizsə, polyester və ya neylon xalçalardan uzaq durun. Bu cür xalçaları təmizləmək olduqca çətindir və üzərindəki kir xalıya yapışaraq, orada qalmağa meyllidir. Son illər dəb olan uzun ipli xalçaların ləkəsini çıxarmaq asan olsa da, kirin iplərin arasında yığılması ehtimalı da az deyil. Yun, əl toxuması və ipək xalçalar da təmizlik mövzusunda sizi olduqca yoracaq. Akril xalılar sərt səthləri və təmizliyə uyğun strukturları ilə həm gigiyenik, həm də təmizlik baxımından imtina edilməzdir.
 
Dəri kreslolar
Əgər qonaq otağınıza kreslo alacaqsınızsa və təmizliyin asan yerinə yetirilməsini istəyirsinizsə, dəri kreslo və divanlar seçin. Ləkə saxlamayan və asanlıqla silinən bu cür kreslo təmizliyi asan edə bilmək istəyənlər üçün idealdır.
 
Yuyula bilən örtüklər
Kreslo alarkən seçim edə biləcəyiniz gigiyenik modellərdən biri də döşəkləri ayrılan, örtükləri çıxan və yuyula bilən müasir modellərdir. Kreslo silməklə məşğul olmaq istəmirsinizsə, bu tərz oturacaqlar sizə görədir.

Oyuncaqlar
Plastik oyuncaqlar qabyuyan maşında yuyaraq asanlıqla təmizlənə və dezinfeksiya edilə bilər. Bununla yanaşı gəlinciklər və yumşaq oyuncaq ayılar paltaryuyanmaşında həssas proqramda yuyula bilər.

Limon + duz
Bu sadə kombinasiya uşaq paltarlarındakı tər ləkələrini çıxartmaqda çox təsirli vasitədir. Ləkəni limon suyu ilə isladın və sonra üzərinə duz tökün və ovun. Daha sonra hər zamankı kimi yuyun.

Karbonat- yəni Soda
Karbonat və suyu qarışdıraraq əldə edəcəyiniz pasta divarda olan boya ləkələrini təmizləyir. Bu qarışıqdan sidik və qusmaq ləkələrini təmizləmək üçün də istifadə edə bilərsiz.

Diş məcunu
Diş məcunu çirklənən idman ayaqqabılarını təmizləmək üçün əla vasitədir.

Yaş dəsmal
Yaş dəsmallar hər şeyi təmizləyir. Mətbəx səthləri, hamam, ev əşyaları və geyimlərdəki maddələri asanlıqla təmizləmək olar. Yaş dəsmalla uşağın dərisin sildikdən sonra mütləq su ilə yuyun.

Sirkə
Uşaqların stəkanlarını və butulkalarını dezinfeksiya etmək üçün sirkəyə etibar etmək olar.

 
Mənbə: ens.az, milli.az


0 şərh