Ütüləmək biclikləri

Ütü eləmədən əvvəl hər bir parçanı çəkib düzəldin.
Ütü masasının yaxınında həm ütülənmiş həm də ütülənməmiş əşyalar üçün yer ayırın, beləcə gedib gələrək vaxt itirməzsiniz.

Ütüləmə: Başlanğıc

Ütü masasını uyğun yüksəklikdə qurun. İstər oturun, istər ayaqda durun. İstiliyi düzgün düzəldin. İstiliyi hər paltarin materialına görə düzəldin.Ortadan başlayıb kənara doğru ütüləyin.Möhkəm basdirmağa ehtiyac yoxdur, özəlliklə buxar istifadə edərkən, çünki işi görən buxarın gücüdür ağırliq deyil.

Bəzi anlara diqqət edin: Bütün ipəklikləri tərsindən ütüləyin.İşlənmiş ipəklər nəmliykən ütülənməli, amma spreylənməməli, çünki ləkələr əmələ gələ bilər.Həm ipəklər quruykən ütülənməməlidir. İşlənməli parçalar və sintetik dərilər tərsindən ütülənməlidir.

Köynək ütüləmək

Hər zaman yuxarı aşağı ütüləməyi unutmayın. Çünki dairəsəl hərəkətlər paltara zərər verə bilər.
1. Yaxa: Yaxanı alt bölümündən başlayaraq, uclarına doğru çalışıb sonra ortaya geri dönün.
2. Çiyin. Boyun bölgəsi: Boyun bölgəsini ütünün dar ucu üzərinə keçirərək düzləşdirin və çiyindən arxa bölümün ortasina doğru ütüləyin. Digər tərəfdə bu işləmi təkrar edin.
3. Qol ağzı.(bilək hissəni): Əvvəl iç bölümünü sonra isə çöl bölümünü ütüləyin.
4. Qollar: Hər iki qolu bilək hissədən başlayaraq ütüləyin, sonra arxa bölümünü.
5. Bədən: Köynək bədənini. Önün bir bölümünü, sonra digərinə davam edərək ütüləyin.
6. Sonda isə bütün köynək ütüləndikdən sonra yaxanın üst bölümünə bir daha basdırın.

Şalvar ütüləmək.

Aşağıdakı addımlar izlənərsə şalvar ütüləmək daha asan olar.

1. Ciblər: Cibləri ütü masasına yerləşdirin və ütüləyin.
2. Bel bölümü: Bel bölümünü alın və ütü masasına geçirin. Sonra şalvarın üst bölümünü ütüləyərək, özünüzdən uzaqlaşdıraraq döndürün.
3. Ayaq hissəsi.( İç): Şalvarı düz Masaya yerləşdirin, ayaqlar üst - üstə. Indi iç tikişləri hər bir ayağa qarşılıq biçimdə düzəldin və alt ayağın iç bölümü, üst ayağı yuxarı qatlayaraq ütüləyin. Digər tərəf üçün şalvarı çevirin və eyni işi təkrar edin.
4. Ayaq hissəsi:(çöl) İç tikişləri bir birinə uyğun biçimdə tutub, hər bir ayağın çölünü ütüləyin. Qat düzəltmək üçün buxar püskürtmə özəlliyindən istifadə edin.

Bəzi parçaları ütüləyərkən cox basdırmaq parlamalarına gətirib çıxardır. Bunu əngəlləmək üçün yaş cunadan istifadə edə bilərsiniz. Eləcə də şalvarları ütüləyərkən.

2 şərh

doYwanka
walvar utlemeyi bacarmasamda, koynek utleye bilirem. )
ve movzunun adi «utulemek biclikleri» yazilib. ama elede biclikler deyil.adidi. ama yenede tewekkurler=)
Shabnam_Ilham
Məncə ortadan başlayıb ütüləyərkən istilik düzgün tənzimlənməzsə paltar yana da bilər. Əvvəlcə paltarın kənarından istiliyin necə olduğunu yoxlayıb sonra ortadan başlayıb kənarlara doğru ütülənsə yaxşı olar.